Tarixi ada satışa çıxarıldı - Fotolar
İtaliyanın Venesiya Laqununda yerləşən, Napoleon dövrünə aid tarixi qalanın yerləşdiyi Krevan adası satışa çıxarılıb.
"Qafqazinfo" xəbər verir ki, Burano və Torçello adalarından qayıqla cəmi bir neçə dəqiqəlik məsafədə yerləşən ada standart futbol meydançasından bir qədər kiçik əraziyə malikdir.
Krevan adasındakı qala 1806-cı ildə Napoleonun hakimiyyəti dövründə Fransa ordusu tərəfindən Venesiya Laqununun şimal hissəsini Avstriya imperiyasından qorumaq məqsədilə strateji hərbi məntəqə kimi inşa edilib.
Ada 1815-ci ildə Avstriyanın nəzarətinə keçib, 1866-cı ildə isə Veneto bölgəsinin İtaliya Krallığına birləşdirilməsindən sonra İtaliyanın tərkibinə daxil olub.
Birinci Dünya müharibəsindən sonrakı dövrə qədər hərbi məqsədlərlə istifadə edilən ada daha sonra uzun müddət baxımsız qalıb. Sonrakı illərdə özəl mülkiyyətə keçən ərazidəki tarixi tikililər yaşayış üçün bərpa edilib.
Adanın ən diqqətçəkən tikilisi olan tarixi Napoleon qalası hazırkı sahibi tərəfindən dörd yataq otaqlı villaya çevrilib.
Ərazidə baxımlı qazonlar, meyvə-tərəvəz bağları və müxtəlif ağaclar yerləşir. Adanın daxili kanalında xüsusi körpü, həmçinin helikopter meydançası da var.
Krevan adası daşınmaz əmlak şirkətləri, o cümlədən, "Christie's International"ın törəmə şirkəti "Dimora Italian Real Estate" və "Lionard Luxury Real Estate" vasitəsilə satışa çıxarılıb.
Adanın satış qiyməti isə yalnız potensial alıcılara açıqlanır.
"Lionard Luxury Real Estate" şirkətinin təsisçisi və baş icraçı direktoru Dimitri Korti adanın Venesiyanın imkanlarından uzaqlaşmadan daha təcrid olunmuş həyat yaşamaq imkanı verdiyini bildirib.
Venesiya Laqununda son dövrlərdə başqa tarixi adalar da satışa çıxarılıb. Svarovski ailəsinin varisinə məxsus olan İzola Santa Kristina adası iyun ayında təxminən 24 milyon avro qiymətinə satışa qoyulub.
Bundan başqa, Venesiya Lidosu yaxınlığında yerləşən və XVI əsrdə Venesiya Respublikası tərəfindən müdafiə məqsədilə inşa edilən səkkizguşəli ada da hazırda satış bazarındadır.



Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 398 Tarix: 27 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Rəqs edən qadın meymun tərəfindən qarət olundu - VİDEO
Çində milli parkların birində gülməli hadisə baş verib. Belə ki, qadının təbiət fonunda rəqs etmək həvəsi onun meymun tərəfindən qarət olunması ilə nəticələnib. Hadisənin görüntüləri sosial şəbəkədə yayılıb. Kadrlarda qadının oynadığı vaxt bir meymunun çevik hərəkətlə onun çantasını qapıb qaçması ək
16 sentyabr 2021Şahzadə Harri ilə Meqan Marklın bu fotosu gülüş obyektinə çevrildi
Xəbər verdiyimiz kimi, ABŞ-ın "Time" jurnalı 2021-ci ilin ən nüfuzlu 100 şəxsinin siyahısını açıqlayıb. Həmin siyahıya daxil olan şahzadə Harri və Meqan Markl jurnalın bu mövzuya aid yeddi üz qabığından birində yer alıblar. "Qafqazinfo"ya istinadən xəbər verir ki, cütlüyün sözügedə
17 sentyabr 2021Lukaşenko Düşənbəyə iti ilə səfər etdi
Belarusun lideri Aleksandr Lukaşenko sentyabrın 15-də Düşənbəyə işgüzar səfərə gedib. -a istinadla xəbər verir ki, Lukaşenko burada Tacikistan prezidenti Emomali Rahman, İrandan olan həmkarı İbrahim Rəisi ilə görüşüb. Məlumata görə, Lukaşenkonun Tacikistana səfərinin formal hissəsindən sonra Belaru
17 sentyabr 2021Kürəkən 55 yaşlı qayınanasına aşiq oldu
Türkiyədə 32 yaşlı K.K qayınanasına aşiq olub. Qayınana kürəkənin sevgi etirafına yox cavabını verib onu bu münasibətin baş tutmayacağına inandırmağa çalışsa da, fikrindən döndərə bilməyib. -a istinadən xəbər verir ki, N.K adlı qadın 6 illik ərinin onun anasına aşiq olduğundan xəbər tutan kimi boşanmağ
16 sentyabr 2021Broyler toyuqlarında da koronavirus aşkarlandı
Rusiyada toyuq əti qablaşdırmasında koronavirus infeksiyası aşkarlanıb. xəbər verir ki, virusu Çin hökuməti aşkarlayıb. Çinin Baş Gömrük İdarəsinin rəhbərliyi bildirib ki, ət və quş əti istehsal edən üç Rusiya müəssisəsindən ölkəyə ixrac edilən məhsulda COVID-19 aşkarlanıb
16 sentyabr 2021Bu ölkədə iki yaşdan yuxarı uşaqların vaksinasiyasına başlanıldı
Kubada 2-10 yaş arasında olan uşaqların vaksinasiyasına başlanılıb. Hazırda Kubada yerli istehsal olan "Abdala" və "Soberana" adlı iki peyvənd var. Hər iki peyvəndin üç dəfə vurulması tələb olunur. Ötən həftə isə hökumət 11-18 yaş arası kubalıların peyvəndləmə prosesinə başlayıb
17 sentyabr 202118 yaşlı tennisçinin geyimi sosial şəbəkələrdə ajiotaj yaratdı - FOTO
"US Open"in qalibi olan britaniyalı tennisçi Emma Radukanunun Açıq Çempionatda geyindiyi idman komplekti böyük ajiotaja səbəb olub. "Böyük Dəbilqə" turinirinin 18 yaşlı çempionu, "Nike" firmasının dar topunda və yubka-şortda korta çıxıb. Məlumata görə, elə həmin günü şirkəti
15 sentyabr 2021Sevgilisinin infarkt keçirdiyini görüb, özünü binadan atdı
İstanbulun Pendik hotelində ölümlə nəticələnən hadisə baş verib. Unikal.org-a istinadən xəbər verir ki, sevgilisi ilə birlikdə hotelə gələn 46 yaşlı Abdülmecit Yılmazın qəfildən vəziyyəti pisləşib. Belə ki, kişi 38 yaşlı sevgilisi Zöhrəyə "Ürəyim sıxılır" deyərək, yardım istəyib. Amma kiş
16 sentyabr 2021