Bu ölkədə hər uşağa görə 55 min dollar veriləcək
Doğum səviyyəsinin rekord həddə azalması ilə üzləşən Sinqapur ailələri uşaq sahibi olmağa təşviq etmək üçün genişmiqyaslı maliyyə dəstəyi proqramı hazırlayıb.
"Qafqazinfo" xəbər verir ki, yeni SG Uşaq Dəstəyi Paketi çərçivəsində hər Sinqapur vətəndaşı uşağın doğulduğu andan 17 yaşına qədər ümumilikdə təxminən 70 min Sinqapur dolları, yəni 55 min ABŞ dollarından çox (təxminən 93 min manat) birbaşa maliyyə dəstəyi ala biləcək.
Dəstək ailələrə birdəfəlik təqdim olunmayacaq və uşağın böyümə dövrü ərzində mərhələli şəkildə veriləcək.
Yeni doğulan hər uşaq üçün 10 min Sinqapur dolları məbləğində "Körpə hədiyyəsi" nəzərdə tutulur. Bundan əlavə, uşağın 1 yaşından 16 yaşına qədər hər il 2 min Sinqapur dolları ödəniləcək. Beləliklə, illik ödənişlərin ümumi məbləği 32 min Sinqapur dollarına çatacaq.
Yeni paket üzrə əsas dəstəyin məbləği 62 min Sinqapur dollarına qədər olacaq. Buna mövcud 5 min Sinqapur dollarlıq "MediSave" qrantı və məktəb illərində verilən təxminən 2,5 min Sinqapur dollarlıq "Edusave" dəstəyi də əlavə ediləcək.
Qeyd edək ki, Sinqapurda doğum səviyyəsinin 2025-ci ildə hər qadına 0,87 uşaq təşkil etdiyi bildirilir. Bu göstərici bir il əvvəl 0,97 olub.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











153 sərnişin göydə qaldı - Hər iki pilot 28 dəqiqə yatdı
40° isti, yağış, şimşək - Sabahın havası
Növbəti 3 gün ərzində temperatur 8 dərəcə enəcək
Bakının bəzi ərazilərində 1 gün su olmayacaq
Bütün sosial ödənişlərin yekunlaşacağı TARİX AÇIQLANDI
Prezidentlə xanımını belə yola saldılar - Tarixi kadrlar
Bu xəstəxanaya direktor təyin olundu
Bu dondurmanın satışı qadağan edildi - Fotolar
Axşam saat 6-dan sonra yemək sağlamlığa zərərlidir: Mif, yoxsa həqiqət?
Bakı Metropolitenində bu yeniliklər olacaq - AÇIQLAMA
Bu şəxslərin pensiyası ilə bağlı yenilik ola bilər (VİDEO)
Dünənki yanğın qəsdən törədilibmiş - Hadisədən əvvəlki görüntülər
İmişlidə toyda qəfil ölən 25 yaşlı oğlanın FOTOSU
Gənclərdə xərçəngin bu növü AŞKARLANIR: Səbəb nədir? - AÇIQLAMA
Leyla Əliyeva Şavkat Mirziyoyevin qızları ilə - Foto