Yeni evli qadın evində ölü tapıldı: "Ana, sənə layiq ola bilmədim" - VİDEO
İstanbulun Kağıthane rayonunda 26 yaşlı Sevil Yengeç D. yaşadığı evdə ölü vəziyyətdə tapılıb.
Sonxeber.az xarici mediaya istinadla xəbər verir ki, hadisədən bir gün əvvəl qadın həyat yoldaşı və anası ilə birlikdə evdə vaxt keçirib. Anası evdən ayrıldıqdan sonra cütlük yatıb. Səhər oyanan həyat yoldaşı Furkan D. isə Sevili yataqda görməyib. Ona səslənsə də cavab ala bilməyən kişi salona keçərək qadını huşsuz vəziyyətdə aşkarlayıb və təcili tibbi yardım çağırıb.
Hadisə yerinə gələn tibb işçiləri gənc qadının həyatını itirdiyini müəyyən ediblər. Mənzildə aparılan baxış zamanı "Ana, sənə layiq ola bilmədim" sözləri yazılmış qeyd tapılıb.
Mərhumun meyiti ölüm səbəbinin dəqiqləşdirilməsi üçün məhkəmə-tibbi ekspertizaya göndərilib. Polis hadisə ilə bağlı araşdırma aparır. Həyat yoldaşının isə məlumat sahibi qismində ifadəsi alınıb. O, ifadəsində aralarında hər hansı münaqişə olmadığını bildirib.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 739 Tarix: 23 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İtkin düşən 6 yaşlı uşaq görün necə tapıldı - VİDEO
Türkiyənin Antalya şəhərinin Serik rayonunda evlərinin yaxınlığında oynayarkən itkin düşən 6 yaşlı Bünyamin Çitçi 9 saat davam edən axtarışlardan sonra evlərinin yanındakı anbarda, taxta altlıqların üzərinə sərilmiş örtüklərin arasında yatmış vəziyyətdə tapılıb. xarici mediaya istinadla xəbər verir ki
15 sentyabrCinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb
Azərbaycanda cinayət törətməkdə şübhəli bilinən 45 nəfər ötən gün saxlanılıb. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, həmçinin narkotiklərlə əlaqəli 21, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 10 fakt müəyyən edilib. Poli
13 sentyabrQadını ütü ilə vuran şəxs: "Gizlin şəkildə telefon işlədirdi"
Qəsdən sağlamlığa yüngül zərərvurmada təqsirləndirilən Ağasif Məmmədovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. -a istinadla xəbər verir ki, Qaradağ Rayon Məhkəməsində hakim Emin Fәtәliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə məhkəməyədə
10 sentyabrCəlilabadda qadın su quyusuna düşərək ölüb
Cəlilabadda ölüm hadisəsi qeydə alınıb. xəbər verir ki, sentyabrın 16-da saat 7 radələrində 1953-cü il təvəllüdlü Məleykə Məmməd qızı Məmmədova yaşadığı Üçtəpə kəndindəki evin həyətində su quyusuna düşərək ölüb. Faktla bağlı araşdırma aparılır
17 sentyabrMəsciddə ianə qalmaqalı: İmam azançını döydü - VİDEO
İstanbulun Küçükçekmece rayonunda yerləşən Hz. Əbubəkr məscidində cümə namazları zamanı toplanan yardımların qaydalara uyğun qeydə alınmadığını iddia edərək şikayət edən azançı döyülüb. Hadisənin ardından imamın yaxınlarının müezzinin evinə gedərək ailəsini təhqir etdiyi görüntülər də ortaya çıxıb. xaric
9 sentyabrTərtərdə istixana işçisi güllələndi
Şəmkir sakini Tərtərdə tüfəngdən açılan atəş nəticəsində yaralanıb. "Qafqazinfo" xəbər verir ki, hadisə rayonun Söylən kəndində baş verib. 1974-cü il təvəllüdlü Məzahir Yusifov kənd ərazisində istixanada iş yoldaşı ilə mübahisə edib. Mübahisə zamanı həmin şəxs tüfəngdən M.Yusifova atəş açıb
7 sentyabr