Kubada xərçəng xəstəliklərinin müalicəsi üçün yeni preparat hazırlandı

Kubada xərçəng xəstəliklərinin müalicəsi üçün yeni preparat hazırlandıKubalı alimlər ölkəyə qarşı ABŞ-ın sərtləşdirdiyi ticarət-iqtisadi və enerji blokadası şəraitində onkoloji xəstəliklərin müalicəsində istifadə olunması nəzərdə tutulan yeni preparat hazırlayıblar.

Lent.az xəbər verir ki, bunu Kubanın xarici işlər naziri Bruno Rodriges Parrilya bildirib.

Nazir X sosial şəbəkəsində yazıb ki, Molekulyar İmmunologiya Mərkəzinin (CIM) alimləri orqanizmin şiş hüceyrələrinə qarşı immun reaksiyasını stimullaşdıran və dünyada geniş istifadə olunan pembrolizumaba oxşar xüsusiyyətlərə malik 2C12 preparat namizədi hazırlayıblar.

Onun sözlərinə görə, bu nailiyyət Kubanın enerji böhranı və ABŞ-ın blokadanı əhəmiyyətli dərəcədə sərtləşdirdiyi mürəkkəb dövrdə əldə olunub.

Nazir bildirib ki, ABŞ hökumətinin Kubaya dərman preparatları, tibbi avadanlıqlar və biofarmasevtika sənayesi üçün zəruri xammal daşıyan konteynerlərin tədarükünü məhdudlaşdıran tədbirləri vəziyyəti daha da çətinləşdirir.

"Bu preparatın yaradılması kubalı alimlərin dərman təminatı sahəsində suverenliyi təmin etmək istəyini nümayiş etdirir", - deyə Parrilya bildirib.

O, bunun Kubada əsas ölüm səbəblərindən biri olan onkoloji xəstəliklərin müalicəsi baxımından xüsusilə əhəmiyyətli olduğunu vurğulayıb.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 225   Tarix: 30 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ukraynanın keçmiş müdafiə nazirinə İtaliyada yüksək vəzifə verildi

Ukraynanın keçmiş müdafiə naziri Mixail Fedorov İtaliyanın müdafiə naziri Guido Krozettonun müdafiə innovasiyaları üzrə müşaviri təyin edilib. xəbər verir ki, bu barədə məlumatı Fedorovun "Telegram" kanalı yayıb. Fedorov bildirib ki, İtaliyanın müdafiə naziri ilə görüşüb və ona göstərdiyi şəxs

30 avqust
.

ABŞ-də ali rəhbərliyin təxliyəsi üçün yeni helikopter eskadrilyası yaradılıb

Vaşinqton ətrafındakı Endryus aviabazasında son 60 ildə ilk dəfə olaraq ABŞ-nin ali hərbi-siyasi rəhbərliyinin təcili təxliyəsini təmin edəcək yeni helikopter eskadrilyası formalaşdırılıb. "Report" xəbər verir ki, bu barədə aviabazanın press-relizində bildirilib. "24-cü helikopter eskadrilyas

30 avqust
.

5 ildir gölməçədə yaşayır, suyun içində yemək yeyir

Hindistanın Qərbi Benqal ştatında yaşayan 16 yaşlı İqbal Şeyxin dərisində qəfil başlayan və uzun müddət keçməyən şiddətli yanma hissi onun həyatını tamamilə dəyişib. xarici mediaya istinadən xəbər verir ki, bədənini bürüyən güclü yanma hissini azaltmağın yeganə yolunu sərin suda qalmaqda görən gənc günlərin

30 avqust
.

Rostov yaxınlığında "Ozon"un iki logistika mərkəzi PUA zərbələri səbəbindən işini dayandırıb

Rostov vilayətində "Ozon"un iki logistika mərkəzi pilotsuz uçuş aparatları ilə (PUA) zərbələrdən sonra işini müvəqqəti dayandırıb. "Report" xəbər verir ki, bu barədə şirkət teleqram kanalında məlumat yayıb. "Ozon"un məlumatına görə, ötən gecə logistika obyektlərindən bir

29 avqust
.

Japarov Qırğızıstanda sabitliyi pozmağa cəhd edənləri sərt cəzalandırmağa çağırıb

Xarici qüvvələrin təsiri altında ölkədə vəziyyəti qeyri-sabitləşdirməyə çalışan şəxslər sərt şəkildə cəzalandırılacaqlar. "Report" Qırğızıstan Prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu barədə Qırğızıstan Prezidenti Sadır Japarov avqustun 29-da Bişkekdə ŞƏT dövlət başçılar

29 avqust
.

Rusiyada naməlum şəxs ovçulara atəş açıb, biri ölüb

Rusiyanın Novosibirsk vilayətində naməlum şəxs ovçulara atəş açıb, nəticədə 1 nəfər ölüb, 2 nəfər yaralanıb. "Report" Rusiya mediasına istinadən xəbər verir ki, hadisə avqustun 28-də Moşkovo rayonundakı göllərin birində baş verib. Hadisə barədə ovçulardan birinin qohumuna zəng etməsindən sonr

30 avqust
.

"NY Post": Corc Sorosun yaratdığı fondda yoxlamalar aparılacaq

ABŞ Prezidenti Donald Trampın administrasiyası sol təmayüllü bir neçə qeyri-kommersiya təşkilatının, o cümlədən amerikalı milyarder Corc Soros tərəfindən əsası qoyulmuş "Açıq Cəmiyyət" fondunun genişmiqyaslı vergi yoxlamalarını keçirməyi planlaşdırır. "Report" xəbər verir ki, bu barəd

30 avqust
.

Tramp: "ABŞ və Venesuela tarixin ən böyük neft razılaşmasını əldə etdi"

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Vaşinqton və Venesuela arasında dünya tarixindəki ən irimiqyaslı neft müqaviləsinin imzalandığını bəyan edib. xəbər verir ki, Tramp "Truth Social" platformasında etdiyi paylaşımda vurğulayıb:. "Amerika Birləşmiş Ştatları qısa müddə

29 avqust
.

AP: Nigerdə qiyam cəhdindən sonra onlarla hərbçi həlak olub və ya həbs edilib

Nigerin paytaxtı Niameydə bir qrup gənc əsgərin qiyam cəhdindən sonra onlarla hərbçi həlak olub və ya həbs edilib. "Report" "Associated Press"ə (AP) istinadən xəbər verir ki, bu barədə ölkənin dövlət televiziyası məlumat yayıb. İğtişaşlar təxminən bir sutka davam edib. Toqquşmala

30 avqust