Saturnun sirri açılır

Saturnun sirri açılırAstronomlar Saturnun cənub qütbündə təxminən 168 min kilometr enində nəhəng onbucaqlı atmosfer dalğası aşkar ediblər. Planetin şimal qütbündəki məşhur altıbucaqlı ilə oxşarlıq təşkil edən bu sirli həndəsi forma Saturnun atmosferində ilk dəfə cənub yarımkürəsində müşahidə olunan böyük, müntəzəm tərəfli naxışdır.

"Qafqazinfo" xəbər verir ki, "Science Advances" jurnalında dərc olunan araşdırmaya görə, yeni aşkarlanan onbucaqlının eni təxminən 167820 kilometr, hər tərəfinin uzunluğu isə təqribən 16780 kilometrdir.

Yeni forma NASA-nın "Hubble" kosmik teleskopu tərəfindən əldə edilən görüntülərin təhlili zamanı üzə çıxıb. Saturnun cənub qütbü uzun müddət Yerdən əlverişli şəkildə müşahidə edilə bilmədiyi üçün alimlər bu sirli naxışı yalnız son illərdə daha aydın görə biliblər.

Tədqiqatçılar Saturnun şimal qütbündəki məşhur altıbucaqlının kəşfindən sonra cənub qütbündə də ona bənzər bir həndəsi forma axtarıblar. Lakin "Kassini" kosmik aparatının 2004-2017-ci illərdə apardığı müşahidələrdə belə bir əlamət qeydə alınmayıb. "Hubble"ın 2023-cü ildən sonrakı görüntüləri isə onbucaqlının mövcudluğunu təsdiqləyib.

Onbucaqlı Saturnun güclü atmosfer reaktiv axınlarından birinin daxilində yerləşir və atmosferin bir neçə qatına yayılır. Bu isə onun yalnız bulud səviyyəsində yaranan forma olmadığını, daha geniş atmosfer hadisəsi olduğunu göstərir.

Alimlərin fikrincə, forma atmosferdəki güclü axın və dalğalanmaların qarşılıqlı təsiri nəticəsində meydana gəlib. Şimal qütbündəki altıbucaqlı uzun illər ərzində nisbətən sabit qalsa da, cənub qütbündəki onbucaqlı dəyişkən görünür və getdikcə daha aydın formaya çevrilir. Bu da onun hələ də inkişaf edən atmosfer hadisəsi ola biləcəyini göstərir.

Astronomlar bu nəhəng atmosfer dalğasını qarşıdakı illərdə də izləmək niyyətindədirlər. Xüsusilə 2032-ci ildə həmin enlikdə günəş radiasiyasının pik həddə çatması gözlənilir. Müşahidələr alimlərə onbucaqlının zamanla sabitləşəcəyini, yoxsa dəyişərək dağılacağını müəyyənləşdirməyə kömək edə bilər.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 155   Tarix: 04 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İsrail və Yunanıstan 3 milyard avroluq müdafiə sazişi imzalayıb

İsrail və Yunanıstan təxminən 3 milyard avro dəyərində saziş imzalayıb. "Report" "The Times of Israel"ə istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyinin bəyanatında deyilir. Məlumata görə, "Axilles qalxanı" adlanan saziş çərçivəsində Yunanıstana "Rafael"

31 avqust
.

ABŞ İslamabadın memorandumuna qayıtsa, İran cavab tədbirləri görəcək

ABŞ öz öhdəliklərinə qayıtsa, İran İslamabad memorandumunun şərtlərini yerinə yetirməyə davam edəcək. xəbər verir ki, bunu İslam Respublikasının prezidenti Məsud Pazeşkyan bildirib. "ABŞ-ın öhdəlikləri pozması İran tərəfindən mütənasib cavabla qarşılandığı göz qabağındadır. Lakin mən açıq şəkild

1 sentyabr
.

Mərmərə dənizində iki gəmi toqquşdu - İtkin düşənlər var

Mərmərə dənizində iki Türkiyə bayraqlı ticarət gəmisi toqquşub. "Qafqazinfo" Türkiyə mətbuatına istinadən xəbər verir ki, toqquşmadan sonra gəmilərdən birində olan 10 heyət üzvü ilə əlaqə saxlamaq mümkün olmayıb. Hadisə təxminən saat 03:00-da, İstanbulun Silivri rayonundan 18 mil cənubda ba

2 sentyabr
.

İqtisadi durğunluq və inflyasiyanın artması Fransanı tənəzzülə aparır

Fransa iqtisadiyyatının ilin ilk yarısına dair göstəriciləri ölkə iqtisadiyyatının tənəzzülə yaxın olduğunu təsdiqləmiş olur. "Report"un Avropa bürosu xəbər verir ki, bu barədə INSEE milli statistika idarəsinin məlumatlarında əks olunur. Qeyd edilib ki, inflyasiyanın artması, əmək bazarınd

1 sentyabr
.

Səhranın altında nəhəng uran xəzinəsi tapıldı: Dünya enerji bazarı dəyişə bilər

Çin 2025-ci ildə öz ərazisində təxminən 30 milyon ton həcmində nəhəng uran yatağı aşkarlayıb. Yataq Daxili Monqolustan Muxtar Rayonunda yerləşən Ordos səhrasında müəyyən edilib. Qaynarinfo xəbər verir ki, hazırda Çində eyni vaxtda 11 yeni nüvə reaktoru inşa edilir. Bu səbəbdən ölkənin öz uran ehtiyatlar

31 avqust
.

Sibir vulkanları tarixdə ən kütləvi yoxolmanı başladıb: Okeanlarda nə baş verib?

Təxminən 252 milyon il əvvəl Yer kürəsi tarixində ən böyük kütləvi yoxolma hadisəsini yaşayıb. Sibir traplarının püskürmələri atmosferə böyük miqdarda istixana qazı buraxaraq kəskin istiləşməyə səbəb olub. Bu zaman okeanlar oksigenini itirib və dəniz canlılarının əhəmiyyətli hissəsi yaşaya bilməyib

3 sentyabr
.

Polşada dron hissələri istehsal edən müəssisədə yanğın olub

Polşanın Skarjisko-Kamenne şəhərində dron hissələri istehsal edən müəssisədə yanğın baş verib. "Report" xəbər verir ki, bu barədə Polşa mediası Skarjisko-Kamenne rayon polis idarəsinin mətbuat katibi Anna Slavinskayaya istinadən məlumat yayıb. Yanğın yığım sexində başlayıb. Hadisə baş verə

31 avqust
.

İran Hörmüz boğazı üzərində ABŞ-ın MQ-9 pilotsuz təyyarəsini vurub

İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) qüvvələri Hörmüz boğazı üzərində Amerikanın MQ-9 Reaper kəşfiyyat və zərbə pilotsuz təyyarəsini vurub. xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) mətbuat xidməti məlumat yayıb. Fars xəbər agentliyi İİKK-nın Telegram kanalında verdiy

31 avqust
.

Sentyabrın 5-dən 21-dək Perseid meteor yağışı olacaq

Sentyabrın 5-21-də Perseid meteor yağışı aktiv olacaq. Meteor yağışı maksimum aktivliyinə sentyabrın 9-da çatacaq. Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından -a verilən məlumata görə, sentyabr Perseid meteorları çox sürətlidir. Onların atmosferə daxilolma sürəti təxminə

2 sentyabr