Nazir müavini ilə bağlı şayiələr yayıldı - Pentaqon rəhbərliyində nə baş verir?
Pentaqonun rəhbərliyində hərb naziri Pit Heqsetin dövründə başlayan istefalar dalğasının ardınca yeni kadr islahatlarının gözlənildiyi bildirilir.
Oxu.Az xəbər verir ki, bu barədə "Reuters" agentliyi üç fərqli mənbəyə əsaslanaraq məlumat yayıb. Bildirilib ki, qurum artıq nazir müavini Stiv Feynberqin yerinə namizəd axtarışındadır.
Agentliyin məlumatına görə, Feynberqin vəzifəsinə namizədlərin nəzərdən keçirilməsi prosesi iyun ayında aparılıb və avqustun sonlarında da davam edib. Buna baxmayaraq, onun vəzifədən kənarlaşdırılması barədə yekun qərar hələlik qəbul olunmayıb.
Ağ Ev və Pentaqon rəsmiləri kadr dəyişikliyi hazırlıqları ilə bağlı yayılan xəbərləri təkzib ediblər. Nazir Heqset qeyd edib ki, Feynberq onun tam dəstəyinə malikdir və heç yerə getməyəcək.
"Feynberq hərbi-sənaye bazamızın bərpası və ordumuzun qələbə üçün ehtiyac duyduğu hər şeylə təmin edilməsi istiqamətində yorulmadan fəaliyyət göstərib. Mən onunla əməkdaşlığımızı davam etdirməyi səbirsizliklə gözləyirəm", - deyə Heqset çıxışında vurğulayıb.
Son aylar ərzində bir neçə yüksəkrütbəli rəsmi Pentaqonla yollarını ayırıb. Bu həftə ordu naziri Daniel Driskoll istefa verib, ondan əvvəl isə hərbi dəniz qüvvələri naziri Con Felan və bir neçə digər ali hərbi rəhbər vəzifələrini tərk edib. Stiv Feynberq ABŞ-də hərbi sursat istehsalının sürətləndirilməsinə cavabdeh idi. "Reuters"in məlumatına görə, İranla müharibə fonunda ABŞ ordusu müəyyən silah növlərinin çatışmazlığı problemi ilə üzləşib. Avqust ayında nazir müavini müdafiə sənayesi şirkətlərini istehsalat prosesini sürətləndirməyə və qiymət formalaşmasında daha çox şəffaflıq təmin etməyə çağırmışdı.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 148 Tarix: 05 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Peskov: Rusiya və Ukrayna sentyabrın 8-dək atəşkəs barədə razılığa gəlib
Rusiya və Ukrayna ABŞ Prezidentinin xüsusi elçiləri Stiv Uitkoff və Cared Kuşnerin daxil olduğu ABŞ nümayəndə heyətinin regiona səfəri ilə əlaqədar iki ölkənin paytaxtlarına zərbə endirilməməsini nəzərdə tutan qısamüddətli atəşkəs barədə razılığa gəliblər. "Report" xəbər verir ki, bu barəd
5 sentyabrAntalyada cinayətkar qruplaşmaları təbliğ edən 10 nəfər saxlanılıb
Türkiyənin Antalya şəhərində sosial şəbəkələrdə cinayətkar təşkilatları təbliğ edən, onların metodlarına qanuni don geydirən və fəaliyyətlərini təşviq edən 14 şübhəlidən 10-u saxlanılıb. Bu barədə "Report" yerli mətbuata istinadən xəbər verir. Antalya Baş Prokurorluğu tərəfindən aparılan araşdırm
6 sentyabrHəkimlər qadınlara xəbərdarlıq etdilər: 30 yaşdan sonra...
30-40 yaşlı qadınlarda ovarial rezerv (yumurtalıq ehtiyatı) və süd vəzilərinin sağlamlığı yoxlanmalı, eləcə də onlar uşaqlıq boynu xərçənginə görə müayinədən keçməlidirlər. -ın xəbərinə görə, bu barədə rusiyalı həkimlər "Birinci kanal"da yayımlanan "Yaşamaq gözəldir!" adlı verilişd
6 sentyabrABŞ-də təyyarədə dava salan sərnişin oturacağa skoçlandı
ABŞ-də Texasdan Nyu-Cersiyə həyata keçirilən uçuş zamanı sərxoş vəziyyətdə olan sərnişin dini xarakterli təhqirlər qışqırıb, bələdçiyə qarşı irqçi ifadələr işlədib, həmçinin yanında əyləşən şəxsə zərbə endirib. xəbər verir ki, bu barədə TMZ məlumat yayıb. Bildirilib ki, o, bundan əlavə başqa bir sərnişini
5 sentyabr4 uşaq anası olan arvadını və özünü küçədə öldürdü
Türkiyədə küçədə dəhşətli qətl hadisəsi olub. yerli mediaya istinadla bildirir ki, hadisə Kahramanmaraş şəhərinin, Onikişubat rayonunun Mercimektepe məhəlləsində baş verib. 56 yaşlı Tevfik Bağrıaçık mübahisə etdiyi 49 yaşlı həyat yoldaşı Dilek Bağrıaçıkı küçənin ortasında tüfənglə güllələyərək öldürüb
6 sentyabrİstilər pik həddə çatacaq, fevraladək davam edəcək - Xəbərdarlıq
Birləşmiş Millətlər Təşkilatının (BMT) iqlim agentliyi "El Nino"nun yaxın aylarda "çox güclü" hadisəyə çevriləcəyini və fevrala qədər davam edəcəyini açıqlayıb. "Qafqazinfo" xəbər verir ki, Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT) məlumatına görə, "El Nino" ili
4 sentyabr