Rusiya media və siyasi mübarizə etikasını aşan davranışlar nümayiş etdirir - AÇIQLAMA

Son günlər Rusiya media resurslarında Azərbaycan dövlətinə, xalqına və ölkə rəhbərliyinə qarşı sərt, təhqir və təhdid xarakterli ifadələrin yer alması informasiya məkanında narahatlıq doğurur. Belə materiallar yalnız jurnalistikanın peşə və etik prinsipləri baxımından deyil, eyni zamanda iki ölkə arasında formalaşan ictimai rəyə və qarşılıqlı münasibətlərə mümkün təsiri baxımından da müzakirə olunur.
Bəs, dövlətə, xalqa və siyasi rəhbərliyə qarşı təhqir və təhdid xarakterli materialların mediada yayılması sivil jurnalistika və media etikası prinsipləri baxımından necə qiymətləndirilməlidir və bu cür yanaşmalar Azərbaycan-Rusiya informasiya münasibətlərinə, eləcə də iki ölkə xalqları arasında ictimai rəyə necə təsir göstərə bilər?
Məsələ ilə bağlı Sonxeber.az-a açıqlama verən "Müasir İnkişaf" İctimai Birliyinin sədri Mübariz Göyüşlü bildirib ki, Rusiyanın bəzi kütləvi informasiya vasitələrində, o cümlədən Rusiyanın bəzi ictimai-siyasi şəxsləri, xüsusilə də Kremlə və Putinə yaxın olan şəxslər tərəfindən Azərbaycan dövlətinə, xalqına, onun rəhbərliyinə və Azərbaycan xalqı üçün xüsusi önəm daşıyan məsələlərə münasibətdə çox qəbuledilməz və sərt üslubdan istifadə olunur:
"Bəzən hətta media etikasını, jurnalist etikasını, ümumiyyətlə siyasi mübarizə etikasını aşan davranışlar nümayiş etdirilir. Bu baxımdan mən bunu çox mənfi qiymətləndirirəm. Üstəlik, Rusiya rəhbərliyi, xüsusilə də Prezident Vladimir Putin şəxsən iki ölkə arasındakı münasibətləri qaydaya salmaq istədiyi bir məqamda bu cür jurnalistlərin və ictimai-siyasi şəxslərin davranışları iki dövlət arasındakı münasibətlərə, təbii ki, zərər verə biləcək vəziyyət yaradır. Bu mənada mən belə yanaşmanı mənfi qiymətləndirirəm. Hesab edirəm ki, əgər Rusiya tərəfi iki dövlət arasındakı münasibətlərin yaxşı olmasını istəyirsə, bu cür məsələlərdə daha həssas və diqqətli olmalıdır".
Röyalə Xəyal
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











XƏBƏRDARLIQ - Hava bu tarixdən PİSLƏŞİR
"Sabah vətənə qayıdıram və barəmdə yalan danışanlarla mübarizəmi hüquqi müstəvidə aparacam"- David Seliverstovla MÜSAHİBƏ
Sabah leysan olacaq
Bakının "Milyonerlər məhəlləsi" adlanan ərazisindəki yanğın söndürüldü: Xəsarət alanlar var - VİDEO
Balaca Gülərin böyük arzusu gerçəkləşdi - Prezident İlham Əliyevin diqqəti Kiçik Qaladərəsində daha bir unudulmaz hekayə yaratdı
Alacağınız evin gələcəkdə plana düşüb-düşməyəcəyini belə öyrənmək olar - Ekspert AÇIQLADI
Şübhələnən kişi, arvadının xəyanətini görün necə sübut etdi
Borc verən şəxs pulunu geri tələb edərkən mesajlaşmalara əsaslana bilərmi? - AÇIQLAMA
Ebru Gündeşin 200 min dollarlıq əməliyyatdan sonra görünüşü
Baş nazirdən Müdafiə Nazirliyinin mülki işçilərinin əməkhaqqıları ilə bağlı QƏRAR
2026-cı ildə ev almaq, yoxsa gözləmək? - AÇIQLAMA
Prezident təqaüdçüləri ailə qurur
Məktəb alış-verişinə nə qədər vəsait lazımdır? - AÇIQLAMA
Dünyanın yarısının danışdığı beş dil
Azərbaycanda DƏHŞƏT: Kişi namaz qılarkən öldürüldü, arvadı saxlanıldı