Tramp Hörmüz boğazını Amerika ərazisi adlandırıb
ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazını Amerika ərazisi hesab etdiyini bildirib.
"Report" xəbər verir ki, Cənubi Karolina ştatında tərəfdarları qarşısında çıxış edən Ağ Ev rəhbəri Vaşinqtonun Tehranla sövdələşmə istəyib-istəməməsinə şübhə ilə yanaşıb.
"Onlar (İran tərəfi - red.) sövdələşmə bağlamağı çox istəyirlər. Biz heç bunu istəyib-istəmədiyimizi də bilmirik, çünki mən hazırda Hörmüz boğazını Amerika ərazisi hesab edirəm. Bu, Amerika ərazisidir", - Tramp iddia edib.
Bununla yanaşı, o, ABŞ-nin İranın nüvə silahı əldə etməsinə imkan verməyəcəyini bir daha vurğulayıb.
"Biz İranın nüvə silahı əldə etməsinə imkan verə bilmərik, əks halda, sizi çox xoşagəlməz nəticələr gözləyir. Buna görə də biz müdaxilə etdik və onları dayandırdıq. Onların heç vaxt nüvə silahı olmayacaq", - ABŞ Prezidenti bildirib.
Bundan əvvəl Amerikanın Vitse-prezidenti Cey Di Vens Vaşinqtonun İranla münaqişədəki məqsədlərindən danışarkən Hörmüz boğazında gəmiçilik azadlığına və Tehranın nüvə silahı əldə etməsinə yol verilməməsinə də diqqət çəkmişdi.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 120 Tarix: 23 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Avropa ölkəsində uşaqlara PUA-dan istifadənin öyrədilməsinə başlandı
Latviya Gənclərin Müdafiə Mərkəzi yuxarı sinif şagirdlərinin PUA-ların (Pilotsuz Uçuş Aparatı - dron) idarəetmə prinsiplərini və NATO standartlarını öyrəndikləri 12 yay sessiyası təşkil edib. -ın xəbərinə görə, bu barədə "RIA Novosti" məlumat verib. Mərkəzdən bildirilib ki, bu sessiyalar "yüksə
23 avqustAlmaniya uzaqmənzilli arsenal hazırlayır: Xərclənəcək böyük məbləğ açıqlandı
Almaniya uzaqmənzilli arsenalın yaradılmasını sürətləndirmək qərarına gəlib və artıq işə necə başlayacağını müəyyən edib. İlk raketlərin 2027-ci ildə əldə edilməsi planlaşdırılır, bütün proqrama isə Almaniya Müdafiə Nazirliyi ilkin olaraq təxminən 12 milyard avro büdcə ayırıb. -ın xarici KİV-ə istinadə
23 avqustZukerberq İrlandiyada 1827-ci ildə tikilmiş qala alıb
"Meta" şirkətinin rəhbəri, milyarder Mark Zukerberq həyat yoldaşı Prissilla Çanla birlikdə İrlandiyada tarixi qala satın alıb. Axşam.az xarici mediaya istinadən xəbər verir ki, cütlük 1827-ci ildə inşa edilən Strankalli qəsrinin sahibi olub. Uoterford qraflığında yerləşən tarixi mülkün ərazis
22 avqustAlimlər zamanı 10 dəfə daha dəqiq ölçməyin yolunu tapdılar
Vyana Texnologiya İnstitutunun alimləri atom saatlarında istifadə oluna biləcək xüsusi kristal hazırlayıblar. Tədqiqatçıların fikrincə, bu texnologiya nüvə saatlarının mövcud atom saatlarından 10 dəfə daha dəqiq olmasına imkan verə bilər. bu barədə "Interesting Engineering" nəşrinə istinadə
23 avqustYaponiyada kimya zavodunda iki işçi huşsuz vəziyyətdə aşkarlanıb
Yaponiyanın Yasu şəhərindəki "Light Chemical Industry" (Yüngül Kimya Sənayesi) kimya zavodunda təxminən iki metr dərinliyində qazanı cilalayan iki işçi huşsuz vəziyyətdə aşkarlanıb. "Report"un xəbərinə görə, bu barədə Yaponiya mediası məlumat yayıb. İlkin məlumatlara görə, hadis
23 avqustABŞ ilə Meksika yeni ticarət razılaşması üzərində işləməyə başlayıb
ABŞ və Meksika yeni ticarət sazişinin hazırlanması prosesinə başlayıb. "Report" xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp bildirib. "Biz həmçinin ABŞ üçün əhəmiyyətli dərəcədə daha sərfəli olacaq Meksika ilə yeni müqavilə üzərində işə başlayırıq", - o, Vaşinqton ətrafındak
23 avqustAy qırmızıya boyanacaq: TARİX VƏ SAAT AÇIQLANDI
Avqustun 28-də baş verəcək Ay tutulması zamanı peykin böyük hissəsi Yer kürəsinin kölgəsində qalacaq. Tutulma maksimum həddə çatdıqda Ayın 90 faizdən çoxunun kölgəyə düşəcəyi və onun səthinin qırmızımtıl rəngə boyanacağı gözlənilir. xəbər verir ki, ayın bu rəngə çevrilməsi Yer atmosferi ilə bağlıdır
23 avqust