Qazaxıstan dəniz limanlarının gücünü 30 milyon tona qədər artıracaq
Qazaxıstan 2030-cu ilə qədər dəniz limanlarının ümumi gücünü 21,8 milyon tondan 30 milyon tona qədər artırmağı planlaşdırır.
"Report"un yerli bürosu xəbər verir ki, bu barədə Qazaxıstan hökumətinin mətbuat xidmətindən bildirilib.
Son beş ildə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM, Orta Dəhliz) üzrə daşımaların həcmi 5,6 dəfə - 800 min tondan 4,5 milyon tonadək artıb.
"Hazırda Aktau və Kurık limanlarının imkanları artırılır. Yeni terminalların inşası, dibdərinləşdirmə işləri, yanalma körpülərinin yenidən qurulması və dəniz donanmasının genişləndirilməsi yönündə işlər aparılır. Qazaxıstan 2029-cu ilə qədər quru yük və konteyner gəmiləri daxil olmaqla, daha 8 gəmi almağı planlaşdırır", - hökumətdən qeyd edilib.
İnfrastrukturun modernləşdirilməsinin TBNM-in buraxılış qabiliyyətini ildə 6 milyon tondan 10 milyon tona qədər artırmağa imkan verəcəyi gözlənilir.
"Eyni zamanda, ölkədə dəmir yolu infrastrukturu genişləndirilir. Son beş ildə təxminən 5 min km yol tikilib və modernləşdirilib, tranzit daşımalarının həcmi isə 33 milyon tona çatıb. Yaxın üç il ərzində daha 2,2 min km dəmir yolunun tikintisi və yenilənməsi planlaşdırılır", - məlumatda vurğulanıb.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 97 Tarix: 06 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
On bir gün sonra möcüzə: Nepal fəlakətindən daha bir nəfər sağ tapıldı
Nepalın Bhote-Koşi çayında baş verən dağıdıcı daşqınlardan sonra Rasuva dairəsində inşası davam edən "Upper Trişuli" su elektrik stansiyasının tunelində əcnəbi vətəndaş aşkar edilib. xəbər verir ki, bu barədə Nepal ordusu "X" sosial şəbəkəsində məlumat yayıb. Hərbçilərin bir kişiy
5 sentyabrSərdar Berdiməhəmmədov Ermənistana səfər edəcək
Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov oktyabrda Ermənistana səfər edəcək. "Report" Ermənistanın Baş nazirinin dəftərxanasına istinadən xəbər verir ki, bu, Türkmənistan lideri ilə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı zamanı məlum olub. Söhbət zamanı tərəflə
4 sentyabrSaturnun sirri açılır
Astronomlar Saturnun cənub qütbündə təxminən 168 min kilometr enində nəhəng onbucaqlı atmosfer dalğası aşkar ediblər. Planetin şimal qütbündəki məşhur altıbucaqlı ilə oxşarlıq təşkil edən bu sirli həndəsi forma Saturnun atmosferində ilk dəfə cənub yarımkürəsində müşahidə olunan böyük, müntəzəm tərəfl
4 sentyabrKremldə Putinlə Uitkoff və Kuşner arasında görüş başlayıb
Moskvada Rusiya Prezidenti Vladimir Putinin ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff və Cared Kuşnerlə görüşü başlayıb. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Qeyd edək ki, Putin Uitkoffla artıq səkkizinci dəfə üzbəüz görüşür, Kuşner isə Ukrayna məsələsinin nizamlanması ilə bağlı müzakirələrd
5 sentyabrPeskov: Rusiya və Ukrayna sentyabrın 8-dək atəşkəs barədə razılığa gəlib
Rusiya və Ukrayna ABŞ Prezidentinin xüsusi elçiləri Stiv Uitkoff və Cared Kuşnerin daxil olduğu ABŞ nümayəndə heyətinin regiona səfəri ilə əlaqədar iki ölkənin paytaxtlarına zərbə endirilməməsini nəzərdə tutan qısamüddətli atəşkəs barədə razılığa gəliblər. "Report" xəbər verir ki, bu barəd
5 sentyabrUruqvayda quş qripi xəbərdarlığı - Fövqəladə vəziyyət elan edildi
Uruqvayda ev quşlarında quş qripi virusunun aşkar edilməsindən sonra ölkə miqyasında fövqəladə vəziyyət elan olunub. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Uruqvayın Heyvandarlıq, Kənd Təsərrüfatı və Balıqçılıq Nazirliyi məlumat yayıb. Məlumatda ölkənin cənub-qərbində yerləşən Koloniya bölgəsind
6 sentyabrŞimali Kiprdə gəmi qəzasında ölən daha 2 nəfərin meyiti tapılıb
Şimali Kiprin Girne şəhəri sahillərində batan sərnişin gəmisində ölənlərin sayı 12-yə çatıb. "Report" xəbər verir ki, bu barədə Türkiyənin "Sabah" nəşri məlumat yayıb. Qeyd olunub ki, aparılan axtarışlar nəticəsində daha 2 nəfərin meyiti sudan çıxarılıb. Məlumat üçün bildirək ki
4 sentyabr