FT: Trampın reytinqi rekord dərəcədə aşağı səviyyəyə düşüb
ABŞ Prezidenti Donald Trampın bəyənilmə reytinqi rekord dərəcədə aşağı səviyyəyə enib.
"Report" xəbər verir ki, bunu "Financial Times" (FT) qəzetinin sifarişi ilə Böyük Britaniyanın "Focaldata" şirkəti tərəfindən aparılan sorğunun nəticələri göstərir.
Materialda qeyd olunub ki, amerikalı seçicilərin yalnız üçdə biri onun Ağ Ev rəhbəri kimi fəaliyyətini bəyənir.
Tədqiqatın məlumatlarına əsasən, bir ay əvvəlki 35 % ilə müqayisədə respondentlərin yalnız 33 %-i Trampın hazırkı siyasi kursunu dəstəkləyib. Eyni zamanda, respublikaçı seçicilər arasında onun dəstəklənmə səviyyəsi 72 %-ə enib ki, bu da FT-nin sorğuları çərçivəsində antirekorddur.
Qeyd edilib ki, respondentlərin əksəriyyəti Vaşinqtonun ticarət siyasətini və Tramp administrasiyası tərəfindən tətbiq edilən rüsumları rədd edərək bunları Amerika vətəndaşlarının artan yaşayış xərcləri ilə əlaqələndiriblər. Seçicilərin üçdə ikisi ABŞ iqtisadiyyatının yanlış istiqamətdə hərəkət etdiyinə əmindir, daha 57 % isə Tramp administrasiyasının siyasətinin onların maliyyə rifahına mənfi təsir göstərdiyini bildirib. Bundan əlavə, sorğu iştirakçılarının 56 %-i istehlakçılar üçün ehtimal olunan növbəti qiymət artımından narahatlıqlarını ifadə edərək Kanadaya qarşı son ticarət rüsumlarından narazı qalıblar.
FT həmçinin siyasi müttəfiq kimi Trampa dəstək səviyyəsinin düşdüyünü də qeyd edib, çünki respondentlərin 46 %-i hazırkı prezidentin Respublikaçılar Partiyası üçün konqresə qarşıdan gələn aralıq seçkilərini çətinləşdirdiyini hesab edir. Daha 47 % isə Trampın açıq şəkildə müdafiə edəcəyi namizədi dəstəkləmək istəmədiklərini bildirib.
Sorğu 28 avqust - 1 sentyabr tarixləri arasında qeydiyyatdan keçmiş 1914 seçici arasında aparılıb, xəta payı təxminən 2,6 faiz bəndi təşkil edir.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 167 Tarix: 06 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Yeraltı detektor mənşəyi bilinməyən sirli siqnal qeydə alıb
Dünyanın ən böyük qaranlıq maddə detektoru mənşəyi məlum olmayan və qaranlıq maddə hissəciklərindən gələn siqnalı qeydə alıb. -ya istinadla xəbər verir ki, nəticələr Yaponiyada keçirilən astrofizika konfransında təqdim olunub. Qaranlıq maddə kainatdakı bütün maddənin təxminən 85%-ni təşkil edir, laki
6 sentyabrABŞ-nin hücum etdiyi üç İran tankerindən biri Oman körfəzində batıb
İranın "M/T Kylo" neft tankeri ABŞ-ın ötən gün endirdiyi raket zərbəsindən sonra Oman körfəzində batıb. "Report" xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Yaxın Şərq üzrə Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb. "ABŞ hərbçilərinin dəqiqliyi və peşəkarlığı sayəsind
6 sentyabrRodriqes: Venesuela artıq beynəlxalq enerji təhlükəsizliyini təmin edir
Rəsmi Karakas tərəfindən ABŞ və digər ölkələrlə imzalanan müqavilələr həm venesuelalılar, həm də dünya iqtisadiyyatı üçün faydalıdır. "Report"un məlumatına görə, Venesuelanın müvəqqəti prezidenti Delsi Rodriqes bunu ölkənin dövlət televiziyasının efirində bildirib. "Biz təkcə Venesuel
6 sentyabrArgentina Malvin adalarında neft hasilatına görə sanksiyaları sərtləşdirəcək
Argentina Malvin (Folklend) adaları bölgəsində neft hasil edən müəssisələrə qarşı məhdudiyyətləri sərtləşdirməyə hazırlaşır. "RIA Novosti"yə istinadən xəbər verir ki, bu barədə ölkə prezidenti Xavyer Miley bəyan edib. Dövlət başçısı vurğulayıb ki, yaxın aylarda adalarda Böyük Britaniyanın "Rockhoppe
6 sentyabrPolşada dronlarla mübarizə üçün yeni hərbi bölmə yaradılacaq
Polşanın cənubunda dronlara qarşı vasitələrlə təchiz ediləcək əlavə zenit alayı yaradılacaq. "Report" xəbər verir ki, bu barədə respublikanın milli müdafiə naziri Vladislav Kosinyak-Kamış "X" sosial şəbəkəsində yazıb. O bildirib ki, söhbət Bjeskoda yerləşdiriləcək 87-ci zenit alayını
6 sentyabrİran ABŞ-ı Hörmüz boğazında ticarət gəmiçiliyini pozmaqda ittiham edir
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai ABŞ-ı Hörmüz boğazında ticarət gəmiçiliyini pozmaqda günahlandırdı. xəbər verir ki, İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi bir müddət əvvəl Hörmüz boğazının gəmiçilik üçün tamamilə bağlandığını açıqlamışdı. O, X sosial şəbəkəsindək
7 sentyabrQazaxıstan dəniz limanlarının gücünü 30 milyon tona qədər artıracaq
Qazaxıstan 2030-cu ilə qədər dəniz limanlarının ümumi gücünü 21,8 milyon tondan 30 milyon tona qədər artırmağı planlaşdırır. "Report"un yerli bürosu xəbər verir ki, bu barədə Qazaxıstan hökumətinin mətbuat xidmətindən bildirilib. Son beş ildə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM
6 sentyabr