"Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı ilə əlaqələri genişlənir" - AÇIQLAMA

"Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı ilə əlaqələri genişlənir" - AÇIQLAMA"Avqustun 31-də Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının növbəti Zirvə görüşü öz işinə başlayıb. Qırğızıstan Prezidenti Sadır Japarov sədrlik etdiyi beynəlxalq toplantı "ŞƏT-in 25 ili: davamlı sülh, inkişaf və rifah naminə birlikdə" şüarı altında keçirilir. Qurumun 26-cı Zirvə görüşündə, ümumilikdə, 17 dövlətin lideri və nümayəndə heyəti iştirak edir", - bunları Sonxeber.az -a danışan "Uğur" Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin sədri Əlövsət Allahverdiyev deyib:

"Sammitdə dialoq tərəfdaşı statusunda və ya xüsusi dəvətlə yüksək səviyyədə təmsil olunan ölkələrin siyahısında yer alan Azərbaycan bu nəhəng məkanla yalnız ikitərəfli əlaqələr vasitəsilə deyil, institusional əməkdaşlıq çərçivəsində də sıx bağlıdır. Belə ki, Azərbaycanın 2015-ci ildən ŞƏT-in dialoq tərəfdaşı statusu qazanması ölkəmizin təşkilatın siyasi, iqtisadi, nəqliyyat, enerji, təhlükəsizlik və humanitar gündəliyi ilə əlaqələrini genişləndirməsinə imkan verib.
Hazırda bu iqtisadi məkan ölkəmiz üçün həm mövcud ticarət əlaqələri, həm də nəqliyyat, logistika, investisiya, sənaye və enerji imkanlarının genişləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. 2025-ci ildə Azərbaycanın 48,9 milyard dollarlıq ümumi xarici ticarət dövriyyəsini təşkil edib. Bunun da 10 faizi Rusiya, 9,9 faizi Çin, 1,6 faizi Özbəkistan, 1,4 faizi, Qazaxıstan və 1,3 faizi İranın daxil olduğu ŞƏT üzvü olan ölkələrin payına düşüb. Bu göstəricilər isə, heç şübhəsiz, ŞƏT üzvlərinin Azərbaycan üçün artıq real və əhəmiyyətli iqtisadi tərəfdaşlara çevrildiyini göstərir.
Əlaqələrin genişləndirilməsi üçün potensial təkcə ticarətlə məhdudlaşmır. ŞƏT məkanı, həm də ölkəmiz üçün nəqliyyat və logistika, investisiya, sənaye, energetika və qeyri-neft sektorunda əməkdaşlığın genişləndirilməsi baxımından böyük imkanlar yaradır. Azərbaycanın Orta Dəhlizdəki mövqeyi, Xəzər üzərindən nəqliyyat bağlantıları və Avropa bazarlarına çıxış imkanları ŞƏT ölkələrinin artan istehsal və ixrac potensialı ilə birləşdikdə yeni iqtisadi zəncirlərin formalaşmasına şərait yarada bilər.
Məlum olduğu kimi, hazırda ölkəmiz enerjinin istehsal olunduğu bölgələrlə istehlak bazarları arasında bağlantı yaradan mühüm dövlətlərdən biridir. Bu baxımdan, Azərbaycan qazını Gürcüstan və Türkiyə vasitəsilə Avropaya çatdıran Cənub Qaz Dəhlizinin əhəmiyyəti getdikcə artır. Təkcə onu qeyd etmək kifayətdir ki, ötən il 3 min 500 kilometr uzunluğunda olan bu nəhəng ixrac sistemi vasitəsilə Avropa bazarlarına 12,5 milyard kubmetr təbii qaz tədarük edilib.
Bununla yanaşı, Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı layihələri, eləcə də Azərbaycanın "Şərq-Qərb" və "Şimal-Cənub" nəqliyyat dəhlizlərinin üzərində yerləşməsi ölkəmizin müxtəlif regionları birləşdirmək imkanlarını nümayiş etdirir. Gələcəkdə isə Zəngəzur dəhlizi (TRIPP) bu imkanları daha da genişləndirəcək. Təsadüfi deyil ki, son zamanlar Zəngəzur dəhlizi Azərbaycanın Mərkəzi Asiya və daha geniş ŞƏT məkanı ilə bağlantı imkanlarını artıran başlıca amillərdən biri kimi dəyərləndirilir.
Heç şübhəsiz, Azərbaycanın ŞƏT məkanındakı mövqeyini gücləndirən əsas amillərdən biri də Mərkəzi Asiya dövlətləri ilə əlaqələrin sürətlə inkişaf etməsidir. Bu baxımdan, ŞƏT-in 2026-cı ildə Qırğızıstanın paytaxtı Bişkekdə keçiriləcək Zirvə toplantısı xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın Şanxay Əməkdaşlıq çərçivəsində tərəfdaşlıq etdiyi Qırğızıstanla münasibətləri çoxəsrlik tarixə malikdir. Keçmiş SSRİ-nin tərkibində müttəfiq respublikalar olan Azərbaycan və Qırğızıstan ötən əsrin sonlarında tarixi müstəqilliklərinə qovuşduqdan sonra ikitərəfli əlaqələr dostluq, qardaşlıq və strateji müttəfiqlik müstəvisində inkişaf etməyə başlayıb. Xatırladaq ki, Azərbaycan Respublikası ilə Qırğızıstan Respublikası arasında diplomatik münasibətlərin əsası 33 il əvvəl qoyulub. Bundan əlavə, 28 il əvvəl ölkələrimiz arasında dostluq və əməkdaşlığa dair müqavilə imzalanıb.
Şanxay Əməkdaşlıq Təşkilatı dünyanın aparıcı regional və beynəlxalq əməkdaşlıq platformalarından biridir. Hazırda təşkilatda 10 dövlət tamhüquqlu üzv kimi, 2 dövlət müşahidəçi, 15 dövlət isə dialoq tərəfdaşı statusunda təmsil olunur. Bu fakt ŞƏT-in kifayət qədər geniş coğrafiyanı və böyük əhali potensialını əhatə edən nüfuzlu bir quruma çevrildiyini göstərir.
Təşkilatın iqtisadi çəkisi də diqqətəlayiqdir. ŞƏT-ə üzv dövlətlərin payına dünya iqtisadiyyatının, təxminən, 24 faizi düşür. Bu isə, təqribən, 25 trilyon ABŞ dolları həcmində ümumi daxili məhsul deməkdir. Bu baxımdan Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı ilə tərəfdaşlığı, mahiyyət etibarilə, nəhəng iqtisadi potensiala malik ölkələrin təmsil olunduğu geniş əməkdaşlıq məkanına çıxış imkanları yaradır.
Azərbaycanın xarici ticarət əlaqələrinə nəzər saldıqda da ŞƏT məkanının ölkəmiz üçün xüsusi əhəmiyyət daşıdığı görünür. Ölkəmizin ən böyük xarici ticarət tərəfdaşlarından 4-dən 3-ü məhz bu təşkilatda təmsil olunur. Onlardan 2-si ŞƏT-in tamhüquqlu üzvü, 1-i isə tərəfdaş dövlət statusuna malikdir. Bu, Azərbaycanın artıq təşkilat məkanına daxil olan ölkələrlə dərin və çoxşaxəli ticarət-iqtisadi əlaqələr formalaşdırdığını göstərir.
Təbii ki, Azərbaycan Prezidentinin ŞƏT-in Zirvə görüşündə iştirakı və bu çərçivədə keçirilən görüşlər ölkəmizin təşkilata üzv və tərəfdaş dövlətlərlə əlaqələrinin daha da genişlənməsi baxımından mühüm əhəmiyyət daşıyır. Zirvə toplantısı çərçivəsində aparılan müzakirələr yeni iqtisadi əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi, qarşılıqlı investisiyaların artırılması, ticarət dövriyyəsinin genişləndirilməsi, nəqliyyat və logistika əlaqələrinin inkişafı üçün əlavə imkanlar yarada bilər.
Beləliklə, Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlığı böyük iqtisadi potensiala malik geniş bir coğrafiya ilə əlaqələrin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Zirvə görüşündə iştirak və keçirilən yüksək səviyyəli müzakirələr Azərbaycanın təşkilat məkanında yer alan dövlətlərlə siyasi, iqtisadi və ticarət əlaqələrinin yeni mərhələyə yüksəlməsinə, qarşılıqlı sərmayələrin artmasına və ölkəmizin regional iqtisadi proseslərdə mövqeyinin daha da möhkəmlənməsinə xidmət edə bilər".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 298   Tarix: 01 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Azərbaycan Şərq-Qərb bağlantısındakı rolunu daha da gücləndirir" - AÇIQLAMA

Azərbaycan-ŞƏT əməkdaşlığını dəyərləndirərkən əsas diqqəti yalnız təşkilatın genişlənən coğrafiyasına və böyük iqtisadi potensialına deyil, bu məkanın Azərbaycan üçün yaratdığı strateji imkanlara yönəltmək lazımdır. Eyni zamanda, Azərbaycanın ŞƏT məkanı üçün hansı əlavə imkanlar yaratdığı məsələsi d

1 sentyabr
.

"Azərbaycan regional aktordan qlobal oyunçuya çevrilib" - AÇIQLAMA

Azərbaycan Prezidenti İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının Qırğız Respublikasında keçirilən tədbirlərində iştirak etmək üçün bu ölkədə işgüzar səfərdədir. 2001-ci il iyunun 15-də Çin, Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistanın iştirakı ilə əsası qoyulan Şanxay Əməkdaşlıq Təşkilat

1 sentyabr
.

"Azərbaycanın Avrasiyadakı siyasi və iqtisadi mövqeləri güclənir" - AÇIQLAMA

Bişkekdə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının yubiley sammiti Avrasiyanın diplomatik xəritəsində mühüm mərhələyə çevrilərək, Azərbaycanın regiondakı geostrateji mövqelərinin daha da möhkəmləndiyini nümayiş etdirdi. Təşkilatın 25 illiyinə həsr olunmuş bu mötəbər forumda Prezident İlham Əliyevin iştirak

1 sentyabr
.

"Azərbaycanın Avrasiyadakı rolu artmaqdadır" - AÇIQLAMA

25 illik yubileyi ərəfəsində Şanxay Əməkdaşlıq Təşkilatının hansı istiqamətdə inkişaf etdiyi yenidən dünya siyasətinin gündəminə gəlir. Çin, Rusiya, Hindistan, Pakistan, İran, Belarus və Mərkəzi Asiya dövlətlərini birləşdirən təşkilat yarandığı dövrdə əsasən sərhəd təhlükəsizliyi platforması kimi fəaliyyə

1 sentyabr
.

"Azərbaycan-ŞƏT əməkdaşlığı Avrasiyanın artan geostrateji əhəmiyyəti fonunda yeni imkanlar açır" - AÇIQLAMA

"Müasir beynəlxalq münasibətlər sistemi sürətli transformasiya mərhələsindən keçir və bu prosesdə Avrasiya məkanının siyasi, iqtisadi və geostrateji əhəmiyyəti getdikcə artır. Belə bir şəraitdə Azərbaycan müxtəlif güc mərkəzləri ilə bərabərhüquqlu münasibətlər qurmaqla yanaşı, çoxtərəfli əməkdaşlı

1 sentyabr
.

ŞƏT planetin şərq yarımkürəsini əhatə edən ən geniş əməkdaşlıq formatıdır - DEPUTAT

"ŞƏT planetin şərq yarımkürəsini əhatə edən ən geniş əməkdaşlıq formatıdır. Odur ki, yalnız Şərq ölkələri deyil, əslində bütün Avrasiya ölkələri ŞƏT ilə münasibətlər qurmaq və əməkdaşlıq etməyə səy göstərirlər". Bunu -a açıqlamasında Milli Məclisin deputatı Cavanşir Feyziyev bildirib. "Qloba

1 sentyabr
.

Prezident Putinlə ayaqüstü söhbət etdi - Fotolar

Bişkekdə səfərdə olan Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva BMT-nin Baş katibi Antonio Quterreş, Rusiya Prezidenti Vladimir Putin, Tacikistan Prezidenti Emoməli Rahmon və Pakistanın Baş naziri Şahbaz Şəriflə ayaqüstü söhbət edib. "Qafqazinfo" həmin an lentə alınmı

31 avqust
.

ŞƏT-in 25 ili: Dayanıqlı sülh, inkişaf və tərəqqi naminə birlikdə

Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatı üçün formal üzvlük statusundan daha çox, Avrasiya məkanının iqtisadi, logistik və enerji xəritəsini formalaşdıran vacib strateji tərəfdaşdır. Xəbər verildiyi kimi, Prezident İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının tədbirlərində iştirak etmək üçün avqustun 31-d

1 sentyabr
.

Prezident: "BMT TŞ-nin qətnamələrinin qısa müddətdə icrası üçün müvafiq mexanizmlərin hazırlanması tələb olunur"

Prezident İlham Əliyev "ŞƏT plyus" formatında görüşdə çıxışı zamanı BMT-nin 1993-cü ildə Azərbaycanla bağlı qəbul etdiyi qətnamələrin icrası barədə danışıb. AZƏRTAC-a istinadən xəbər verir ki, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş dörd qətnaməsinin 30 ildən sonra - üç il əvvə

1 sentyabr