44 günlük müharibənin gələcək nəsillər üçün unudulmasına imkan vermək olmaz - ŞƏRH
"44 günlük müharibədə qələbə, sözsüz ki, Azərbaycanda böyüməkdə olan nəslin böyük mənəvi tərbiyə mənbəyidir. Bu, yeni nəslin yetişdirilməsi prosesində mühüm nümunə ola bilər. Onun təşviq və ilham mənbəyinə çevrilməsi üçün dövlətdən başlayaraq hər bir vətəndaşa qədər hər kəs bu istiqamətdə iş görməlidir ki, 44 günlük zəfər Azərbaycanda yeni nəslin tərbiyəsində mühüm və təsirli motivasiya və təşviq mənbəyinə çevrilsin".
Bunu Sonxeber.az-a açıqlamasında siyasi şərhçi Aydın Quliyev bildirib.
O, bildirib ki, gənc nəsil vətən üçün döyüşməyin və lazım gəldikdə vətən uğrunda canından keçməyin nümunəsini məhz 44 günlük Vətən müharibəsindən götürür:
"Bu hadisə gənc nəslin yaddaşında həm tarixi hadisə kimi yaşayır, həm də kitablar, dövri mətbuat və digər mənbələrdə onun haqqında yazılanların təsiri altında gənclər formalaşır. Əlbəttə, gözləmək olmaz ki, baş vermiş 44 günlük müharibə öz-özlüyündə cəmiyyətimizi və gənclərimizi tərbiyə edəcək. Hər bir mütərəqqi proses səmərəli və ağıllı idarəçiliyə ehtiyac duyur. 44 günlük müharibənin nümunə kimi gənc nəslin formalaşmasına təsirini də mütərəqqi proses kimi qəbul etməli və bu prosesi dövlət və ictimai institutlar səviyyəsində idarə etməyə çalışmalıyıq. Əgər 44 günlük müharibə nümunələrinin gənc nəslin formalaşmasına təsiri idarə olunan proses kimi həyata keçirilməsə, lazımi effekti tam şəkildə əldə etmək mümkün olmayacaq. Xüsusilə 44 günlük müharibənin təbliğat, təşviqat və mənəvi nümunə kimi təsirinin cəmiyyət üçün unudulmasına imkan vermək olmaz. Eyni zamanda, bu qələbənin gənc nəslin nəzərində adiləşməsinə də yol verilməməlidir. Necə ki, həmin hadisə baş verərək Azərbaycan dövlətinin taleyinə təsir göstərdi, eyni şəkildə onun gənc nəslin formalaşmasına da uzunmüddətli təsir göstərən amilə çevrilməsinə nail olmalıyıq".
Ekspert bildirib ki, 44 günlük müharibənin cəmiyyətimiz, indiki və gələcək nəsillər üçün adiləşməsinə və unudulmasına heç bir halda imkan vermək olmaz:
"Həmçinin uğrunda insanların həlak olduğu vətən, cəmiyyət və millət idealının sönməsinə yol vermək olmaz. Gənc nəslin bu hadisədən və tarixdən lazımi nümunəni götürməsi üçün onun problemlərinə də cəmiyyətdə daim diqqət və qayğı göstərilməlidir. Əgər böyüməkdə olan nəsil nümunəni və formalaşmaq üçün təlimi 44 günlük müharibədən alırsa, onun bugünkü cəmiyyətdə formalaşması üçün zəruri şəraiti də yaratmalıyıq. Bunu təmin edə bilməsək, gənc nəsil tam şəkildə formalaşmaya bilər".
Röyalə Xəyal
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiya yaşı ilə bağlı yeni QAYDA
Üzümün faydaları nələrdir və kimlər onu çox yeməməlidir?
Telefonunuzun ekranında "n" hərfi görünür? - Çoxlarının bilmədiyi funksiya
Bu şəxslərin pensiyasına sabit məbləğdə AYLIQ ƏLAVƏ VERİLƏCƏK
2027-ci ildə pensiyalar nə qədər arta bilər?
Bu şəxslərin maaşı və pensiyası ARTILIR
MƏRHUMUN BANK KREDİTİ ailənin boynuna qalır? - AÇIQLAMA
"Laser Beauty CLINIC"də "estetik kosmetoloq" kimi fəaliyyət göstərən Ramilə Əlizadə ilə bağlı iddialar
Toyuq əvvəl yaranıb, yoxsa yumurta? - Elm cavab verdi
Nazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq
Paltaryuyana 1 qaşıq əlavə edin: Yuyucu vasitə xərcini yarıbayarı azaldır
Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR
Pensiya və müavinətlərlə bağlı YENİ XƏBƏR
Metroda PULSUZ giriş: Niyə məhz bu iki stansiya? - AÇIQLANDI
Prezident bəzi şəxslərə xüsusi və ali hərbi rütbələr verdi - SİYAHI