"Azərbaycan-Özbəkistan əməkdaşlığı yeni mərhələyə yüksəlib" - AÇIQLAMA

"Azərbaycan-Özbəkistan əməkdaşlığı yeni mərhələyə yüksəlib" - AÇIQLAMA"Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) müsahibəsi iki qardaş ölkə arasında münasibətlərin bugünkü yüksək səviyyəsini, əldə olunan mühüm nəticələri və gələcək əməkdaşlığın perspektivlərini əhatə edən mühüm siyasi mesajlarla zəngindir. Dövlətimizin başçısının müsahibədə səsləndirdiyi fikirlər bir daha göstərir ki, Azərbaycan-Özbəkistan əlaqələri yalnız dövlətlərarası münasibətlərin çərçivəsi ilə məhdudlaşmır. Möhtərəm Prezident İlham Əliyevin bildirdiyi kimi, Azərbaycan və Özbəkistan arasında münasibətlər ortaq tarixə, mədəniyyətə, dil və mənəvi dəyərlərə əsaslanır", - bunları Sonxeber.az -a danışan politoloq Mətin Hüseynov deyib:

"Azərbaycan və Özbəkistan arasında möhkəm təməl üzərində qurulan dövlətlərarası münasibətlər hazırda yeni və daha yüksək mərhələyə yüksəlib. Son illərdə siyasi dialoqun intensivləşməsi, qarşılıqlı səfərlərin və yüksək səviyyəli təmasların artması iki ölkə arasında etimad mühitini daha da möhkəmləndirib. Nəticədə Azərbaycan-Özbəkistan əlaqələri strateji tərəfdaşlıqdan müttəfiqlik səviyyəsinə yüksəlib və münasibətlərə tamamilə yeni məzmun gətirilib. Bu prosesdə Azərbaycan Prezidenti İlham Əliyev ilə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev arasındakı səmimi dostluq münasibətləri xüsusi əhəmiyyət daşıyır. Dövlət başçıları arasında qarşılıqlı hörmət və etimada əsaslanan münasibətlər iki ölkə arasında siyasi əlaqələrin inkişafına, yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsinə və mövcud layihələrin uğurla həyata keçirilməsinə mühüm töhfə verir. Azərbaycan və Özbəkistan liderlərinin qarşılıqlı səfərləri münasibətlərin dinamik inkişafının ən mühüm göstəricilərindəndir. 2024-cü ilin avqustunda Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri, 2025-ci ilin iyulunda isə Prezident Şavkat Mirziyoyevin Azərbaycana dövlət səfəri ikitərəfli əlaqələrin tarixində mühüm siyasi hadisələr kimi yadda qalıb. Bu səfərlər çərçivəsində imzalanmış çoxsaylı sənədlər, xüsusilə strateji tərəfdaşlığın dərinləşdirilməsinə və müttəfiqlik münasibətlərinə dair sənədlər əlaqələrin hüquqi-siyasi bazasını daha da möhkəmləndirib.
Dövlət başçısı İlham Əliyevin vurğuladığı kimi, Azərbaycanla Özbəkistan arasındakı siyasi münasibətlər iqtisadiyyat, investisiya, sənaye, nəqliyyat, logistika, enerji, kənd təsərrüfatı, təhsil, elm, mədəniyyət və humanitar sahələrdə genişmiqyaslı əməkdaşlıq tədbirləri ilə daha da zənginləşir.
Bu çoxşaxəli əməkdaşlıq yeni layihələrin həyata keçirilməsinə və xalqlarımız arasında əlaqələrin daha da dərinləşməsinə xidmət edir. İqtisadi-ticari münasibətlərdə müşahidə olunan dinamika xüsusilə diqqətəlayiqdir. 2025-ci ildə Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsinin əvvəlki illə müqayisədə üç dəfədən çox artaraq 795 milyon dollara çatması əlaqələrin iqtisadi potensialının nə qədər böyük olduğunu göstərir. 2026-cı ilin ilk beş ayında isə ticarət dövriyyəsinin ötən ilin eyni dövrü ilə müqayisədə 33 faiz artması qarşılıqlı iqtisadi marağın davamlı şəkildə yüksəldiyini nümayiş etdirir. Bundan başqa, nəqliyyat və logistika sahəsində əməkdaşlıq isə Azərbaycan-Özbəkistan münasibətlərinə regional və beynəlxalq əhəmiyyət qazandırır. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin mühüm halqası kimi Özbəkistanın Avropa bazarlarına çıxış imkanlarının genişlənməsində mühüm rol oynayır. Orta Dəhlizin imkanlarının artırılması iki ölkənin nəqliyyat-logistika potensialını daha sıx şəkildə əlaqələndirir və Türk dünyasının iqtisadi inteqrasiyasına yeni impuls verir.
Azərbaycan-Özbəkistan əməkdaşlığında Qarabağın və Şərqi Zəngəzurun bərpası önəmli yer tutur. Özbəkistanın Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası prosesində göstərdiyi qardaşlıq dəstəyi münasibətlərimizin səmimiliyinin bariz nümunəsidir. Füzuli şəhərində Özbəkistanın təşəbbüsü ilə inşa edilmiş Mirzə Uluqbəy adına məktəb bunun ən parlaq nümunələrindən biridir. Bu təhsil ocağı təkcə müasir məktəb binası deyil, Azərbaycan və Özbəkistan xalqları arasındakı qardaşlığın, həmrəyliyin və gələcəyə birgə baxışın rəmzidir. Təhsil sahəsində qarşılıqlı mübadilələr də genişlənir. 2025-2026-cı tədris ilində Özbəkistanın 67 vətəndaşının Azərbaycanda, Azərbaycanın isə 176 vətəndaşının Özbəkistanda təhsil alması gənc nəslin qarşılıqlı əlaqələrinin inkişaf etdiyini göstərir. Bu münasibətlər gələcəkdə iki ölkənin elmi, intellektual və peşəkar potensialının daha sıx əməkdaşlığı üçün mühüm zəmin yaradır.
Azərbaycan və Özbəkistanın Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığı da xüsusi əhəmiyyət daşıyır. Hər iki dövlət Türk dünyasının birliyinin və həmrəyliyinin gücləndirilməsinə, təşkilat daxilində iqtisadi, nəqliyyat, mədəni və humanitar əlaqələrin inkişafına ardıcıl dəstək verir. Azərbaycan ilə Özbəkistanın ikitərəfli müttəfiqlik münasibətləri Türk dünyasında inteqrasiya proseslərinin daha da sürətlənməsi baxımından mühüm amildir. Bu gün Azərbaycan-Özbəkistan münasibətləri yalnız ikitərəfli əlaqələr müstəvisində deyil, daha geniş regional əməkdaşlıq kontekstində də mühüm əhəmiyyət daşıyır. Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında əlaqələrin möhkəmlənməsi, nəqliyyat və logistika imkanlarının genişləndirilməsi, enerji və iqtisadi layihələrin həyata keçirilməsi yeni əməkdaşlıq imkanları yaradır. Bütün bunlar göstərir ki, Azərbaycan və Özbəkistan münasibətləri artıq uzunmüddətli strateji perspektivə malik hərtərəfli tərəfdaşlıq modelinə çevrilib. Bu modelin əsasını siyasi etimad, iqtisadi maraqlar, tarixi-mədəni yaxınlıq və xalqlarımızın qarşılıqlı rəğbəti təşkil edir. Prezident İlham Əliyevin UzA-ya müsahibəsində ifadə etdiyi fikirlər də məhz bu reallığı təsdiqləyir. Əminliklə demək olar ki, Azərbaycan və Özbəkistan qardaşlığı, strateji müttəfiqliyi bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcək, birgə addımlarımız Türk dünyasının güclənməsinə, regionda sülh, sabitlik və rifahın möhkəmlənməsinə mühüm töhfə verəcək".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 137   Tarix: 24 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan-Özbəkistan əlaqələrində YENİ DÖVR - VİDEO

"Azərbaycan və Özbəkistan arasında münasibətlərin əsas üstünlüyü onların ortaq tarix, mədəniyyət, dil və mənəvi dəyərlərə söykənməsidir". xəbər verir ki, bunu Baku TV-yə açıqlamasında siyasi şərhçi Rəşad Bayramov deyib. O bildirib ki, budəfəki səfərin əsas xüsusiyyətlərindən biri siyasi müttəfiqliyi

23 avqust
.

"Azərbaycan Özbəkistan əlaqələri daha geniş müstəvidə inkişaf edir" - AÇIQLAMA

"Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi müsahibə yalnız Azərbaycan-Özbəkistan münasibətlərinin bugünkü vəziyyətinə dair qiymətləndirmə deyil. Müsahibədə səsləndirilən fikirlər daha geniş siyasi və geosiyasi proseslərə, Cənubi Qafqazla Mərkəzi Asiy

24 avqust
.

Leyla Əliyeva Şavkat Mirziyoyevin qızları ilə - Foto

Leyla Əliyeva sosial şəbəkə hesabında Özbəkistanın Buxara şəhərindən yeni şəkil paylaşıb. "Qafqazinfo" xəbər verir ki, fotoda Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin qızları da yer alıb. Həmin görüntünü təqdim edirik:

24 avqust
.

"Azərbaycan ilə Özbəkistan arasında əməkdaşlıq genişlənir" - AÇIQLAMA

Azərbaycanın milli maraqlara əsaslanan xarici siyasət kursunda Mərkəzi Asiya dövlətləri ilə əlaqələrin daha da genişləndirilməsi xətti mühüm yer tutur. Azərbaycan və Mərkəzi Asiya ölkələri artan strateji əhəmiyyətə malik vahid tarixi, mədəni, coğrafi və geosiyasi məkan formalaşdırır. Dünyada cərəya

24 avqust
.

"Azərbaycan-Özbəkistan münasibətləri yüksələn xətt üzrə inkişaf edir" - AÇIQLAMA

Azərbaycanla Özbəkistan arasında münasibətlər son illər yüksələn xətt üzrə inkişaf edir, ölkələrimiz arasında bütün sahələri əhatə edən dostluq və qardaşlıq əlaqələri daha da dərinləşir. Azərbaycan və Özbəkistan arasındakı münasibətlər qədim tarixə və qardaşlıq ənənələrinə əsaslanır. Bu münasibətlə

24 avqust
.

Bu, söz xatirinə verilən bir qiymət deyil - AÇIQLAMA

Prezident İlham Əliyevin Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə "Heydər Əliyev" ordenini təqdim etməsi iki ölkə arasında münasibətlərin yüksək səviyyəsinin göstəricisi kimi qiymətləndirilə bilər. Təltifin məhz Azərbaycan-Özbəkistan dostluq, qardaşlıq və müttəfiqlik əlaqələrinin inkişafın

24 avqust
.

Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - FOTO

Avqustun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılış mərasimində iştirak ediblər. BİG.AZ AZƏRTAC-a istinadla xəbər verir ki, dövlət başçıları əvvəlcə ali təhsil ocağını

23 avqust
.

Qardaşlıqdan müttəfiqliyə uzanan yol!

Özbəkistan Respublikasına səfəri ərəfəsində Prezident İlham Əliyevin Özbəkistan Milli İnformasiya Agentliyinə müsahibə verib. İki qardaş ölkə arasında münasibətlərin bugünkü mənzərəsini, əldə olunan mühüm nəticələri və qarşıda duran geniş perspektivləri əhatə edən əhəmiyyətli siyasi mesajlarla zəngindir

24 avqust
.

Azərbaycan və Özbəkistan: Dərin köklərə və strateji müttəfiqliyə söykənən sarsılmaz dostluq

Son illər Mərkəzi Asiyanın dinamik inkişaf edən, ən böyük dövlətlərindən biri olan Özbəkistanla Azərbaycanın əlaqələri sürətlə inkişaf edir. Prezident İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) müsahibəsində bu kimi məqamlara toxunub. Sözügedən müsahibədə dövlətimizin başçısı bildiri

24 avqust