Tramp administrasiyası Yaxın Şərq üçün yeni strategiya hazırlayır

Tramp administrasiyası Yaxın Şərq üçün yeni strategiya hazırlayırABŞ Prezidenti Donald Trampın administrasiyası İrana qarşı regional çəkindirmə səylərinə və İsraillə qonşu ölkələr arasında münasibətlərin normallaşdırılmasının genişləndirilməsinə yönəlmiş müharibədən sonrakı strategiya hazırlayır.

Oxu.Az xəbər verir ki, bu barədə "Axios" iki amerikalı məmura və daha iki mənbəyə istinadən məlumat yayıb.

Qeyd olunur ki, plan hələ hazırlanmasının ilkin mərhələsindədir. Strategiyanın İranla müharibə başa çatdıqdan sonra ABŞ-nin Yaxın Şərqdəki siyasətini müəyyənləşdirməsi nəzərdə tutulur.

Strategiyanın mümkün tərkib hissələri kimi üç əsas istiqamət nəzərdən keçirilir:

- ABŞ-nin zəmanətçi rolunda çıxış edəcəyi, İranı cilovlamaq məqsədilə Vaşinqtonun müttəfiqləri arasında regional ittifaqın yaradılması;

- Oktyabrın 7-dəki hücumların regional nəticələrinin aradan qaldırılmasını sürətləndirmək üçün əlaqələndirilmiş səylərin həyata keçirilməsi. Buraya Trampın Qəzza zolağı ilə bağlı planının növbəti mərhələsinin icrası, İsraillə Suriya arasında təhlükəsizlik sazişinin bağlanması və İsraillə Livan arasında əldə edilmiş razılaşmanın yerinə yetirilməsi daxildir;

- İsraillə ərəb dövlətləri arasında münasibətlərin normallaşdırılmasına dair bir sıra sazişlərdən ibarət "İbrahim razılaşmaları"nın genişləndirilməsi və Səudiyyə Ərəbistanı ilə İsrail arasında münasibətlərin normallaşdırılmasına dair sazişin imzalanması.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 102   Tarix: 06 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Akadzava: Yaponiya və ABŞ 550 milyard dollarlıq investisiya proqramının reallaşdırılmasında irəliləyiş əldə edib

Yaponiya və ABŞ iki ölkə arasındakı ticarət sazişi çərçivəsində 550 milyard dollar həcmində investisiya proqramının həyata keçirilməsində irəliləyiş əldə edib. "Report" "Bloomberg"ə istinadən xəbər verir ki, bu barədə Yaponiyanın iqtisadiyyat, ticarət və sənaye naziri Ryosey Akadzav

5 sentyabr
.

Girne sahillərində gəmi faciəsi: Daha bir cəsəd tapıldı, ölənlərin sayı artdı

Avqustun 30-da Şimali Kipr Türk Respublikasının Girne sahillərində "Filo Jet" adlı sərnişin gəmisinin batması nəticəsində itkin düşən şəxslərin axtarışları davam etdirilir. Axtarışlar zamanı daha bir nəfərin cəsədi tapılıb. -ın "TRT Haber" nəşrinə istinadən xəbərinə görə, bu barəd

5 sentyabr
.

Həkimlər qadınlara xəbərdarlıq etdilər: 30 yaşdan sonra...

30-40 yaşlı qadınlarda ovarial rezerv (yumurtalıq ehtiyatı) və süd vəzilərinin sağlamlığı yoxlanmalı, eləcə də onlar uşaqlıq boynu xərçənginə görə müayinədən keçməlidirlər. -ın xəbərinə görə, bu barədə rusiyalı həkimlər "Birinci kanal"da yayımlanan "Yaşamaq gözəldir!" adlı verilişd

6 sentyabr
.

Nazir müavini ilə bağlı şayiələr yayıldı - Pentaqon rəhbərliyində nə baş verir?

Pentaqonun rəhbərliyində hərb naziri Pit Heqsetin dövründə başlayan istefalar dalğasının ardınca yeni kadr islahatlarının gözlənildiyi bildirilir. xəbər verir ki, bu barədə "Reuters" agentliyi üç fərqli mənbəyə əsaslanaraq məlumat yayıb. Bildirilib ki, qurum artıq nazir müavini Stiv Feynberqi

5 sentyabr
.

Ukraynaya hücumlar DAYANDIRILDI: Putindən orduya tapşırıq

Rusiya Prezidenti Vladimir Putin bu gün gecəyarıdan başlayaraq növbəti üç gün müddətində Kiyev şəhərinə hücumların dayandırılması barədə əmr edib. Bu qərar paytaxtda ABŞ nümayəndələrinin iştirakı ilə planlaşdırılan görüşlərin təşkili və aparılması ilə əlaqədardır. xəbər verir ki, sözügedən məlumatı Rusiy

5 sentyabr
.

Xaçaturyan: Türkiyə ilə sərhədlərin açılması Ermənistana Aralıq dənizi limanlarına çıxış imkanı verəcək

Türkiyə ilə sərhədin açılması Ermənistana Aralıq dənizindəki Türkiyə limanlarından istifadə etməyə imkan verəcək. "Report" "Armenpress"ə istinadən xəbər verir ki, bu barədə Ermənistan Prezidenti Vaaqn Xaçaturyan jurnalistlərə bildirib. "Biz həm sərhədlərin (Türkiyə ilə - red.

5 sentyabr
.

"Şimal-2" stansiyası 7 il ərzində 21 milyard kilovat/saatdan çox elektrik enerjisi istehsal edib

Cari ilin yanvar-avqust ayları ərzində gücü 400 MVt təşkil edən buxar-qaz tipli "Şimal-2" Elektrik Stansiyasında 1,8 milyard kilovat/saat həcmində elektrik enerjisi istehsal edilib. Bu barədə "Report"a Energetika Nazirliyindən məlumat verilib. Qeyd olunub ki, 7 il öncə - 2019-cu ili

5 sentyabr
.

Xaçaturyan: Ermənistan qonşuları ilə qarşılıqlı etimad formalaşdırmalıdır

Ermənistan qonşu ölkələrlə qarşılıqlı etimad yaratmalı və problemli məsələləri imkan daxilində vasitəçilər olmadan həll etməlidir. "Report" "Armenpress"ə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Ermənistan Prezidenti Vaaqn Xaçaturyan bildirib. O, həmçinin qonşu ölkələrl

5 sentyabr
.

Husilərin Yəmənin Taiz şəhərinə endirdiyi zərbə nəticəsində 4 nəfər ölüb

Yəmən husiləri Taiz şəhəri (Yəmən) yaxınlığına raket zərbəsi endirib, 4 nəfər ölüb. "Report" xəbər verir ki, bu barədə "Al-Jazeera" Yəmənin "Saba TV" dövlət televiziyasına istinadən məlumat yayıb. Qeyd olunub ki, zərbə nəticəsində 9 nəfər yaralanıb

5 sentyabr