İddia varsa, sübutunu göstərin: Media məsuliyyəti və hüququn aliliyi

İddia varsa, sübutunu göstərin: Media məsuliyyəti və hüququn aliliyiSon dövrlər mediada mənim barəmdə "aldadıb", "90 min dollar alıb", "1,5 milyon dollar istəyib", "baş həkimdən külli miqdarda pul alıb" və buna bənzər ifadələrin səsləndirilməsi ilə bağlı mövqeyimi açıq şəkildə bildirmək istəyirəm.
Mən bu ifadələri sadəcə tənqid, subyektiv yanaşma və ya şəxsi fikir kimi qiymətləndirmirəm. Çünki burada konkret şəxsə - yəni mənə - konkret əməllər aid edilir. Belə ağır iddialar ictimaiyyətə fakt kimi təqdim olunursa, onların arxasında konkret, yoxlanıla bilən və mötəbər sübutlar olmalıdır.

Mənim suallarım olduqca sadə və konkretdir: Mən kimi aldatmışam? 90 min dolların mənə verildiyini təsdiq edən hansı sənəd var? 1,5 milyon dollar tələb etdiyimi təsdiq edən hansı sübut mövcuddur? Hansı müqavilə, bank əməliyyatı, qəbz, yazışma, səs yazısı və ya digər mötəbər fakt belə iddiaları təsdiqləyir?
Əgər bu iddiaları təsdiq edən sübutlar həqiqətən varsa, onların ictimaiyyətə və aidiyyəti dövlət orqanlarına təqdim edilməsi mümkündür və zəruridir. Əgər belə sübutlar yoxdursa, kimdənsə eşidilən sözün, ehtimalın və ya təsdiqlənməmiş məlumatın cəmiyyətə sübuta yetirilmiş fakt kimi təqdim edilməsi yolverilməzdir.

Söz azadlığı məsuliyyətsiz ittiham azadlığı demək deyil

Azərbaycan Respublikasının Konstitusiyası şəxsin şərəf və ləyaqətinin müdafiəsini təmin edir, eyni zamanda fikir və söz azadlığını tanıyır. Bu iki prinsip bir-birinə zidd deyil. Əksinə, hüquqi dövlət şəraitində söz azadlığı ilə şəxsin şərəf və ləyaqətinin müdafiəsi arasında hüquqi balans qorunmalıdır.
Söz və fikir azadlığı hər kəs üçün fundamental hüquqdur. Lakin bu azadlıq başqa bir şəxs barəsində sübuta yetirilməmiş ağır ittihamları fakt kimi yaymaq hüququ anlamına gəlmir. Xüsusilə də korrupsiya, dələduzluq və külli miqdarda pul almaq kimi ciddi əməllər konkret şəxsin adına bağlanırsa, belə iddiaların faktoloji əsasları ictimaiyyətə aydın şəkildə təqdim edilməlidir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 23-cü maddəsində şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi ilə bağlı hüquqi imkanlar nəzərdə tutulur. Deməli, şəxsin nüfuzuna xələl gətirə biləcək məlumatların yayılması məsələsi yalnız jurnalistikanın etik prinsipləri deyil, həm də hüquqi məsuliyyət çərçivəsində qiymətləndirilə bilər.

Hüquq müdafiəçisi olmaq heç kimə xüsusi immunitet vermir

Mənim üçün burada başqa bir prinsipial məsələ də var. Hüquq müdafiəçisi, jurnalist və ya media nümayəndəsi olmaq heç kimə xüsusi immunitet vermir və heç kəsə insanı əvvəlcədən günahkar elan etmək hüququ vermir.
Hüquq müdafiəsinin mahiyyəti insanı ittiham etmək deyil, hüququ, faktı, ədalətli proseduru və fundamental hüquqları müdafiə etməkdir. Media nümayəndəsinin də əsas vəzifələrindən biri məlumatı yoxlamaq, müxtəlif tərəflərin mövqeyini öyrənmək və ictimaiyyətə düzgün, obyektiv və məsuliyyətli informasiya təqdim etməkdir.
Əgər hər hansı şəxs barəsində ciddi ittiham səsləndirilirsə, həmin ittihamın qarşı tərəfin mövqeyi alınmadan və faktlar yoxlanılmadan ictimaiyyətə təqdim edilməsi obyektiv informasiya prinsiplərinə uyğun deyil.

Təqsirsizlik prezumpsiyası hüquqi dövlətin əsas prinsipidir

Təqsirsizlik prezumpsiyası hüquqi dövlətin fundamental prinsiplərindən biridir. Şəxsin təqsiri qanunla müəyyən edilmiş qaydada sübuta yetirilməyənədək və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyən edilməyənədək onun cinayət törətmiş şəxs kimi təqdim olunması ciddi hüquqi və etik suallar yaradır.
Media məhkəmə deyil. Televiziya efiri məhkəmə zalını, jurnalistin və ya digər şəxsin şəxsi mülahizəsi ittiham aktını, eşidilmiş söz isə məhkəmə hökmünü əvəz edə bilməz.Əgər ortada cinayət əməli barədə məlumat varsa, bunun üçün qanunla müəyyən edilmiş hüquqi prosedurlar mövcuddur. Faktlar aidiyyəti dövlət orqanlarına təqdim edilməli, araşdırma aparılmalı və hüquqi qiymət qanun çərçivəsində verilməlidir.

Mən xüsusi münasibət deyil, qanunun hamıya eyni tətbiqini tələb edirəm

Mən heç kimdən xüsusi münasibət tələb etmirəm. Mənim tələbim çox sadədir: qanun hamı üçün eyni olmalıdır.
İddianız varsa - sübutunu göstərin. Sübutunuz varsa - onu aidiyyəti və səlahiyyətli dövlət orqanlarına təqdim edin. Cinayət əməli barədə məlumatınız varsa - qanuni prosedurdan istifadə edin.
Amma media efirini məhkəmə zalına, şəxsi mülahizəni ittiham aktına, kimdənsə eşidilmiş sözü isə məhkəmə hökmünə çevirmək olmaz.

Bu məsələdə mənim mövqeyim prinsipialdır. Mənim barəmdə səsləndirilən hər bir ciddi iddianın konkret faktlarla əsaslandırılmasını istəyirəm. Çünki məsələ yalnız mənim şəxsi nüfuzumdan ibarət deyil. Söhbət həm də mediada məsuliyyətli davranışdan, hüququn aliliyindən və cəmiyyətdə ədalət anlayışının qorunmasından gedir.
Hər bir iddia sübutla, hər bir ittiham qanunla, hər bir hüquqi qiymət isə qanunla müəyyən edilmiş prosedurla əsaslandırılmalıdır.

Heç kimin şəxsi mülahizəsi qanundan üstün deyil. Heç bir media platforması məhkəməni əvəz edə bilməz. Heç bir ictimai status isə şəxsi sübutsuz ittiham etmək üçün xüsusi hüquq yaratmır.
Mənim mövqeyim dəyişməzdir: iddia varsa, sübutunu göstərin; sübut varsa, qanuni qaydada təqdim edin. Əks halda təsdiqlənməmiş məlumatları fakt kimi təqdim etməkdən çəkinin.Çünki hüquqi dövlətin əsas prinsipi birdir: qanun hamı üçün eynidir və heç kimin sözü qanundan üstün deyil.

David Seliverstov,
"Magen David Azerbaijan" insan hüquqlarının müdafiəsi və xeyriyyəçilik cəmiyyətinin sədri


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 70   Tarix: 13 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Civəli termometr yenidən Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında - Fotolar

Paytaxt sakinlərinin müraciətləri nəzərə alınaraq, Bakı Şəhər İcra Hakimiyyətinin binasının qarşısında yerləşən civəli termometr yenidən bərpa olunub. xəbər verir ki, həmin məkanda termometr hələ sovet dövründə quraşdırılıb və uzun illər şəhərin tanınan elementlərindən biri olub. Termometr müstəqilli

13 avqust
.

Eyni marka, fərqli tərkib: Qlobal brendlər məhsullarını niyə ölkədən-ölkəyə dəyişirlər? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Qlobal brendlərin eyni məhsulu müxtəlif ölkələrdə fərqli tərkiblə istehsal etməsi son illərdə istehlakçıların diqqətini çəkən məsələlərdən biridir. Eyni marka adı və oxşar qablaşdırma ilə satılan məhsulların dadı, qoxusu, istifadə olunan xammalı və hətta bəzi hallarda əsas tərkib komponentləri bazardan-bazar

12 avqust
.

Meşəlik ərazidə meyitləri tapılan 16 yaşlı qız və 29 yaşlı kişi qohum olublar - Lənkərandakı dəhşətli hadisənin DETALLARI - VİDEO

Lənkəranda meşə ərazisində iki şəxsin meyitinin aşkar edilməsi faktı üzrə cinayət işi başlanıb. xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb. Qeyd edilib ki, avqustun 11-də Lənkəran rayonunun Haftoni kəndi yaxınlığındakı meşəlik ərazidə iki nəfərin meyitinin aşkar edilməsi barədə rayon prokurorluğun

12 avqust
.

Masazırda "Sabah" və "Orhus" azarkeşləri arasında baş vermiş İNSİDENTİN GÖRÜNTÜLƏRİ - VİDEO

Avqustun 11-də keçirilən "Sabah" - "Orhus" oyunundan sonra baş verən insidentlə bağlı yeni görüntülər yayılıb. xəbər verir ki, oyundan sonra davanı azərbaycanlı azarkeşlərin başladığı barədə iddialar səsləndirilib. Lakin yayılan görüntülərdə hücuma ilk keçən və vəziyyəti gərginləşdirə

12 avqust
.

İnsanlar niyə getdikcə daha az ünsiyyət qurur? - Səmərəli ünsiyyəti əngəlləyən faktorlar hansılardır və onları necə aşmaq olar? - MÜSAHİBƏ

Ünsiyyət həyatımızın ən mühüm tərəfidir.Ünsiyyət mədəniyyəti ilk növbədə insanın ana dilinə olan sevgisi və hörmətindən yola çıxaraq formalaşır. Bəs psixologiya ünsiyyət bacarıqları haqda nələri deyir?. Xəzər Universiteti Psixologiya Departamentinin əməkdaşı, psixoloq Mirsadiq Muxtarov -a mövzu ilə bağl

13 avqust
.

Şəkidə leysan yağdı, istirahət mərkəzinə gedən yolda çətinlik yarandı (VİDEO)

Ötən gün axşam saatlarında Şəki rayonunda yağan güclü leysan yağışları ciddi fəsadlara səbəb olub. Güclü sel suları Kiş kəndindən istirahət mərkəzinə gedən avtomobil yoluna bol miqdarda palçıq və çınqıl qatı gətirib. Hadisə nəticəsində ərazidə nəqliyyatın hərəkəti kəskin məhdudlaşıb. Bir neçə avtomobi

13 avqust
.

Naxçıvanın nəqliyyat, enerji və iqtisadiyyatı daha da inkişaf edəcək

Avqustun 11-də Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri və səfər çərçivəsində verdiyi müsahibədə səsləndirdiyi fikirlər göstərir ki, Naxçıvanın inkişafına artıq yalnız bir regionun sosial-iqtisadi tərəqqisi kontekstində deyil, Azərbaycanın uzunmüddətli geosiyasi və geoiqtisadi strategiyasını

12 avqust
.

Dilqəm Əsgərovla oğlu yenə dalaşdı - Nəyi bölüşə bilmirlər?- Video

Keçmiş girov Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov atasının ona xəsarət yetirdiyini iddia edir. "Qafqazinfo" xəbər verir ki, Kürdoğlu Əsgərov -a müraciətində hadisənin Şəmkir rayonunun Çinarlı kəndində baş verdiyini bildirib. K.Əsgərovun sözlərinə görə, atası onun yaşadığı evə gələrək mül

13 avqust
.

AzTV-nin əməkdaşı dənizdə boğulub öldü - FOTO

Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində Məqsəd Əlisahib oğlu Məmmədli dənizdə batıb. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Qeyd olunub ki, onun meyiti ən yaxın sularda xilasetmə məntəqəsindən 2 km aralı dənizdə nəzarətsiz ərazidə aşkarlanıb. -ın əld

12 avqust