Bakıda kişi sevgilisini aldadıb 235 min manat aldı - Dubaya qaçdı
Bakıda sevgi münasibətində olduğu qadına qarşı dələduzluq etmiş şəxs cinayət məsuliyyətinə cəlb edilib.
"Qafqazinfo" xəbər verir ki, paytaxtın mərkəzində "makler"lik və evlərin təmiri fəaliyyəti ilə məşğul olan 1986-cı il təvəllüdlü R.Həsənova (şərti) Cinayət Məcəlləsinin 178.3.2-ci (Külli miqdarda dələduzluq) maddəsi ilə iş açılıb.
Məlum olub ki, R.Həsənov 2023-cü ildə ev almaq və təmir etmək adı ilə sevgi münasibətində olduğu Gülbahar (şərti) adlı qadından hissə-hissə olmaqla 235 min manat alıb. O, Nərimanov rayonunda "MetroPark" ticarət mərkəzinin qarşısındakı yeni tikilmiş binadan mənzil göstərərək qadının etibarını qazanıb. Bundan sonra pulları Gülbahardan və onun anasından alan şəxs Azərbaycanı tərk edərək Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə gedib.
R.Həsənovun qaçdığını görən qadın onun barəsində polisə şikayət edib və cinayət işi açılıb. Bu il isə R.Həsənov tutularaq istintaqa cəlb edilib, onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.
Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məhkəmədə şikayətçi qadın qarşı tərəfin vurduğu zərəri tam ödədiyini bildirərək ona qarşı şikayət və tələbinin olmadığını deyib.
Məhkəmə R.Həsənova 6 il azadlıqdan məhrumetmə cəzası təyin edib. Lakin cəza 2 il sınaq müddəti verilməklə şərti hesab edilib. Onun barəsindəki ev dustaqlığı qətimkan tədbiri də ləğv edilib.
Sonxeber.az
Telegramda izləyin
Kriminal Baxılıb: 621 Tarix: 26 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda DƏHŞƏT - Arvad ərini öldürüb, kolluqda gizlətdi
Neftçala rayonunda 9 il əvvəl törədilərək bağlı qalmış cinayətin açılması təmin edilmişdir. Baş Prokurorluqdan -a verilən məlumata görə, 09.02.2013-cü il tarixdə Neftçala rayon sakini Mənəfov Mayis Nazim oğlunun Neftçala şəhəri, M.Ə.Sabir küçəsində yerləşən qəbirstanlığın yanındakı kolluq ərazidə çürümü
10 sentyabr 2021Azərbaycanda iki qardaş bıçaqlandı: Biri öldü - YENİLƏNİB
Sentyabrın 12-i saat 23:00 radələrində Ağstafa rayonu, Köçəskər kəndi ərazisində kənd sakinləri – Yaşar Yusifovun öldürülməsi, qardaşı Müşvik Zeynalova isə xəsarətlər yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Ağstafa Rayon Prokurorluğunda aparılan araşdırmalarla 1986-cı il təvəllüdl
13 sentyabr 2021Daşkəsəndə 72 yaşlı kişi güllələnib
Daşkəsən rayonunda yaşlı kişi tüfəngdən açılan atəş nəticəsində xəsarət alıb. "Report" xəbər verir ki, hadisə rayonun Zivlən kəndində qeydə alınıb. Kənd sakini, 1949-cu il təvəllüdlü İsmayılov Zahid Əmir oğlu sol ayağından güllə yarası alıb. O, xəstəxanaya yerləşdirilib. Özünün dediyinə görə
31 avqust 2021Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ: Qardaşını öldürüb transformatorun içinə atdı
Bərdədə qardaş qardaşı bıçaqlayaraq qətlə yetirib. "qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə rayonun Hacılı kəndində baş verib. Cinayətkar daha sonra meyiti transformatorun içinə atıb. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Faktla bağlı rayon prokurorluğunda araşdırm
29 avqust 2021Göygöldə 83 yaşlı kişi intihar edib
Göygöl rayonunda intihar hadisəsi qeydə alınıb. xəbər verir ki, bu barədə -a hüquq-mühafizə orqanlarından məlumat verilib. Bildirilib ki, 1938-ci il təvəllüdlü Göygöl rayonu Xəqani kənd sakini Famil Musayev yaşadığı evdə özünü asaraq intihar edib. O, uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkirmi
25 avqust 2021