Polşada səs-küylü həbs: Olimpiya Komitəsinin sədri saxlanıldı
Katovitse məhkəməsi müflis olmuş "Zondacrypto" kriptovalyuta şirkətindən rüşvət almaqda təqsirləndirilən Polşa Olimpiya Komitəsinin sədri Radoslav Peseviçin barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilməsi barədə qərar qəbul edib.
Oxu.Az "TVP Info" telekanalına istinadən xəbər verir ki, məlumatı Polşa Baş prokurorunun mətbuat katibi Anna Adamyak brifinq zamanı açıqlayıb.
Respublika prokurorluğunun məlumatına görə, Peseviç iki cinayət əməlində ittiham olunur: 170 min zlotı (təxminən 77 min manat) dəyərində saat müqabilində Rəqabətin və İstehlakçıların Hüquqlarının Müdafiəsi İdarəsində "Zondacrypto"nun maraqlarının lobbiçiliyi, eləcə də 2026-cı ilin aprelində şirkətin müflisləşməsindən əvvəl kriptovalyuta hesablarından təxminən 200 min avro (təxmini 396 min manatı) çıxarmaq üçün firmadakı əlaqələrindən istifadə etmək. Onu bu ittihamlara əsasən səkkiz ilə qədər həbs cəzası gözləyir.
Peseviç isə irəli sürülən ittihamlar üzrə özünü təqsirli bilmir.
Polşa Olimpiya Komitəsinin rəhbəri avqustun 27-də Varşavada saxlanılıb. Qeyd edək ki, 2026-cı ilin aprel ayında Polşa prokurorluğu 350 milyon zlotı və ya 95 milyon dollar (159 milyon manat) məbləğində dələduzluq və çirkli pulların yuyulması ilə bağlı "Zondacrypto" şirkətinə qarşı cinayət işi açıb.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 152 Tarix: 29 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
2400 il əvvəl batan gəmi daşıdığı yüklə birgə TAPILDI
Yunanıstanın Andros adası yaxınlığında dalğıclar təxminən 2400 il əvvəl batmış ticarət gəmisini aşkarlayıblar. xəbər verir ki, dənizin dibində gəminin böyük yükü də qorunub saxlanılıb. Arxeoloqlar burada təxminən 600-650 qədim amfora müəyyən ediblər. Gəmi təxminən 40 metr dərinlikdə tapılıb. Tapıntıla
30 avqustKanada Anatoli Çubaysın adını sanksiyalar siyahısından çıxardı
Kanada "Rosnano" korporasiyasının sabiq rəhbəri Anatoli Çubaysın (Rusiya prezidentinin keçmiş xüsusi nümayəndəsi - red.) adını özünün sanksiya siyahılarından xaric edib. xəbər verir ki, bu barədə "Canada Gazette" məlumat yayıb. Kanada Çubaysa qarşı sanksiyaları 2025-ci ilin iyun ayınd
30 avqustAc ayılar evlərə və mağazalara girirlər: ABŞ-də rekord göstərici
ABŞ-nin bir sıra qərb ştatlarında ayıların şəhər küçələrinə çıxması ilə bağlı rekord sayda hal qeydə alınıb. Ac yırtıcılar qida axtarışında amerikalıların evlərinə və mağazalara daxil olurlar. xəbər verir ki, bu barədə avqustun 29-da "Reuters" yerli hakimiyyət orqanlarının məlumatlarına istinadə
30 avqustAna 11 aylıq oğlunu GÜLLƏLƏDİ - Atasına görə
ABŞ-da 36 yaşlı Madlen Veronik Deyli 11 aylıq oğlu Beyzil Stouneri qətlə yetirib. xarici KİV-ə istinadla bildirir ki, hadisə Nyu-Meksiko ştatının kənd ərazisində baş verib. Uşaq anası ilə birlikdə avtofurqonda olarkən qadın onun üz nahiyəsinə atəş açıb. İstintaq qətli uşağın valideynləri arasındakı münaqişəni
30 avqust"NY Post": Corc Sorosun yaratdığı fondda yoxlamalar aparılacaq
ABŞ Prezidenti Donald Trampın administrasiyası sol təmayüllü bir neçə qeyri-kommersiya təşkilatının, o cümlədən amerikalı milyarder Corc Soros tərəfindən əsası qoyulmuş "Açıq Cəmiyyət" fondunun genişmiqyaslı vergi yoxlamalarını keçirməyi planlaşdırır. "Report" xəbər verir ki, bu barəd
30 avqustUkraynanın keçmiş müdafiə nazirinə İtaliyada yüksək vəzifə verildi
Ukraynanın keçmiş müdafiə naziri Mixail Fedorov İtaliyanın müdafiə naziri Guido Krozettonun müdafiə innovasiyaları üzrə müşaviri təyin edilib. xəbər verir ki, bu barədə məlumatı Fedorovun "Telegram" kanalı yayıb. Fedorov bildirib ki, İtaliyanın müdafiə naziri ilə görüşüb və ona göstərdiyi şəxs
30 avqustWSJ Tramp və Venesuelanın neft sövdələşməsinin detallarını açıqlayıb
ABŞ Prezidenti Donald Trampın Venesuela hakimiyyəti ilə neftə dair sövdələşməsi Vaşinqtonun "North American Blue Energy Partners" özəl şirkətində birbaşa pay almasını nəzərdə tutur ki, bu şirkətə də ölkə ehtiyatlarının beşdə birini təşkil edən təxminən 65 milyard barel ehtiyata malik 17 Venesuel
30 avqust