"Azərbaycanın beynəlxalq aləmdəki nüfuzu daha da artıb" - AÇIQLAMA

"Azərbaycanın beynəlxalq aləmdəki nüfuzu daha da artıb" - AÇIQLAMAAzərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin nüfuzu, siyasi iradəsi, uzaqgörənliyi və strateji addımları ölkəmizin yeni dünya düzəninin formalaşdığı bir dövrdə orta güc dövlət kimi mövqeyinin möhkəmlənməsini təmin edir. Prezident İlham Əliyevin müstəqil, ardıcıl və prinsipial siyasəti nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib.
Bu, müasir tariximizin ən böyük nailiyyətidir. Əslində, dövlətin gücü yalnız onun ərazisinin böyüklüyü, əhalisinin sayı və ya iqtisadi imkanları ilə ölçülmür. Dövlətin real gücü, eyni zamanda, milli maraqlarını necə qorumasından, müstəqil qərarlar qəbul etmək imkanından və beynəlxalq münasibətlər sistemində öz sözünü necə deməsindən asılıdır. Xalqımız xoşbəxtdir ki, Ulu Öndər Heydər Əliyevin siyasi məktəbinin layiqli davamçısı olan Prezident İlham Əliyev dövlətimizin rəhbərliyini milli maraqları əsas götürərək davam etdirir.
Son 23 ilin nəticələrinə nəzər saldıqda ilk növbədə 30 ilə yaxın müddətdə işğal altında qalmış torpaqlarımızın azad edilməsini görürük. Azərbaycan bir vaxtlar işğala məruz qalmış, yüz minlərlə insanın qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyü, beynəlxalq platformalarda ərazilərinin azad olunması üçün dəstək axtaran ölkə idi. Bu gün isə Azərbaycan öz gücünə, hərbi və siyasi iradəsinə arxalanaraq ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş qalib dövlətdir.
Bu tarixi nailiyyət Prezident İlham Əliyevin uzun illər ərzində həyata keçirdiyi məqsədyönlü siyasətin nəticəsidir. Dövlət başçısının uzaqgörən siyasəti nəticəsində Azərbaycan yalnız ərazilərini işğaldan azad etmədi, həm də həmin ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinə başladı. Keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına qayıdışının təmin olunması, şəhər və kəndlərin yenidən qurulması, müasir infrastrukturun yaradılması Azərbaycanın qarşısında yeni inkişaf perspektivləri açır.
Eyni zamanda, Azərbaycanın yaratdığı yeni reallıqlar artıq yalnız regionumuzda deyil, bütün dünyada qəbul olunur. Azərbaycan bu gün qlobal proseslərin sadəcə iştirakçısı deyil, həm də bir sıra proseslərin istiqamətinə və nəticələrinə təsir göstərə bilən ölkəyə çevrilib.
Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycanın yerləşdiyi coğrafiyanın strateji əhəmiyyəti dəfələrlə artıb. Ölkəmizin Şərqlə Qərb, Şimalla Cənub arasında yerləşməsi düzgün dövlət siyasəti nəticəsində böyük geoiqtisadi üstünlüyə çevrilib.
Bu gün Azərbaycan müstəqil xarici siyasət yürüdür və bu siyasətin əsas dayaqlarından biri də iqtisadi müstəqilliyimizdir. Güclü iqtisadiyyat bizə həm müstəqil qərarlar qəbul etmək, həm də milli maraqlarımızı daha qətiyyətlə müdafiə etmək imkanı verir.
Ölkəmizdə yaradılan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri, Bakı-Tbilisi-Ceyhan neft kəməri, Cənub Qaz Dəhlizi, Transxəzər nəqliyyat-logistika imkanları və digər layihələr Azərbaycanı təkcə regionda deyil, qitələrarası nəqliyyat və enerji əlaqələrində mühüm mərkəzlərdən birinə çevirib.
Azərbaycanın sözünün imzası qədər möhkəm olması, verdiyi vədlərə sadiqliyi və tərəfdaşlarına etibarlı münasibəti ölkəmizin beynəlxalq nüfuzunu daha da artırıb. Bu gün Azərbaycan dünyanın aparıcı dövlətləri, o cümlədən ABŞ, Çin, Rusiya, Türkiyə, və s. ilə qarşılıqlı maraqlara əsaslanan strateji və tərəfdaşlıq münasibətlərini inkişaf etdirir.
Azərbaycanın etibarlı və nüfuzlu tərəfdaş kimi qəbul olunması ölkəmizin beynəlxalq və regional platformalarda iştirakının genişlənməsinə də imkan yaradır. Qoşulmama Hərəkatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, Şanxay Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq platformalarda Azərbaycanın mövqeyi və rolu getdikcə güclənir. Bu platformalarda ölkəmizin fəal iştirakı Azərbaycanın həm siyasi, həm də iqtisadi imkanlarının daha geniş coğrafiyada təqdim edilməsinə şərait yaradır.
Təbii ki, burada Prezident İlham Əliyevin dünya dövlətlərinin liderləri ilə qurduğu qarşılıqlı hörmətə və etimada əsaslanan münasibətlərin də xüsusi rolu var. Dövlət başçısının şəxsi diplomatik nüfuzu və müxtəlif ölkələrin liderləri ilə formalaşdırdığı münasibətlər Azərbaycanla həmin dövlətlər arasında əlaqələrin daha da möhkəmlənməsinə mühüm töhfə verir.
Bu gün Azərbaycan dünya dövlətləri sırasında özünəməxsus və hörmətli yerə malikdir. Ölkəmiz həm milli maraqlarını qoruyan, həm müstəqil siyasət yürüdən, həm də regional və qlobal əməkdaşlığa töhfə verən dövlət kimi tanınır.
Beləliklə, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın qarşısında bundan sonra da daha böyük hədəflər dayanır. Yeni dünya nizamının formalaşdığı bir dövrdə Azərbaycan yalnız baş verən prosesləri izləyən deyil, həmin proseslərə təsir göstərən və öz milli maraqları doğrultusunda yeni imkanlar yaradan dövlət kimi mövqeyini daha da möhkəmləndirəcək.
Ən əsası isə budur ki, Azərbaycan artıq öz gücünə, siyasi iradəsinə və milli potensialına söykənən, beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi qəbul olunan və yeni dünya düzəninin formalaşmasına öz töhfəsini verən orta güc dövlət kimi mövqeyini getdikcə daha da gücləndirir.

Ağarəhim Baxışov - Dövlət İdarəçilik Akademiyası


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 257   Tarix: 01 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

ŞƏT platforması Bakı üçün əhəmiyyətli platformaya çevrilir - DEPUTAT

"Avqustun 31-də Bişkekdə bir neçə mühüm beynəlxalq və regional tədbirin eyni gündə keçirilməsi Azərbaycan diplomatiyası baxımından geniş imkanlar yaradıb. Şanxay Əməkdaşlıq Təşkilatının 25 illik yubileyinə həsr olunan sammit, Qırğızıstanın müstəqilliyinin 35 illiyi və VI Dünya Köçəri Oyunlarını

1 sentyabr
.

İlham Əliyev Bişkekdə Vladimir Putin ilə söhbət etdi - FOTO - VİDEO

Sentyabrın 1-də Qırğızıstanın paytaxtı Bişkek şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putin ilə ayaqüstü söhbəti olub. həmin görüşdən fotoları təqdim edir:

1 sentyabr
.

İlham Əliyev Bişkekdə Narendra Modi ilə söhbət etdi - FOTO

Sentyabrın 1-də Qırğızıstanın paytaxtı Bişkek şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Hindistanın Baş naziri Narendra Modi ilə səmimi söhbəti olub. həmin görüşdən fotoları təqdim edir:

1 sentyabr
.

Prezident: "Müttəfiqlik münasibətləri haqqında Müqavilə Azərbaycan-Qırğızıstan münasibətlərini ən yüksək səviyyəyə qaldırdı"

"Qardaş Qırğızıstana yenidən səfər etməkdən məmnunam. Bir ay öncə dövlət səfərim zamanı müttəfiqlik münasibətləri haqqında Müqavilə imzalandı". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev "ŞƏT plyus" formatında görüşdə çıxışı zamanı deyib. Dövlətimizin başçıs

1 sentyabr
.

Prezident Putinlə ayaqüstü söhbət etdi - Fotolar

Bişkekdə səfərdə olan Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva BMT-nin Baş katibi Antonio Quterreş, Rusiya Prezidenti Vladimir Putin, Tacikistan Prezidenti Emoməli Rahmon və Pakistanın Baş naziri Şahbaz Şəriflə ayaqüstü söhbət edib. "Qafqazinfo" həmin an lentə alınmı

31 avqust
.

"Azərbaycan-ŞƏT əməkdaşlığı Avrasiyanın artan geostrateji əhəmiyyəti fonunda yeni imkanlar açır" - AÇIQLAMA

"Müasir beynəlxalq münasibətlər sistemi sürətli transformasiya mərhələsindən keçir və bu prosesdə Avrasiya məkanının siyasi, iqtisadi və geostrateji əhəmiyyəti getdikcə artır. Belə bir şəraitdə Azərbaycan müxtəlif güc mərkəzləri ilə bərabərhüquqlu münasibətlər qurmaqla yanaşı, çoxtərəfli əməkdaşlı

1 sentyabr
.

İlham Əliyev: "Azərbaycan bundan sonra da beynəlxalq məsələlərdə çoxtərəflilik prinsiplərinin möhkəmləndirilməsinə öz töhfəsini verəcək"

"Son vaxtlara qədər dörd il ərzində Qoşulmama Hərəkatına rəhbərlik etmiş Azərbaycan bundan sonra da beynəlxalq məsələlərdə çoxtərəflilik prinsiplərinin möhkəmləndirilməsinə öz töhfəsini verəcək". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikri Prezident İlham Əliyev "ŞƏT plyus" formatınd

1 sentyabr
.

"Şanxay Əməkdaşlıq Təşkilatı ölkəmizin imkanlarını genişləndirir" - AÇIQLAMA

"Dünya siyasətində güc balansının sürətlə dəyişdiyi bir vaxtda dövlətlərin xarici siyasətində əsas məsələlərdən biri yalnız tərəfdaşların sayını artırmaq deyil, müxtəlif güc mərkəzləri arasında öz maraqlarına uyğun manevr imkanlarını genişləndirməkdir. Azərbaycan üçün Şanxay Əməkdaşlıq Təşkilat

1 sentyabr
.

Azərbaycanın Avrasiyada geoiqtisadi rolunu gücləndirən Bişkek sammiti

Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Bişkekdə keçirilən sammiti Avrasiyanın dəyişən geoiqtisadi xəritəsi baxımından mühüm hadisədir. Təşkilatın 25 illik yubileyinə təsadüf edən Zirvə Görüşü yalnız təhlükəsizlik və siyasi məsələlərin müzakirəsi ilə məhdudlaşmır. ŞƏT məkanında iqtisadi əlaqələrin, nəqliyyat-logistik

1 sentyabr