Xaricə getmək istəyənlərə ŞAD XƏBƏR: Aviabiletlər daha ƏLÇATAN OLACAQ
Azərbaycandan birbaşa beynəlxalq uçuşların artırılması və aşağıbüdcəli aviaşirkətlərin bazara daxil olması aviabiletlərin qiymətlərinin daha rəqabətli formalaşmasına imkan yarada bilər. Hazırda Heydər Əliyev Beynəlxalq Aeroportunda 40 aviaşirkət fəaliyyət göstərir və onların bir hissəsi low-cost və ya hibrid model üzrə işləyir, uçuş şəbəkəsinin genişləndirilməsi də davam edir.
Bəs, birbaşa uçuşların və aşağıbüdcəli aviaşirkətlərin sayının artırılması aviabiletləri nə dərəcədə ucuzlaşdıra bilər və bu, həm Azərbaycana gələn turistlərin sayına, həm də vətəndaşların xaricə səfər imkanlarına necə təsir göstərə bilər?
Mövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının Turistlərə Maarifləndirmə və Dəstək şöbəsinin rəhbəri, turizm eksperti Rəhman Quliyev bildirib ki, Azərbaycanda birbaşa beynəlxalq uçuşların sayının artırılması və aşağıbüdcəli aviaşirkətlərin ölkə bazarına cəlb edilməsi ilk növbədə aviabiletlərin qiymətlərinin daha əlçatan olmasına müsbət təsir göstərə bilər.
"Bazarda aviaşirkətlərin və istiqamətlərin sayının artması rəqabəti gücləndirərək qiymətlərin optimallaşmasına şərait yaradacaq. Bu isə həm ölkə vətəndaşlarının daha münasib qiymətlərlə xaricə səyahət imkanlarını genişləndirəcək, həm də Azərbaycana gələn turistlərin səyahət xərclərini azaldacaq. Xüsusilə Avropa, Asiya və Yaxın Şərq istiqamətlərinə birbaşa uçuşların artırılması Azərbaycanın turizm bazarına yeni turist seqmentlərinin cəlb olunmasına imkan verə bilər".
Ekspert bildirib ki, aşağıbüdcəli aviaşirkətlərin fəaliyyəti yalnız qiymət baxımından deyil, yeni marşrutların açılması və uçuş tezliyinin artırılması baxımından da mühüm əhəmiyyət daşıyır:
"Bununla yanaşı, turist axınının artması üçün uçuşların sayının artırılması ilə paralel olaraq ölkədə xidmət keyfiyyəti, hotel infrastrukturu və qiymət siyasəti də təkmilləşdirilməlidir. Düşünürəm ki, düzgün marşrut strategiyası və rəqabətli tariflər tətbiq olunarsa, bu addımlar Azərbaycana xaricdən turist axınının əhəmiyyətli dərəcədə artmasına real imkan yarada bilər. Eyni zamanda, aviasiya əlçatanlığının yüksəlməsi Azərbaycanın regional turizm və nəqliyyat mərkəzi kimi mövqeyinin daha da güclənməsinə xidmət edəcək".
Röyalə Xəyal
Sonxeber.az
Telegramda izləyin
Turizm Baxılıb: 793 Tarix: 26 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycan və Özbəkistan üçüncü ölkələrdə birgə turizm tədbirləri keçirəcəklər
Azərbaycanın Özbəkistandakı səfiri Rəşad Məmmədov və bu ölkənin Turizm Komitəsinin sədri Abdulaziz Akkulov görüş zamanı turizm potensialının təşviqi və qarşılıqlı turist axınının artırılması məqsədilə üçüncü ölkələrdə birgə tədbirlər keçirmək barədə razılığa gəliblər. xəbər verir ki, bu barədə Özbəkistanı
23 sentyabrXaricə getmək istəyənlərə ŞAD XƏBƏR: Aviabiletlər daha ƏLÇATAN OLACAQ
Azərbaycandan birbaşa beynəlxalq uçuşların artırılması və aşağıbüdcəli aviaşirkətlərin bazara daxil olması aviabiletlərin qiymətlərinin daha rəqabətli formalaşmasına imkan yarada bilər. Hazırda Heydər Əliyev Beynəlxalq Aeroportunda 40 aviaşirkət fəaliyyət göstərir və onların bir hissəsi low-cost və y
26 avqustKİV: ABŞ-də minlərlə nümayişçi miqrasiya xidmətinə qarşı çıxıb
ABŞ-nin bəzi şəhərlərində Miqrasiya və Gömrük Nəzarəti Xidmətinin (ICE) fəaliyyətinə qarşı etiraz aksiyaları keçirilib. "Report" xəbər verir ki, bu barədə "The Washington Post" (WP) qəzeti məlumat yayıb. "ICE - rədd ol!" - şüarının səsləndirildiyi qeyd olunub. Qəzetin məlumatın
1 fevralMacarıstanın Baş naziri Orban deputat mandatından imtina edib
Macarıstanın Baş naziri Viktor Orban "FİDES - Macarıstan Vətəndaş İttifaqı" koalisiyasının lideri olaraq qalmaqla deputat mandatından imtina etmək qərarına gəlib. "Report" Macarıstan mediasına istinadən xəbər verir ki, bu barədə Orban videomüraciətində bildirib. "FİDES və Xristian-Demokra
26 aprelVizasız rejim GENİŞLƏNDİRİLİR: Xaricə səyahət ASANLAŞIR?
Azərbaycanlıların vizasız səfər edə bildiyi ölkələrin sayının artması xaricə səyahət imkanlarının genişlənməsinə və vətəndaşların fərqli istiqamətlərə marağının artmasına şərait yarada bilər. Viza prosedurlarının aradan qalxması və ya sadələşdirilməsi səyahət planlaşdırılmasını asanlaşdırmaqla yanaşı
25 sentyabrAvstraliyada təqaüdçü əmlakını mövcud olmayan adama miras qoydu
Avstraliyada yaşayan bir təqaüdçü öz evini reallıqda heç vaxt mövcud olmayan bir qadına vəsiyyət edib. xəbər verir ki, bu barədə "YourLifeChoices" nəşri məlumat yayıb. Perrin soyadlı şəxs 2024-cü ilin may ayında vəsiyyətnamə hazırlayaraq, daşınmaz əmlakını illər əvvəl internetdə tanış olduğ
17 oktyabrYaponiya 2030-cu ildə yeni raketlərin kütləvi istehsalına başlayacaq
Yaponiya hökuməti 2030-cu maliyyə ilində yeni və ucuz raketlərin kütləvi istehsalına başlamağı planlaşdırır. "Report" xəbər verir ki, bu barədə "Nikkei" qəzeti məlumat yayıb. Söhbət uzaqmənzilli qanadlı raketlərdən gedir. Yeni strategiya müəlliflərinin şərti düşmənin gəmilərini d
3 oktyabr