Merts Leypsiq hava limanında dron hücumuna görə Rusiyanı günahlandırmaq niyyətindədir
Almaniya kansleri Fridrix Merts Leipsiq hava limanında pilotsuz uçuş aparatları (PUA) ilə hücum cəhdinə görə məsuliyyəti Rusiyanın üzərinə qoymaq və Moskvaya qarşı genişmiqyaslı sanksiyalar elan etmək niyyətindədir.
"Report" xəbər verir ki, bu barədə "Politico" və "Welt am Sonntag" mənbələrə istinadən məlumat yayıb.
Onların sözlərinə görə, Almaniya hökumətinin planı Rusiya təşkilatlarına qarşı birbaşa sanksiyaların tətbiqini nəzərdə tutur. Paralel olaraq, Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı yeni məhdudlaşdırıcı tədbirlər paketi hazırlayır.
Mənbələrdən biri qeyd edib ki, Leipsiqdəki insidentdən sonra Berlin ayrı-ayrı Rusiya diplomatlarının ölkədən çıxarılmasını və ya Berlindəki Rusiya evinin bağlanmasını artıq kifayət hesab etmir. Onun sözlərinə görə, sanksiyaların gücləndirilməsi və hətta Ukraynaya silah tədarükünün daha da artırılması da daxil olmaqla, daha sərt tədbirlərə ehtiyac var.
Mənbələr Mertsin məhz hansı tədbirləri elan etmək niyyətində olduğunu açıqlamayıblar. Kanslerin bəyanatının gələn həftənin əvvəlində, Aİ ölkələrinin xarici işlər nazirlərinin sentyabrın 1-nə İrlandiyada planlaşdırılan görüşü ilə eyni vaxtda səslənəcəyi gözlənilir.
Xatırladaq ki, Leipsiq hava limanında PUA məqsədyönlü şəkildə Ukrayna yük təyyarəsinə çırpılıb, lakin partlamayıb.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 179 Tarix: 30 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İlon Maskdan "OpenAI" rəhbərliyinə qarşı sərt ittihamlar
"SpaceX" şirkətinin qurucusu İlon Mask "OpenAI" rəhbəri Sem Altmanı və şirkətin prezidenti Qreq Brokmanı oğurluqda ittiham edərək, onları "tamamilə etibarsız" adlandırıb. xəbər verir ki, bu barədə ABŞ-li sahibkar sosial şəbəkə hesabında paylaşım edib. "Onlar açıq mənb
30 avqustAc ayılar evlərə və mağazalara girirlər: ABŞ-də rekord göstərici
ABŞ-nin bir sıra qərb ştatlarında ayıların şəhər küçələrinə çıxması ilə bağlı rekord sayda hal qeydə alınıb. Ac yırtıcılar qida axtarışında amerikalıların evlərinə və mağazalara daxil olurlar. xəbər verir ki, bu barədə avqustun 29-da "Reuters" yerli hakimiyyət orqanlarının məlumatlarına istinadə
30 avqustNepalda daşqından sonra itkin düşənlərin sayı iki minə yaxınlaşır
Nepalda genişmiqyaslı daşqından sonra itkin düşənlərin sayı 1 924 nəfərə çatıb, 579 nəfər həlak olub. "Report" xəbər verir ki, bu barədə "Reuters" agentliyi Nepalın Təbii Fəlakət Risklərinin Azaldılması və İdarə Edilməsi üzrə Milli İdarəsinə istinadən məlumat yayıb. Hakimiyyət orqanlarını
30 avqustKim Çen Inın iştirak etdiyi iclasda mühüm qərar
Şimali Koreyanın müdafiə naziri No Qvan Çhol vəzifəsindən azad edilib. bu barədə Koreyanın Mərkəzi Teleqraf Agentliyinə (KMTA) istinadən xəbər verir. Qərar avqustun 29-da Koreya Fəhlə Partiyasının (KFP) Mərkəzi Hərbi Komitəsinin II iclasında qəbul edilib. İclasda Şimali Koreya lideri Kim Çen In da iştira
30 avqustKor siçanların görmə qabiliyyəti göz damcıları ilə bərpa edildi
Alimlər görmə qabiliyyətini itirmiş siçanların yenidən işığı qəbul etməsinə imkan verən xüsusi göz damcıları hazırlayıblar. xəbər verir ki, preparat gen terapiyası, göz implantı və ya xüsusi işıqlandırma sistemlərindən istifadə etmədən görmə funksiyasını qismən bərpa edib. Tədqiqatçılar işığa həssa
30 avqustABŞ İraqın sabiq maliyyə nazirinin vizasını ləğv edib
ABŞ Dövlət Departamenti əvvəllər korrupsiyaya qarşı mübarizəyə və gender bərabərliyinin təşviqinə görə Amerika mükafatına layiq görülən İraqın sabiq maliyyə naziri Taif Sami Məhəmməd əl-Şakərçinin vizasını ləğv edib. "Report" xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin qlobal ictimaiyyətl
30 avqustTramp Ayda öz adının əbədiləşdirilməsini istəyir
ABŞ Prezidenti Donald Tramp Ayda onun şərəfinə hansısa obyektin adlandırılmasını arzuladığını bildirib. xəbər verir ki, Tramp bu açıqlamanı Hyustondakı NASA-nın Conson Kosmik Mərkəzində "Artemis II" missiyasının heyətinin Konqresin Kosmik Şərəf Medalı ilə təltif olunması mərasimində verib
30 avqust