ABŞ sentyabrda Venesuela ilə enerji sazişi bağlamağı planlaşdırır

ABŞ sentyabrda Venesuela ilə enerji sazişi bağlamağı planlaşdırırABŞ artıq sentyabrda Venesuela ilə uzunmüddətli enerji sazişi bağlamağı planlaşdırır.

"Report" xəbər verir ki, bu barədə "The Washington Post" Vaşinqton və Karakas arasındakı danışıqların gedişatı ilə tanış olan mənbələrə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, ABŞ-nin dövlət katibi Marko Rubio və energetika naziri Kris Rayt sazişin bağlanmasını elan etmək üçün sentyabrın əvvəlində Venesuelaya səfər etməyi planlaşdırırlar. Bununla belə, neft-qaz sənayesinin bəzi mütəxəssisləri bu müddətə qədər əhəmiyyətli bir razılaşmanın hazırlana biləcəyinə şübhə ilə yanaşırlar.

Qəzet qeyd edir ki, razılaşmaya aparan yolda bir sıra maneələr, o cümlədən təbii sərvətlər üzərində nəzarətin ABŞ-yə verilməsinə Venesuela daxilindəki müqavimət qalmaqdadır. Sazişin həyata keçirilməsi üçün Venesuela Konstitusiyasına dəyişikliklərin edilməsinin tələb olunacağı istisna edilmir.

Mənbələrin məlumatına görə, tərəflər ən azı 17 neft yatağının uzunmüddətli icarə hüququnun ABŞ-yə verilməsini müzakirə edirlər. Söhbət Venesuelanın neft ehtiyatlarının təxminən üçdə birini əhatə edəcək müqavilələrdən gedir. Bu, Vaşinqtona təxminən 90 milyard barel Venesuela neftinə çıxış əldə etməyə imkan verə bilər.

Avqustun 27-də "Axios" portalı yazıb ki, ABŞ administrasiyasında mümkün saziş möhtəşəm olaraq xarakterizə edilir. Nəşrin məlumatına görə, saziş bağlanacağı təqdirdə, ABŞ-nin neft ehtiyatları iki dəfədən çox arta bilər.

Avqustun 28-də "Bloomberg" xəbər verib ki, Vaşinqton Karakasla bəzi Venesuela neft yataqlarının 100 il müddətinə icarəyə götürülməsi imkanını müzakirə edir.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 155   Tarix: 30 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İlon Maskdan "OpenAI" rəhbərliyinə qarşı sərt ittihamlar

"SpaceX" şirkətinin qurucusu İlon Mask "OpenAI" rəhbəri Sem Altmanı və şirkətin prezidenti Qreq Brokmanı oğurluqda ittiham edərək, onları "tamamilə etibarsız" adlandırıb. xəbər verir ki, bu barədə ABŞ-li sahibkar sosial şəbəkə hesabında paylaşım edib. "Onlar açıq mənb

30 avqust
.

Ac ayılar evlərə və mağazalara girirlər: ABŞ-də rekord göstərici

ABŞ-nin bir sıra qərb ştatlarında ayıların şəhər küçələrinə çıxması ilə bağlı rekord sayda hal qeydə alınıb. Ac yırtıcılar qida axtarışında amerikalıların evlərinə və mağazalara daxil olurlar. xəbər verir ki, bu barədə avqustun 29-da "Reuters" yerli hakimiyyət orqanlarının məlumatlarına istinadə

30 avqust
.

Nepalda daşqından sonra itkin düşənlərin sayı iki minə yaxınlaşır

Nepalda genişmiqyaslı daşqından sonra itkin düşənlərin sayı 1 924 nəfərə çatıb, 579 nəfər həlak olub. "Report" xəbər verir ki, bu barədə "Reuters" agentliyi Nepalın Təbii Fəlakət Risklərinin Azaldılması və İdarə Edilməsi üzrə Milli İdarəsinə istinadən məlumat yayıb. Hakimiyyət orqanlarını

30 avqust
.

Kim Çen Inın iştirak etdiyi iclasda mühüm qərar

Şimali Koreyanın müdafiə naziri No Qvan Çhol vəzifəsindən azad edilib. bu barədə Koreyanın Mərkəzi Teleqraf Agentliyinə (KMTA) istinadən xəbər verir. Qərar avqustun 29-da Koreya Fəhlə Partiyasının (KFP) Mərkəzi Hərbi Komitəsinin II iclasında qəbul edilib. İclasda Şimali Koreya lideri Kim Çen In da iştira

30 avqust
.

AP: Nigerdə qiyam cəhdindən sonra onlarla hərbçi həlak olub və ya həbs edilib

Nigerin paytaxtı Niameydə bir qrup gənc əsgərin qiyam cəhdindən sonra onlarla hərbçi həlak olub və ya həbs edilib. "Report" "Associated Press"ə (AP) istinadən xəbər verir ki, bu barədə ölkənin dövlət televiziyası məlumat yayıb. İğtişaşlar təxminən bir sutka davam edib. Toqquşmala

30 avqust
.

İsrail hərbçiləri Qəzzada "Nuhba"nın komandirini və HƏMAS yaraqlısını zərərsizləşdirib

İsrailin Müdafiə Ordusu Qəzza zolağının şimalında "Nuhba" xüsusi təyinatlı qüvvələrinin komandirinin və HƏMAS-ın bir yaraqlısının zərərsizləşdirildiyini açıqlayıb. "Report"un xəbərinə görə, bu barədə ordunun Mətbuat xidməti məlumat yayıb. Məlumata görə, "Nuhba" komandir

30 avqust
.

Kor siçanların görmə qabiliyyəti göz damcıları ilə bərpa edildi

Alimlər görmə qabiliyyətini itirmiş siçanların yenidən işığı qəbul etməsinə imkan verən xüsusi göz damcıları hazırlayıblar. xəbər verir ki, preparat gen terapiyası, göz implantı və ya xüsusi işıqlandırma sistemlərindən istifadə etmədən görmə funksiyasını qismən bərpa edib. Tədqiqatçılar işığa həssa

30 avqust
.

ABŞ İraqın sabiq maliyyə nazirinin vizasını ləğv edib

ABŞ Dövlət Departamenti əvvəllər korrupsiyaya qarşı mübarizəyə və gender bərabərliyinin təşviqinə görə Amerika mükafatına layiq görülən İraqın sabiq maliyyə naziri Taif Sami Məhəmməd əl-Şakərçinin vizasını ləğv edib. "Report" xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin qlobal ictimaiyyətl

30 avqust
.

Tramp Ayda öz adının əbədiləşdirilməsini istəyir

ABŞ Prezidenti Donald Tramp Ayda onun şərəfinə hansısa obyektin adlandırılmasını arzuladığını bildirib. xəbər verir ki, Tramp bu açıqlamanı Hyustondakı NASA-nın Conson Kosmik Mərkəzində "Artemis II" missiyasının heyətinin Konqresin Kosmik Şərəf Medalı ilə təltif olunması mərasimində verib

30 avqust