Türkiyədə "Alparslan Kuytul" dini təşkilatının istintaqında dəhşətli iddialar: Adam oğurluğu, işgəncə, fiziki zorakılıq...

Türkiyədə "Alparslan Kuytul" dini təşkilatının istintaqında dəhşətli iddialar: Adam oğurluğu, işgəncə, fiziki zorakılıq...Türkiyədə Adana Baş Prokurorluğu tərəfindən "Alparslan Kuytul cinayət təşkilatı" ilə bağlı aparılan istintaq çərçivəsində yeni iddialar ortaya çıxıb.

Bu barədə Oxu.Az "Haber Global"a istinadən xəbər verir.

Məlumata görə, istintaq sənədlərinə daxil olan ifadələrdə təşkilatın öz daxilində yaratdığı qrup vasitəsilə insanları dindirdiyi, adam oğurluğu, fiziki zorakılıq (döymək), elektroşokerlə işgəncə verməsi və məcburən sənəd imzalatma kimi üsullara əl atdığı iddia edilib.

Qeyd edək ki, Adana Baş Prokurorluğunun koordinasiyası altında aparılan istintaq çərçivəsində Adana mərkəzli 6 əyalətdə 49 ünvanda eyni vaxtda əməliyyatlar keçirilib. Alparslan Kuytul və həyat yoldaşı Semra Kuytul da daxil olmaqla, 56 şübhəli saxlanılıb. Məhkəmə prosesinin sonunda Alparslan Kuytul və həyat yoldaşı Semra Kuytul da daxil olmaqla, 35 şübhəli həbs edilib, 18 nəfər barəsində məhkəmə nəzarəti qərarı verilib, 3 nəfər isə prokurorluq tərəfindən sərbəst buraxılıb. Şübhəlilərə qarşı "Cinayətkar təşkilat yaratmaq, idarə etmək və üzv olmaq" maddəsi başda olmaqla, müxtəlif ittihamlar irəli sürülür.

İstintaqın ən diqqətçəkən məqamlarından biri iş adamı Koray Sarısaçlının ifadələri olub. Sarısaçlının iddiasına görə, əvvəllər qaçırılaraq günlərlə saxlanılıb, döyülüb və elektroşoka məruz qalıb və sənədlər imzalamağa məcbur edilib.

İş adamının müxtəlif tarixlərdə verdiyi altı ayrı ifadədə adam qaçırma, təhdid, məcburən sənəd imzalama, şəxsi əmlak üzərində etibarnamə almağa cəhd və ailəsindən təzyiq vasitəsi kimi istifadə edilməsi istiqamətində iddialar yer alıb.

Koray Sarısaçlı qaçırılaraq saxlanıldığı müddətdə təxminən 30 fərqli sənəd imzalamağa məcbur edildiyini, sənədlərindəki rəqəmlərin ona dollarla yazdırıldığını və ümumi məbləğin xatırladığı qədəri ilə 6-7 milyon dollara çatdığını irəli sürüb.

İş adamı, həmçinin qeyd edib ki, təşkilata bəraət qazandıracaq şəkildə videolar çəkməyə məcbur edilib. Sarısaçlı bəzi təlimatların birbaşa Alparslan Kuytuldan gəldiyini də iddia edib.

İddialara görə, təşkilat öz daxilində insanları dindirən və cəzalandıran bir qrup yaradıb, təşkilatdaxili qaydalara zidd hərəkət etdiyi düşünülən insanlar bu qrup vasitəsilə dindirilib və şiddətə məruz qalıb. Bəzi insanlar təzyiqə məruz qalıb, döyülüb və müxtəlif üsullarla etiraf etməyə və ya müəyyən hərəkətləri gerçəkləşdirməyə məcbur edilib.

İstintaq yalnız zorakılıq və təşkilati formalaşdırılması iddiaları ilə məhdudlaşmır. Təşkilatın maliyyə fəaliyyəti də araşdırılır. İstintaq çərçivəsində "Cinayət yolu ilə əldə edilmiş pulların yuyulması", "Fırıldaqçılıq", "Rəsmi sənədlərin saxtalaşdırılması" və "Vergi proseduru Qanununun pozulması" ittihamları da nəzərdən keçirilir.

Həmçinin təşkilatın xeyrinə fəaliyyət göstərdiyi müəyyən edilən 349 sosial media hesabına girişin bloklanması qərarı verilib, 5 şirkətə idarəedici qəyyum təyin edilib.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 350   Tarix: 25 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Rəqs edən qadın meymun tərəfindən qarət olundu - VİDEO

Çində milli parkların birində gülməli hadisə baş verib. Belə ki, qadının təbiət fonunda rəqs etmək həvəsi onun meymun tərəfindən qarət olunması ilə nəticələnib. Hadisənin görüntüləri sosial şəbəkədə yayılıb. Kadrlarda qadının oynadığı vaxt bir meymunun çevik hərəkətlə onun çantasını qapıb qaçması ək

16 sentyabr 2021
.

Şahzadə Harri ilə Meqan Marklın bu fotosu gülüş obyektinə çevrildi

Xəbər verdiyimiz kimi, ABŞ-ın "Time" jurnalı 2021-ci ilin ən nüfuzlu 100 şəxsinin siyahısını açıqlayıb. Həmin siyahıya daxil olan şahzadə Harri və Meqan Markl jurnalın bu mövzuya aid yeddi üz qabığından birində yer alıblar. "Qafqazinfo"ya istinadən xəbər verir ki, cütlüyün sözügedə

17 sentyabr 2021
.

Lukaşenko Düşənbəyə iti ilə səfər etdi

Belarusun lideri Aleksandr Lukaşenko sentyabrın 15-də Düşənbəyə işgüzar səfərə gedib. -a istinadla xəbər verir ki, Lukaşenko burada Tacikistan prezidenti Emomali Rahman, İrandan olan həmkarı İbrahim Rəisi ilə görüşüb. Məlumata görə, Lukaşenkonun Tacikistana səfərinin formal hissəsindən sonra Belaru

17 sentyabr 2021
.

Kürəkən 55 yaşlı qayınanasına aşiq oldu

Türkiyədə 32 yaşlı K.K qayınanasına aşiq olub. Qayınana kürəkənin sevgi etirafına yox cavabını verib onu bu münasibətin baş tutmayacağına inandırmağa çalışsa da, fikrindən döndərə bilməyib. -a istinadən xəbər verir ki, N.K adlı qadın 6 illik ərinin onun anasına aşiq olduğundan xəbər tutan kimi boşanmağ

16 sentyabr 2021
.

Broyler toyuqlarında da koronavirus aşkarlandı

Rusiyada toyuq əti qablaşdırmasında koronavirus infeksiyası aşkarlanıb. xəbər verir ki, virusu Çin hökuməti aşkarlayıb. Çinin Baş Gömrük İdarəsinin rəhbərliyi bildirib ki, ət və quş əti istehsal edən üç Rusiya müəssisəsindən ölkəyə ixrac edilən məhsulda COVID-19 aşkarlanıb

16 sentyabr 2021
.

Bu ölkədə iki yaşdan yuxarı uşaqların vaksinasiyasına başlanıldı

Kubada 2-10 yaş arasında olan uşaqların vaksinasiyasına başlanılıb. Hazırda Kubada yerli istehsal olan "Abdala" və "Soberana" adlı iki peyvənd var. Hər iki peyvəndin üç dəfə vurulması tələb olunur. Ötən həftə isə hökumət 11-18 yaş arası kubalıların peyvəndləmə prosesinə başlayıb

17 sentyabr 2021
.

18 yaşlı tennisçinin geyimi sosial şəbəkələrdə ajiotaj yaratdı - FOTO

"US Open"in qalibi olan britaniyalı tennisçi Emma Radukanunun Açıq Çempionatda geyindiyi idman komplekti böyük ajiotaja səbəb olub. "Böyük Dəbilqə" turinirinin 18 yaşlı çempionu, "Nike" firmasının dar topunda və yubka-şortda korta çıxıb. Məlumata görə, elə həmin günü şirkəti

15 sentyabr 2021
.

Sevgilisinin infarkt keçirdiyini görüb, özünü binadan atdı

İstanbulun Pendik hotelində ölümlə nəticələnən hadisə baş verib. Unikal.org-a istinadən xəbər verir ki, sevgilisi ilə birlikdə hotelə gələn 46 yaşlı Abdülmecit Yılmazın qəfildən vəziyyəti pisləşib. Belə ki, kişi 38 yaşlı sevgilisi Zöhrəyə "Ürəyim sıxılır" deyərək, yardım istəyib. Amma kiş

16 sentyabr 2021
.

Qapını açdıqda ərini deyil, naməlum kişini gördü - Ona elə vəhşilik yaşatdı ki... - VİDEO

Bursada gecə saatlarında baş verən hadisə hər kəsin qəzəb və qorxusuna səbəb olub. -a istinadən xəbər verir ki, evdə ərini gözləyən Necibiye B. qapını açdıqda ərini deyil, oğrunu görüb. O da ona olmazın zülm verib. Başını divara vurub, sonra da bıçaqlayıb. Oğru hadisə yerindən qaçarkən qadın qışqırara

17 sentyabr 2021