Azərbaycanda bir sıra qanunlar "Maliyyə icarəsi haqqında" qanuna uyğunlaşdırılıb

Azərbaycanda bir sıra qanunlar "Maliyyə icarəsi haqqında" qanuna uyğunlaşdırılıbPrezident İlham Əliyev Milli Məclisin mayın 26-da qəbul etdiyi bir sıra qanunlarda dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib.

Oxu.Az "Report"a istinadən xəbər verir ki, söhbət Mülki Məcəllə, Vergi Məcəlləsi, Rəqabət Məcəlləsi, "Müflisləşmə və iflas haqqında", "Taxıl haqqında" , "Beynəlxalq xüsusi hüquq haqqında", "Tütün və tütün məmulatı haqqında", "Dövlət rüsumu haqqında", "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında", "Banklar haqqında", "Daşınmaz əmlakın dövlət reyestri haqqında", "Çayçılıq haqqında", "Ailə kəndli təsərrüfatı haqqında", "Atçılıq haqqında", "Bank olmayan kredit təşkilatları haqqında", "Pambıqçılıq haqqında", "İcbari sığortalar haqqında", "Lisenziyalar və icazələr haqqında", "Kənd təsərrüfatı kooperasiyası haqqında", "Elm haqqında", "Kredit büroları haqqında", "Nağdsız hesablaşmalar haqqında", "Daşınar əmlakın yüklülüyü haqqında", "Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında" və "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" qanunlardan gedir.

Onlar 6 aydan sonra qüvvəyə minəcək "Maliyyə icarəsi haqqında" qanuna uyğunlaşdırılıb.

Belə ki, maliyyə icarəsi fəaliyyəti çərçivəsində daşınar və daşınmaz əmlakın icarəyə verilməsi ilə bağlı münasibətlərin "Maliyyə icarəsi haqqında" qanunla tənzimlənməsi barədə Mülki Məcəllədə müvafiq dəyişikliyin edilib, həmçinin "Lizinq" münasibətlərini tənzimləyən 39-cu fəslin ləğvi, terminlərin yeni qanuna uyğunlaşdırılıb;

- borclu icarəçi və ya icarəyə verənin öhdəlikləri üzrə tələblərin maliyyə icarəsi obyektinə yönəldilməsinin xüsusiyyətləri "Müflisləşmə və iflas haqqında" qanunla ayrıca maddədə tənzimlənib;

- müqavilə tərəfləri arasında həmin müqaviləyə tətbiq edilməli hüquq barədə razılıq olmadığı halda, maliyyə icarəsi müqaviləsinə icarəyə verənin təsis olunduğu, yaşadığı və ya əsasən fəaliyyət göstərdiyi ölkənin hüququnun tətbiq edilməsinə dair "Beynəlxalq xüsusi hüquq haqqında" qanunda dəyişiklik edilib;

- maliyyə icarəsi fəaliyyətini həyata keçirən şəxslər tərəfindən kredit tarixçələrini təşkil edən məlumatın fəaliyyətdə olan ən azı bir kredit bürosuna təqdim edilməsi tələbinin müəyyənləşdirilməsi barədə "Kredit büroları haqqında" qanunda dəyişiklik edilib;

- "Maliyyə icarəsi haqqında" qanundan irəli gələrək lisenziyanın (icazənin) verilməsi, fəaliyyətə başlama üçün qeydiyyatın (reyestrin) aparılması və nəzarətin həyata keçirilməsi məqsədilə kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatların sorğu əsasında Azərbaycan Mərkəzi Bankına verilməsi istiqamətində "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" qanunda dəyişiklik edilib;

- hüquqi şəxslərin Azərbaycan Mərkəzi Bankı tərəfindən maliyyə icarəsi verənlərin reyestrinə daxil edilməsi üçün dövlət rüsumunun dərəcəsi ilə bağlı "Dövlət rüsumu haqqında" qanunda dəyişiklik edilib;

- maliyyə bazarlarında lisenziya və icazə sistemini müəyyən edən maliyyə bazarları sahəsində qəbul edilən qanunların dairəsinə "Maliyyə icarəsi haqqında" qanunun əlavə edilməsi barədə "Lisenziyalar və icazələr haqqında" qanunda dəyişikliyin edilib;

- Vergi Məcəlləsində, Rəqabət Məcəlləsində, "Taxıl haqqında", "Tütün və tütün məmulatı haqqında", "Banklar haqqında", "Daşınmaz əmlakın dövlət reyestri haqqında", "Çayçılıq haqqında", "Ailə kəndli təsərrüfatı haqqında", "Atçılıq haqqında", "Bank olmayan kredit təşkilatları haqqında", "Pambıqçılıq haqqında", "İcbari sığortalar haqqında", "Kənd təsərrüfatı kooperasiyası haqqında", "Elm haqqında", "Nağdsız hesablaşmalar haqqında", "Daşınar əmlakın yüklülüyü haqqında", "Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında" və "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" qanunlarda "Maliyyə icarəsi haqqında" qanun layihəsinə uyğunlaşma xarakterli texniki dəyişikliklər edilib.

Maliyyə icarəsi fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslərin maliyyə icarəsi verənlərin reyestrinə daxil edilməsi 550 manat dövlət rüsumu alınması nəzərdə tutulur.


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 343   Tarix: 25 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İlham Əliyev Gömrük Məcəlləsində dəyişiklikləri TƏSDİQLƏDİ

Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişikliklər edilib. -a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev yeni qanunu imzalayıb. Dəyişikliklər gömrük qanunvericiliyinin tətbiqi zamanı ortaya çıxan məsələlərin həlli, gömrük fəaliyyətinin müasir tələblərə və beynəlxalq təcrübəy

4 avqust
.

"Müharibənin indiki mərhələsində hava hücumundan müdafiə sistemləri Ukraynanın ən vacib ehtiyaclarından biridir" - BƏHRUZ QULİYEV

"Ukrayna Prezidenti Volodimir Zelenskinin Qərb ölkələrinin ballistik raketlər və hava hücumundan müdafiə sistemlərinin tədarükündə gecikmələrin yaşandığı barədə açıqlaması müharibənin yeni mərhələsinin nə qədər həssas olduğunu göstərir. Bu bəyanat təkcə hərbi çatışmazlıqdan deyil, həm də Qərbi

6 avqust
.

İlham Əliyevdən iki diplomatla bağlı SƏRƏNCAMLAR

İrfan Şakir oğlu Davudov Azərbaycan Respublikasının Malayziyada, eyni zamanda Bruney Darüssalamda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. -a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Dövlət başçısının digər sərəncamı ilə, Xəzər Nadir oğl

7 avqust
.

İlham Əliyev İsveçrə Prezidentini milli bayramları münasibətilə təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev isveçrəli həmkarı Qi Parmölənə təbrik məktubu ünvanlayıb. -ın -a istinadən məlumatına görə, təbrikdə deyilir:. "Hörmətli cənab Prezident,. İsveçrə Konfederasiyasının milli bayramı münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmim

1 avqust
.

Bakıda "SSRİ təbliğatı"nın arxasında kimlər dayanır? - DETALLAR

Zaman-zaman SSRİ bayrağı ilə yürüş edən, tədbilərdə bu bayrağı dalğalandıran insanların cəzalandırıldığının şahidi oluruq. Sonuncu belə hadisədə biri tanınmış jurnalist olmaqla 4 nəfər həbs edildi. Bəs bu cür addımların, təbliğatın arxasında nə dayanır?. Mövzu ilə bağlı -a danışan politoloq, siyasi elmlə

4 avqust
.

İlham Əliyevdən Bəxtiyar Aslanbəyli ilə bağlı SƏRƏNCAM

bp-nin Xəzər, Mərkəzi Asiya və Türkiyə regionu üzrə vitse-prezidenti Bəxtiyar Əli oğlu Aslanbəyli "Şöhrət" ordeni ilə təltif edilib. -a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncama əsasən, B.Aslanbəyli Azərbaycan neft sənayesinin inkişafında xüsus

6 avqust
.

Rəcəb Rəhimli vəzifəsindən azad olundu - YENİ TƏYİNAT

Rəcəb Zakir oğlu Rəhimli Naxçıvan Muxtar Respublikası Ordubad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. -a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Dövlət başçısının digər sərəncamı ilə, Nurlan Rauf oğlu Hacıyev Naxçıvan Muxtar Respublikas

4 avqust
.

Ceyhun Bayramov Kiyevdə

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Ukraynaya rəsmi səfəri başlayıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumat Azərbaycan XİN-in "X" hesabında paylaşılıb. Naziri paytaxt Kiyevdə ukraynalı həmkarı Andrey Sibiqa qarşılayıb

6 avqust
.

Azərbaycan və Qırğızıstan iqtisadi-ticari sahədə fəal əməkdaşlıq edir

İyulun 30-da Azərbaycan Prezidenti İlham Əliyev Qırğız Respublikasına dövlət səfərinə gəlib. Bu səfər iki ölkə arasında yaranmış sıx dostluğun, əməkdaşlığın, qardaşlığın nümunəsidir. Səfərin məqsədi hər iki ölkənin hər sahədə gələcək inkişafını daha yüksək səviyyəyə çatdırmaq, xalqların birliyini, dostluğun

31 iyul