Rusiyalı həkim insan ömrünü 10-15 il qısaldan əsas amilləri açıqladı
İnsan ömrünü dəqiq neçə il qısaldığını müəyyən etmək mümkün olmasa da, bəzi vərdiş və amillərin həyat müddətinə ciddi təsir göstərdiyini göstərən elmi statistikalar mövcuddur.
Sonxeber.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə rusiyalı terapevt Kristina Radina Life.ru-ya açıqlamasında danışıb.
Həkimin sözlərinə görə, hər gün bir qutu siqaret çəkmək insan ömrünü orta hesabla 7-10 il qısalda bilər.
O bildirib ki, tərkibində kanserogen maddələr olan kolbasa, sosiska, servelat və digər emal olunmuş ət məhsullarının müntəzəm istehlakı kolorektal xərçəng riskini artırır. Bu isə ömrün 2 ildən 15 ilə qədər qısalmasına səbəb ola bilər.
Mütəxəssis əlverişsiz ekoloji şəraitin də sağlamlığa mənfi təsir göstərdiyini vurğulayıb. Onun sözlərinə görə, çirkli hava və avtomobillərin işlənmiş qazlarına uzun müddət məruz qalmaq insan ömrünü orta hesabla 5-7 il azalda bilər.
Kristina Radina qeyd edib ki, hipodinamiya, yəni hərəkətsiz həyat tərzi də ömrü 7-10 il qısaldan əsas risk amillərindən biridir.
Həkim genetik amillərin də nəzərə alınmasının vacibliyini vurğulayıb. O bildirib ki, ailədə rast gəlinən xəstəlikləri vaxtında araşdırmaq və profilaktik tədbirlər görmək mühüm əhəmiyyət daşıyır.
"Xərçəng, piylənmə ilə müşayiət olunan şəkərli diabet, ürək-damar xəstəlikləri və hipertoniya kimi problemlər insan ömrünü əhəmiyyətli dərəcədə azalda bilər. Yaxın qohumlarda bu xəstəliklərdən hər hansı biri müşahidə olunubsa, onların inkişaf riski də artır. Belə xəstəliklər ömrü təxminən 10 il qısalda bilər", - deyə o bildirib.
Mütəxəssis qidalara həddindən artıq duz əlavə etməyin də təhlükəli vərdiş olduğunu qeyd edib. Onun sözlərinə görə, bu, ömrü 3-5 il azalda bilər. Duzlu qidalar damarların vəziyyətini pisləşdirir, arterial təzyiqi yüksəldir və orqanizmdə maye toplanmasına səbəb olur. Nəticədə hipertoniyanın inkişaf riski artır.
Kristina Radina uzun müddət tıxacda qalmağın da sağlamlığa mənfi təsir göstərdiyini bildirib.
"Tıxacda uzun müddət qalmaq hərəkətsiz həyat tərzinin bir hissəsidir. Bu, ürəyin işemik xəstəliyi və ağciyər xərçəngi riskini artıraraq ömrü təxminən 10 il qısalda bilər. Bundan başqa, uzun məsafə qət edən sürücülərin üzünün bir tərəfi daim günəş şüalarına məruz qalır. Günəşdən qoruyucu vasitələrdən istifadə edilmədikdə dərinin vaxtından əvvəl qocalması və dəri xərçəngi riski artır. Bu da ömrün təxminən 10 il qısalmasına səbəb ola bilər", - deyə həkim fikrini yekunlaşdırıb.
Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq Baxılıb: 1210 Tarix: 02 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Psixoloq seçimi edərkən bunlara diqqət etmək lazımdır - AÇIQLAMA
İnsanlar psixoloq seçərkən yalnız təhsilinə və iş təcrübəsinə deyil, tətbiq etdiyi metodların elmi əsaslarına, etik qaydalara əməl edib-etməməsinə və mütəxəssisin ixtisaslaşdığı sahəyə də diqqət yetirməlidirlər. Peşəkar psixoloqun fəaliyyətində məxfilik, düzgün qiymətləndirmə və müştərinin ehtiyacın
8 sentyabrİnfarkt zamanı nə etməli? - Professor vacib məqamları açıqladı
Ürək-damar xəstəlikləri uzun illərdir dünya üzrə ölüm səbəbləri arasında 13 faizlə ilk sırada yer alır. Ümumdünya Səhiyyə Təşkilatının son məlumatlarına görə, hər il 9 milyon insan işemik ürək xəstəlikləri səbəbilə həyatını itirir və bu göstərici gündən-günə artır. Qaynarinfo xəbər verir ki, ürək v
2 sentyabrQaçış və ya idman zalı deyil: Ürək və damar sağlamlığı üçün ən yaxşı praktika
Yaş artdıqca orqanizmə daha ehtiyatlı yanaşan fiziki fəaliyyət növünün seçilməsi daha aktual olur. Yaşlı insanlar üçün gəzinti və velotrenajor ənənəvi olaraq təhlükəsiz seçim hesab edilsə də, ürək-damar sistemi üçün daha çox fayda verə biləcək alternativ də var. Söhbət yoqadan gedir. Qaynarinfo xəbə
1 sentyabrGünorta yatmaq üçün ən yaxşı vaxt nə zamandır?
Günorta yeməyindən sonra bir çox insanda diqqət azalır, yuxululuq yaranır və gündəlik işləri yerinə yetirmək çətinləşir. Belə hallarda əlavə bir fincan qəhvə içmək əvəzinə qısa müddət yatmaq daha faydalı ola bilər. -ın xəbərinə görə, lakin mütəxəssislər bildirirlər ki, bunun üçün düzgün vaxt seçmək vacibdir
30 avqustZülalı günün hansı vaxtında qəbul etmək daha faydalıdır: Səhər, yoxsa axşam?
Pəhrizinə və bədən quruluşuna nəzarət edən insanlar axşam yeməyinin mütləq zülallı olmalı olduğunu düşünürlər. Bəzi fitnes məşqçiləri və diyetoloqlar da bu fikri dəstəkləyirlər. Lakin bu yanaşma heç də həmişə doğru deyil. Qaynarinfo xəbər verir ki, mütəxəssislər zülalın nə vaxt daha yaxşı mənimsənildiyin
4 sentyabrAlimlər mədəaltı vəzi xərçəngixəstəliyinin müdafiəsi üsulunu kəşf etdilər
Mayami Universitetinin Silvester Kompleks Onkoloji Mərkəzinin alimləri IL1RAP reseptorunu bloklamaqla mədəaltı vəzi şişinin mikro mühitini dəyişdirməyin üsulunu kəşf ediblər. -ın məlumatına görə, tədqiqatın nəticələri "JCI Insight"da dərc edilib. IL1RAP iltihab siqnalında iştirak edir, şi
13 sentyabrÜzdəki ləkələr infarkt və insult riskindən xəbər verə bilər
Göz ətrafında yaranan sarımtıl və şişkin ləkələr ürək-damar xəstəlikləri riskinin erkən göstəricisi ola bilər. xəbər verir ki, "Atherosclerosis" jurnalında dərc olunan araşdırmada bu əlamətin ksantelazma adlandığı və infarkt, insult, eləcə də keçici işemik tutma riski ilə əlaqəli olduğu müəyyənləşdirilib
8 sentyabrSəhər və axşam yeməyinin vaxtı ömür uzunluğuna necə təsir edir?
İnsanın nə yediyi ilə yanaşı, qidanı hansı saatda qəbul etməsi də əhəmiyyətli ola bilər. Yeni araşdırma yemək vaxtının ömür uzunluğu ilə əlaqəli ola biləcəyini göstərib. Qaynarinfo xəbər verir ki, "European Journal of Clinical Nutrition" jurnalında dərc olunan araşdırmaya 40 yaşdan yuxarı 3
7 sentyabr