Ölkənin güclü iqtisadiyyatı dayanıqlı gələcəyin təminatıdır

Ölkənin güclü iqtisadiyyatı dayanıqlı gələcəyin təminatıdırAzərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin II Azərbaycan Beynəlxalq İnvestisiya Forumundakı proqram xarakterli çıxışı ölkəmizin yeni iqtisadi inkişaf modelinin strateji çərçivəsini və qlobal investisiya xəritəsindəki güclü mövqeyini bir daha nümayiş etdirdi. Dövlət başçısının təqdim etdiyi dərin təhlil və gələcəyə hədəflənmiş tezislər göstərir ki, Azərbaycan son 20 ildə formalaşdırdığı dayanıqlı iqtisadi bünövrəyə söykənərək, keyfiyyətcə yeni inkişaf və şaxələnmə mərhələsinə qədəm qoyur.
Cənab Prezidentin vurğuladığı kimi, sabit iqtisadiyyat və müstəqil maliyyə-iqtisadi sistem olmasaydı, bu gün gələcək inkişaf hədəflərindən danışmaq mümkün olmazdı. Müstəqilliyin ilk illərində - 1990-cı illərin əvvəllərində tənəzzülə uğramış sənaye, dərin iqtisadi böhran, vətəndaş müharibəsi təhlükəsi və Ermənistanın işğalçılıq siyasəti nəticəsində yaranmış 1 milyon qaçqın və məcburi köçkün problemi ilə üz-üzə qalan ölkəmiz, bu gün tamamilə fərqli bir reallıq yaradıb. Son 20 ildə ölkə iqtisadiyyatına 350 milyard ABŞ dollarından çox investisiyanın cəlb edilməsi və bunun yarısının birbaşa xarici investisiyaların payına düşməsi Azərbaycana olan beynəlxalq etimadın bariz göstəricisidir. Ölkəmizin maliyyə dayanlığı hazırda qlobal miqyasda ən yüksək göstəricilərdən birinə malikdir. Məhz bu maliyyə müstəqilliyi və siyasi sabitlik Azərbaycanı qlobal geosiyasi təlatümlərin və risklərin artdığı bir dövrdə xarici investorlar üçün ən etibarlı və proqnozlaşdırılan "təhlükəsiz liman"a çevirir.
Uzunmüddətli və dayanıqlı artıma nail olmaq üçün neft-qaz sektorundan kənar sahələrin potensialından maksimum faydalanmaq hazırkı dövrün əsas tələbidir. Bu gün ölkə ÜDM-nin 70 faizdən çoxu qeyri-neft sektorunun payına düşsə də, ixrac strukturunda qeyri-neft payının artırılması əsas hədəf kimi müəyyən edilib. Dövlət başçısı çıxışında iqtisadiyyatın gələcək hərəkətverici qüvvəsi olacaq bərpaolunan enerji və "Yaşıl keçid", logistika, nəqliyyat və multimodal bağlantılar, mədənçilik, rəqəmsallaşma və süni intellekt, ərzaq təhlükəsizliyi və kənd təsərrüfatı kimi prioritet sahələri xüsusi olaraq diqqətə çatdırdı. Belə ki, Azərbaycan nəhəng bərpaolunan enerji potensialına malikdir. Təkcə Xəzər dənizinin Azərbaycan sektorunda 157 giqavatlıq külək enerji potensialı mövcuddur. Quruda artıq Günəş və külək elektrik stansiyaları fəaliyyətdədir. Əsas hədəf elektrik enerjisi istehsalında təbii qaz istehlakını minimuma endirmək, qənaət olunan qazı ixraca yönəltmək və önümüzdəki 5 il ərzində ölkənin hər yerində "yaşıl enerji" mənbələri formalaşdırmaqdır. "Yaşıl enerji"yə keçidlə yanaşı ölkəmiz bu gün Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşərək regional logistika qovşağına çevrilib. Dənizə birbaşa çıxışı olmayan ölkə olmasına baxmayaraq, fiziki infrastrukturun qurulması, dəmir yollarının 60 faizinin elektrikləşdirilməsi, 9 beynəlxalq hava limanının tikintisi və Bakı Beynəlxalq Dəniz Ticarət Limanının genişləndirilməsi bu uğurun əsasını qoyub. Sevindirici haldır ki, bu il Azərbaycan ərazisindən keçən tranzit yüklərin həcmi 16 milyon tona çatacaq.
Mədənçilik, rəqəmsallaşma və süni intellektlə bağlı yaxınlarda qəbul edilmiş 4 illik Dövlət Proqramı mədənçilik sektoruna böyük təkan verəcək. Eyni zamanda, bol və ucuz enerji potensialı ölkəmizdə süni intellekt data mərkəzlərinin yaradılması və daxili rəqəmsal tələbatın ödənilməsi üçün geniş imkanlar açır.
Qlobal iqlim dəyişiklikləri və su qıtlığı fonunda isə daxili bazarı qorumaq, idxaldan asılılığı azaltmaq üçün qəbul edilən dövlət proqramı kənd təsərrüfatına xarici və yerli investisiyaların cəlb edilməsini stimullaşdırır.
Şaxələndirmə siyasətinə rəğmən, neft və qaz iqtisadiyyatda aparıcı rolunu saxlamaqda davam edir və buradan əldə olunan gəlirlər yenidən iqtisadiyyatın digər sahələrinə yönəldilir. Forum çərçivəsində "Exxon" şirkəti ilə qeyri-ənənəvi yataqların işlənilməsi və "Total" şirkəti ilə "Abşeron" yatağının ikinci mərhələsi üzrə imzalanan sazişlər hasilatı daha da artıracaq. Bununla yanaşı, Azərbaycan artıq təkcə karbohidrogen resursları deyil, elektrik enerjisi ixracatçısı kimi Avropanın və regionun enerji təhlükəsizliyində strateji rola malikdir. Coğrafi baxımdan Qafqazda yerləşməsinə baxmayaraq, Azərbaycan siyasi, iqtisadi və nəqliyyat baxımından artıq böyük Mərkəzi Asiya regionunun ayrılmaz hissəsidir və Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Şurasının tamhüquqlu üzvüdür.
İqtisadi inkişafın və rəqəmsal transformasiyanın əsasını peşəkar kadrlar təşkil edir. Dövlət başçısının qeyd etdiyi kimi, texnologiyanı satın almaq mümkündür, lakin təcrübə və insan kapitalı zamanla formalaşır. 2003-cü ildən start verilən xaricdə təhsil üzrə Dövlət Proqramları, fəaliyyət gösterən Kibertəhlükəsizlik Mərkəzi və ölkədəki 100 faizə yaxın savadlılıq səviyyəsi güclü kadr bankı yaradıb. Neft-qaz sənayesində 30 il əvvəl əcnəbi mütəxəssislərin payı 90 faiz idisə, hazırda bu göstərici 5 faizə enib ki, bu da milli kadr potensialının parlaq sübutudur.
30 illik işğala son qoyaraq öz gücü ilə ərazi bütövlüyünü və suverenliyini bərpa edən Azərbaycan, bu gün həm də iqtisadi suverenliyin və inkişafın nümunəsini göstərir. Dövlətimizin 30 il əvvəl imzaladığı müqavilələrə sədaqəti, investorların hüquqlarını tam qoruması və sabit vergi-hüquq mühiti ölkəmizin etibarlı tərəfdaş imicini daha da möhkəmləndirir.
Prezident İlham Əliyevin II Azərbaycan Beynəlxalq İnvestisiya Forumundakı proqramvari çıxışı bir daha təsdiq etdi ki, Azərbaycan təkcə regional layihələrin icraçısı deyil, qlobal iqtisadi trendləri müəyyən edən, investorlar üçün geniş imkanlar açan və gələcəyə inamla addımlayan lider dövlətdir.

Ələddin Bəşirov - tarixçi


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 232   Tarix: 28 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İlham Əliyev və Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar - FOTO/VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 27-də Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar. AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı Zəfər abidəsinin önünə əklil qoyub, şəhidlərin xatirəsini ehtiramla yad edib. Sonra birinc

27 sentyabr
.

Prezidetin ali xüsusi rütbə verdiyi Sənan Paşayev kimdir? - DOSYE

Prezident İlham Əliyevin Sərəncamına əsasən, Naxçıvan Muxtar Respublikasının prokuroru Sənan Paşayevə II dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib. Sənan Paşayevin dosyesini təqdim edir:. O, Prezident İlham Əliyevin 23 may 2023-cü il sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının prokuror

28 sentyabr
.

Prezident: "30 ildən çoxdur Azərbaycanda siyasi və iqtisadi sabitlik hökm sürür"

"Azərbaycanda çox önəmli bir amil siyasi və iqtisadi sabitlikdir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə səsləndirib. Dövlətimizin başçısı deyib ki, bu, Azərbaycanda artıq 30 ildən ço

26 sentyabr
.

Ölkənin güclü iqtisadiyyatı dayanıqlı gələcəyin təminatıdır

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin II Azərbaycan Beynəlxalq İnvestisiya Forumundakı proqram xarakterli çıxışı ölkəmizin yeni iqtisadi inkişaf modelinin strateji çərçivəsini və qlobal investisiya xəritəsindəki güclü mövqeyini bir daha nümayiş etdirdi. Dövlət başçısının təqdim etdiy

28 sentyabr
.

İlham Əliyev: "Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir"

"İndi dünyada digər önəmli amil təhlükəsizlikdir. Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikriləri Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə səsləndirib. "Bizdə kriminogen vəziyyə

26 sentyabr
.

Məhz İnvestisiya Forumunda iqtisadi artımın təməli qoyulur

Prezident İlham Əliyevin himayəsi altında keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ölkəmizin investisiya imkanlarını dünyanın aparıcı investorlarına təqdim edən mühüm beynəlxalq platformadır. Çünki hazırda dünyada investisiya uğrunda mübarizə gedir, hər bir ölkə çalışır ki, xarici investorlar

28 sentyabr
.

Prezident II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edib - Video

Prezident İlham Əliyevin himayəsi altında Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində "Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi" mövzusunda tədbir təşkil olunub. "Qafqazinfo" xəbər veri

26 sentyabr
.

Azərbaycandan dünyaya uzanan yaşıl enerji xəritəsi

Qlobal enerji bazarlarında baş verən dəyişikliklər fonunda "yaşıl enerji" artıq dövlətlərin iqtisadi və geosiyasi strategiyalarının əsas sütunlarından birinə çevrilib. Son illərdə Azərbaycan da neft-qaz ixracatçısı imicindən kənara çıxaraq özünü bərpa olunan enerji istehsalçısı və gələcəkd

28 sentyabr
.

İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb

Azərbaycan Prezidenti İlham Əliyevin sosial media hesablarında II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (2nd Azerbaijan International Investment Forum - AIIF 2026) iştirakına dair video paylaşılıb. paylaşımı təqdim edir:

26 sentyabr