AP: Nigerdə qiyam cəhdindən sonra onlarla hərbçi həlak olub və ya həbs edilib
Nigerin paytaxtı Niameydə bir qrup gənc əsgərin qiyam cəhdindən sonra onlarla hərbçi həlak olub və ya həbs edilib.
"Report" "Associated Press"ə (AP) istinadən xəbər verir ki, bu barədə ölkənin dövlət televiziyası məlumat yayıb.
İğtişaşlar təxminən bir sutka davam edib. Toqquşmalar Prezident sarayının yaxınlığında, Niamey beynəlxalq hava limanının ərazisində yerləşən əsas hərbi bazada baş verib. Gecə saatlarında baza ərazisində intensiv atışma və partlayış səsləri eşidilib.
"RTN" telekanalının məlumatına görə, təhlükəsizlik qüvvələri vəziyyəti nəzarətə götürə və qiyamçıları saxlaya bilib.
Nigerin müdafiə naziri Salifu Modi bildirib ki, bir qrup hərbçi hərbi intizamı və nizamnaməni pozaraq bazada bir neçə zabiti girov götürüb və "həssas obyektlər"ə atəş açıb.
Analitiklərin və diplomatların sözlərinə görə, qiyamçılar şənbə günü gec saatlaradək baza ərazisində qalıblar. Prezident qvardiyası dövlət başçısının sarayının təhlükəsizliyini təmin edib və hərbi obyekt üzərində nəzarəti bərpa etmək üçün oraya göndərilib.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 202 Tarix: 30 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ukraynanın keçmiş müdafiə nazirinə İtaliyada yüksək vəzifə verildi
Ukraynanın keçmiş müdafiə naziri Mixail Fedorov İtaliyanın müdafiə naziri Guido Krozettonun müdafiə innovasiyaları üzrə müşaviri təyin edilib. xəbər verir ki, bu barədə məlumatı Fedorovun "Telegram" kanalı yayıb. Fedorov bildirib ki, İtaliyanın müdafiə naziri ilə görüşüb və ona göstərdiyi şəxs
30 avqust5 ildir gölməçədə yaşayır, suyun içində yemək yeyir
Hindistanın Qərbi Benqal ştatında yaşayan 16 yaşlı İqbal Şeyxin dərisində qəfil başlayan və uzun müddət keçməyən şiddətli yanma hissi onun həyatını tamamilə dəyişib. xarici mediaya istinadən xəbər verir ki, bədənini bürüyən güclü yanma hissini azaltmağın yeganə yolunu sərin suda qalmaqda görən gənc günlərin
30 avqustRusiyada naməlum şəxs ovçulara atəş açıb, biri ölüb
Rusiyanın Novosibirsk vilayətində naməlum şəxs ovçulara atəş açıb, nəticədə 1 nəfər ölüb, 2 nəfər yaralanıb. "Report" Rusiya mediasına istinadən xəbər verir ki, hadisə avqustun 28-də Moşkovo rayonundakı göllərin birində baş verib. Hadisə barədə ovçulardan birinin qohumuna zəng etməsindən sonr
30 avqust"NY Post": Corc Sorosun yaratdığı fondda yoxlamalar aparılacaq
ABŞ Prezidenti Donald Trampın administrasiyası sol təmayüllü bir neçə qeyri-kommersiya təşkilatının, o cümlədən amerikalı milyarder Corc Soros tərəfindən əsası qoyulmuş "Açıq Cəmiyyət" fondunun genişmiqyaslı vergi yoxlamalarını keçirməyi planlaşdırır. "Report" xəbər verir ki, bu barəd
30 avqustTramp: "ABŞ və Venesuela tarixin ən böyük neft razılaşmasını əldə etdi"
Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Vaşinqton və Venesuela arasında dünya tarixindəki ən irimiqyaslı neft müqaviləsinin imzalandığını bəyan edib. xəbər verir ki, Tramp "Truth Social" platformasında etdiyi paylaşımda vurğulayıb:. "Amerika Birləşmiş Ştatları qısa müddə
29 avqust