"Azərbaycan Avropa İttifaqı üçün dəyərli və etibarlı enerji tərəfdaşıdır" - DEPUTAT

"Azərbaycan Avropa İttifaqı üçün dəyərli və etibarlı enerji tərəfdaşıdır" - DEPUTATAvropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında münasibətlər müsbət və strateji istiqamətdə inkişaf edir.Hər iki lider Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlığın böyük əhəmiyyət daşıdığını təsdiqləyib. Onlar siyasi dialoqun və praktiki əməkdaşlığın daha da dərinləşdirilməsində maraqlı olduqlarını bildiriblər. Bu əməkdaşlıq əsasən təhlükəsizlik, energetika, nəqliyyat və regional bağlantı kimi mühüm sahələri əhatə edir. Aİ vitse-prezidenti xanım Kaya Kallas bu ilin may ayında ölkəmizə səfəri zamanı rəqəmsal texnologiyalar sahəsində əməkdaşlığın da vacibliyini ifadə etmişdi.

İqtisadi və ticarət əməkdaşlığının güclənməsi təkcə Azərbaycan və Avropa İttifaqı üçün deyil, həm də Qara dəniz, Cənubi Qafqaz və Mərkəzi Asiya daxil olmaqla daha geniş regionda rifah və inkişafın təşviqinə xidmət edir. Azərbaycan Şərq-Qərb, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin üzərində yerləşir və əlverişli coğrafi mövqedə olmaqla yanaşı, ticarət üçün səmərəli və lazımi bağlantı infrastrukturunu da qurub. Bu cür şərait Avropa üçün də cəlbedicidir və Aİ Azərbaycanın yaratdığı imkanlardan yararlanmaqla, ticarəti genişləndirməyi məqsədəuyğun hesab edir.
Avropa İttifaqı Cənubi Qafqazda regional bağlantı layihələrinə marağını daha da artırmışdır. Aİ Azərbaycan, Mərkəzi Asiya və Türkiyə ilə regionlararası bağlantının inkişaf etdirilməsində maraqlıdır. Azərbaycan, xüsusilə Qara dənizi, Cənubi Qafqazı və Mərkəzi Asiyanı birləşdirən Orta Dəhliz vasitəsilə regional nəqliyyat marşrutlarında mühüm rol oynayır. 2026-cı ilin yanvarında əldə olunmuş razılığa əsasən, Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) rəhbərliyi ilə Naxçıvan dəmir yolu layihəsinin texniki və maliyyə aspektlərini qiymətləndirəcək texniki-iqtisadi əsaslandırma hazırlanır.

Azərbaycan Avropa İttifaqı üçün dəyərli və etibarlı enerji tərəfdaşıdır. Prezident İlham Əlieyvin də bəyan etdiyi kimi, Aİ Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır, 40% ixracımız bu ölkələrin payına düşür. 10 Aİ üzvü olan ölkəyə Azərbaycan təbii qazı Cənub Qaz Dəhlizi vasitəsilə ixrac olunur. Yaşıl enerjinin ixracı üzrə də Aİ ilə ölkəmiz arasında anlaşma mövcuddur və bir neçə layihə üzərində hazırda çalışılır ki, Türkiyə və Gürcüstan tranziti vasitəsilə elektrik enerjisi Avropa bazarlarına çatdırıla biləcək.

Bu baxımdan, 2025-2026-cı illər Azərbaycanla Aİ arasında dialoqun intensivləşdiyini deyə bilərik. Xüsusilə, Prezident İlham Əliyev Tiranada və Kopenhagendə keçirilən Avropa Siyasi Birliyi (EPC) sammitlərində iştirak etmiş, Avropa İttifaqının yüksək vəzifəli rəsmiləri ilə görüşlər keçirmişdir. Azərbaycanın 2028-ci ildə 12-ci Avropa Siyasi Birliyi Sammitinə ev sahibliyi edəcək ölkə seçilməsi onun regionda artan rolunun göstəricisidir.

2026-cı ilin mart ayında Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın Azərbaycana ilk rəsmi səfəri ikitərəfli münasibətlərin inkişafına yeni təkan vermiş və gələcək əməkdaşlığın əsas istiqamətlərini müəyyən etmişdir. Aİ rəsmilərinin yüksək səviyyəli səfərləri strateji prioritetlərin yenilənməsi, yeni hərtərəfli saziş üzrə danışıqların bərpası və müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsinə xidmət etmişdir.

Avropa İttifaqı yeni Tərəfdaşlıq Prioritetlərinin qəbuluna, yeni saziş üzrə danışıqların davam etdirilməsinə, enerji və nəqliyyat sahələrində dialoqun dərinləşdirilməsinə, eləcə də insanlar arasında əlaqələrin genişləndirilməsinə hazır olduğunu bəyan etmişdir. Bununla yanaşı, minalardan təmizləmə, yaşıl nəqliyyat, su ehtiyatlarının idarə olunması və rəqəmsallaşma sahələrini dəstəkləmək məqsədilə 13,5 milyon avro həcmində maliyyə paketi ayrılmışdır.
Yenilənmiş Tərəfdaşlıq Prioritetləri üzrə danışıqlar əhəmiyyətli irəliləyiş əldə etmiş, onların 2026-cı ildə yekunlaşdırılması və ilin sonlarında Azərbaycan-Aİ Əməkdaşlıq Şurasının iclasının keçirilməsi gözlənilir.

Bütün bunlarla yanaşı, Aİ strukturları arasında xarici siyasətdə vahid mövqenin olmaması təəssüf doğurur. Avropa Parlamenti cəmi 5 il ərzində Azərbaycan əleyhinə ədalətsiz və qərəzli 14 qətnamə qəbul edib. Bu isə, ikili yanaşmaların və siyasi riyakarlığın bariz nümunəsi idi. Dövlət Başçımız bu ilin may ayında Ermənistanda keçirilən Avropa Siyasi Birliyinin iclasına onlayn formatda qoşularaq öz çıxışında bunu bildirmişdi.

Avropa Sülh Fondu mexanizmi vasitəsilə Ermənistanın silahlanması, müdafiə qabiliyyətinin gücləndirilməsinə davamlı dəstək, Aİ mülki missiyasının hələ də sərhəddə qalması sual doğurur. Ölkəmizlə Aİ arasında regional çağırışlarla bağlı dialoq davam edir. 20 may tarixində Aİ-Azərbaycan təhlükəsizlik dialoqu Bakıda keçirildi. Düşünürəm ki, bu məsələlər bir daha qarşı tərəfin diqqətinə çatdırılıb.

Pərvanə Vəliyeva
Milli Məclisin deputatı


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 710   Tarix: 03 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Alla Axundova vəfat etdi

Azərbaycan SSR Dövlət Mükafatı laureatı, Azərbaycan SSR Əməkdar incəsənət xadimi, ssenarist, şair, tərcüməçi Alla Axundova vəfat edib. xəbər verir ki, bu barədə APA-ya Azərbaycan Yazıçılar Birliyinin Moskva bölməsinin sədri Abuzər Bağırov məlumat verib. Qeyd edək ki, Alla Axundova 1939-cu ildə Moskvad

17 sentyabr
.

Azərbaycanda bu bələdiyyələrin ADLARI DƏYİŞİR

Qubanın iki bələdiyyəsinin və onların əhatə etdiyi yaşayış məntəqələrinin adları dəyişdirilir. xəbər verir ki, bununla bağlı "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa Əlavə -"Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişikli

16 sentyabr
.

Tələbələr bu kartla nəqliyyatda 10% bonus qazanacaq

"TələbəPlus" vasitəsilə tələbələrə yeni üstünlük təqdim olunub. "Qafqazinfo" xəbər verir ki, belə ki, artıq tələbələr "BakıKart" üzrə gediş haqqını "TələbəPlus" kartı ilə ödədikdə 10% bonus əldə edə biləcəklər. Bonus həm fiziki "TələbəPlus" kartı, hə

16 sentyabr
.

Şəxsiyyət vəsiqəsində ANA ADI yazılmalıdır? - AÇIQLAMA

Hazırda şəxsiyyət vəsiqəsində valideynlərə dair məlumatların necə əks etdirilməsi məsələsi cəmiyyətdə müzakirə olunan mövzulardan biridir. Həm ata, həm də ana adının sənəddə göstərilməsi uşağın hər iki valideyni ilə bağlı məlumatların eyni formada təqdim olunması baxımından yeni yanaşma kimi qiymətləndiril

17 sentyabr
.

"Məni iki dəfə vurdu, sonra boğdu": Şəmkirdə dəhşətli yanğından əvvəl nə baş verib?

Şəmkir rayonunun Xuluf kəndində baş verən yanğın hadisəsinin təfərrüatı məlum olub. Qaynarinfo "Xəzər" TV-yə istinadla xəbər verir ki, ailədə tez-tez mübahisələr yaranırmış. Ev sahibi Nəzakət İsmayılova iddia edir ki, oğlu Rauf Vəliyev onunla mübahisə edir və ona fiziki təzyiq göstərirmiş:

17 sentyabr
.

Bakı ABŞ Konqresində böyük həmləyə hazırlaşır

Milli Məclis əlaqələrin inkişafı üçün xüsusi tədbirlər nəzərdə tutub; bu yaxınlaşma 907-ci düzəlişin ləğvinə təsir edəcəkmi?. Azərbaycan-ABŞ münasibətlərinin yeni mərhələsinə uyğun olaraq Milli Məclisin ABŞ Konqresi ilə əlaqələrin inkişaf etdirilməsinə yönəlmiş xüsusi tədbirlər həyata keçirməsi nəzərd

16 sentyabr
.

İş saatlarının dəyişdirilməsi tıxac problemini həll edə biləcək? - AÇIQLAMA

Bakıda nəqliyyat sıxlığının əsas səbəblərindən biri hər gün on minlərlə insanın eyni saatlarda şəhər daxilində hərəkət etməsidir. AYNA da paytaxt və Abşeron yarımadasında xüsusilə eyni saatlarda şəhər mərkəzinə yönələn hərəkətin magistral yollarda ciddi sıxlıq yaratdığını qeyd edir. Bu baxımdan işə başlam

17 sentyabr
.

Əhdiman və dostu sərbəst buraxıldı

Sosial şəbəkələrdə pornoqrafik xarakterli videomateriallar yaymaqda şübhəli bilinən Əhdiman Osmanov və tanışı Həsən Əliyev istintaq müddətində polisin nəzarəti altında qalmaqla sərbəst buraxılıblar. "Qafqazinfo" "Unikal"a istinadən xəbər verir ki, hər iki şəxs sərbəst buraxılsala

16 sentyabr
.

Metro istifadəçilərinə ŞAD XƏBƏR - Tarix açıqlandı

"AZCON Holding" şirkətlərindən olan "Bakı Metropoliteni" QSC-nin "qırmızı xətti"nin "Həzi Aslanov" stansiyasının dalanında əsaslı təmir və yenidənqurma işlərində son mərhələ başlanıb. xəbər verir ki, yenidənqurma işləri təxminən 280 metrlik sahədə üç mərhələ üzr

17 sentyabr