Xəstəxanadan "əzələ ağrısı" diaqnozu ilə evə göndərdilər, yolda ürəyi dayandı
Türkiyənin Giresun vilayətində infarkt əlamətləri ilə özəl xəstəxanaya müraciət edən Salih Aydın ilkin müayinədən sonra "əzələ ağrısı" diaqnozu ilə evə buraxılıb. Lakin o, xəstəxanadan ayrıldıqdan bir neçə dəqiqə sonra avtomobildə halı pisləşərək ürəyi dayanıb.
Sonxeber.az xarici mediaya istinadla xəbər verir ki, xəstə "qırmızı kod"la yenidən eyni xəstəxanaya çatdırılıb. Həkimlər elektroşok və ürək masajı tətbiq etdikdən sonra təcili angioqrafiya apararaq stent yerləşdiriblər. Hazırda onun reanimasiya şöbəsində müalicəsinin davam etdiyi bildirilir.
Hadisədən sonra ailə ilkin tibbi yardımın lazımi səviyyədə göstərilmədiyini iddia edərək aidiyyəti qurumlara şikayət edib.
Şikayət əsasında Türkiyə Səhiyyə Nazirliyi araşdırma aparıb və ilkin yoxlamanın nəticələrinə əsasən hadisə ilə bağlı məsul səhiyyə işçisi haqqında rəsmi istintaqın başlanmasına icazə verib. Faktla bağlı inzibati və hüquqi araşdırmalar davam edir.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 421 Tarix: 24 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakıda DƏHŞƏTLİ AVTOBUS QƏZASI: 20-dən çox şəxs xəsarət aldı - VİDEO
Binə qəsəbəsində iki avtobusun toqquşması nəticəsində xəsarət alanların vəziyyəti açıqlanıb. -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, Binə Sovxoz ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə iyulun 24-də saat 08:00-dan etibarən 13 nəfə
24 iyulTarlada yatan fermerin köynəyinə kobra girdi - VİDEO
Hindistanda lentə alındığı bildirilən görüntülərdə tarlada yatmış bir fermerin köynəyinin içinə kobranın girdiyi iddia olunur. xarici mediaya istinadla xəbər verir ki, hadisə zamanı fermerin yaxınlığında olan şəxslər onun təşvişə düşməməsi üçün sakit qalmasını istəyib və ilanı təhlükəsiz şəkildə çıxarma
23 iyulDəniz qadağasına əməl etmədi: Boğularaq həyatını itirdi - VİDEO
Türkiyənin İstanbul şəhərinin Beykoz rayonunun Riva sahilində dənizdə güclü dalğa və təhlükəli axın səbəbindən rayon rəhbərliyi tərəfindən tətbiq edilən 5 günlük üzgüçülük qadağasına baxmayaraq, sərinləmək məqsədilə dənizə girən bir nəfər boğularaq həyatını itirib. türk mediasına istinadən xəbər veri
24 iyulTurist foto çəkdirərkən çayda boğuldu - VİDEO
Türkiyənin Trabzon vilayətində yerləşən və dünyaca məşhur turizm məkanı olan Uzungöldə faciə baş verib. türk mediasına istinadən xəbər verir ki, məlumata görə, Səudiyyə Ərəbistanı vətəndaşı Əbdüləziz Əlharbi foto çəkdirərkən çaya yıxılıb. Onu xilas etmək üçün suya girən qardaşı da güclü axına düşüb
22 iyulGünvurmadan necə qorunmaq olar?
Yay aylarında havaların həddindən artıq isti keçməsi günvurma riskini artırır. xəbər verir ki, xüsusilə uşaqlar, yaşlılar, xroniki xəstəliyi olan şəxslər və açıq havada çalışanlar daha diqqətli olmalıdırlar. Günvurmadan qorunmaq üçün aşağıdakılara əməl etmək tövsiyə olunur:. Saat 11:00-17:00 aralığınd
22 iyul84 yaşlı qadının evdən çıxarılması zamanı gərginlik yaşandı - VİDEO
Türkiyənin Kütahya şəhərində dövlət tərəfindən alınması nəzərdə tutulan fərdi yaşayış evinin boşaldılması zamanı gərgin anlar yaşanıb. türk mediasına istinadən xəbər verir ki, 84 yaşlı Mürvət Dəmiş və oğlu evin boşaldılması üçün gələn əməkdaşlara etiraz edib. Hadisə yerinə polis və bələdiyyə əməkdaşlar
23 iyulKuryer şüşə bağlamanı kameraya baxaraq yerə çırpdı
Türkiyədə kuryer şirkətlərindən birinin əməkdaşı müştəriyə məxsus, içərisində şüşə əşya olan bağlamanı yaşayış binasının qarşısında təhlükəsizlik kamerasının obyektivinə baxaraq qəsdən yerə çırpıb. türk mediasına istinadən xəbərr verir ki, nəticədə bağlama qırılıb. Hadisədən sonra kuryer heç nə baş verməmi
24 iyul