Azərbaycan etibarlı investisiya məkanıdır
Bakıda Prezident İlham Əliyevin himayəsi altında keçirilən İkinci etibarlı tərəfdaş kimi Azərbaycan Beynəlxalq İnvestisiya Forumu müxtəlif ölkələri təmsil edən dövlət rəsmilərini, qlobal investorları, beynəlxalq maliyyə institutlarını, beyin mərkəzlərinin nümayəndələrini və biznes liderlərini bir araya gətirib. Xüsusi olaraq qeyd edək ki, Azərbaycan iqtisadiyyatına xarici sərmayənin cəlb edilməsi, bütövlükdə Prezident İlham Əliyev tərəfindən müəyyənləşdirilmiş yeni dövrün yeni hədəflərinin əsas istiqamətlərindəndir.
İkinci Beynəlxalq İnvestisiya Forumunun keçirilməsi və təbii ki, bu tədbirdə Azərbaycan Prezidentinin iştirakı bir daha təsdiq edir ki, Azərbaycan dünyanın qlobal aparıcı şirkətləri ilə əməkdaşlığı gücləndirir və daha çox sərmayənin cəlb edilməsi istiqamətində praktik olaraq həm investisiya mühitinin yaxşılaşdırılması, həm də xarici iş adamları üçün yeni, çevik mexanizmlərin tətbiqini reallaşdırır.
"Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi" mövzusuna həsr olunmuş Forumda qlobal iqtisadi gündəm, investisiya perspektivləri və regional əməkdaşlığın yeni imkanları ətrafında geniş fikir mübadiləsi aparılıb.
Azərbaycanın regional bağlantı və investisiya imkanları, Orta Dəhlizin inkişaf perspektivləri, sənaye və azad iqtisadi zonalar, süni intellekt və rəqəmsal transformasiya, enerji və yaşıl keçid, kapital bazarları, aqrobiznes, kritik xammal və iqtisadi təhlükəsizlik əsas müzakirə mövzularını təşkil edib.
Azərbaycanın investisiya, istehsal, innovasiya və regional dəyər zəncirlərində yeni imkanlar yaratmaq üçün mövcud potensialı təqdim olunub. Forum ölkəmizin xarici sərmayə üçün açıq, əlverişli və dayanıqlı iqtisadi mühitini, eləcə də strateji layihələrdə etibarlı tərəfdaş kimi mövqeyini nümayiş etdirib.
Azərbaycanın investisiya, istehsal, innovasiya və regional dəyər zəncirlərinin inkişafı baxımından malik olduğu potensial geniş auditoriyaya təqdim olunub. Eyni zamanda, ölkəmizin xarici sərmayələr üçün açıq, əlverişli və dayanıqlı iqtisadi mühitə malik olduğu, strateji layihələrin həyata keçirilməsində etibarlı tərəfdaş kimi mövqeyi diqqətə çatdırılıb.
Forum Azərbaycanın və bütövlükdə regionun investorlar üçün yaratdığı imkanların müzakirəsi baxımından xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən coğrafi mövqeyi, inkişaf edən nəqliyyat və logistika infrastrukturu, enerji layihələri, sənaye zonaların genişlənməsi, qeyri-neft sektorunun inkişafı ölkənin yeni investisiya istiqamətlərini formalaşdırıb.
Builki forum dünyanın aparıcı investorlarını, dövlət nümayəndələrini, beynəlxalq maliyyə institutlarını, beynəlxalq şirkətlərin nümayəndələrini, sahibkarları, investorları bir araya gətirdi. Tədbirin əsas məqsədlərindən biri yeni əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi, birgə layihələrin müzakirəsi və uzunmüddətli investisiya tərəfdaşlıqlarının qurulmasıdır.
Bir sözlə, İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun yeni investisiya istiqamətlərinin və əməkdaşlıq imkanlarının təşviqinə, Azərbaycanın regional iqtisadi bağlantılarda rolunun genişlənməsinə və perspektivli layihələrin reallaşdırılmasına töhfə verəcəyi gözlənilir.
Türkan Cümşüdova - YAP üzvü
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiya yaşı ilə bağlı yeni QAYDA
Üzümün faydaları nələrdir və kimlər onu çox yeməməlidir?
Telefonunuzun ekranında "n" hərfi görünür? - Çoxlarının bilmədiyi funksiya
Bu şəxslərin pensiyasına sabit məbləğdə AYLIQ ƏLAVƏ VERİLƏCƏK
2027-ci ildə pensiyalar nə qədər arta bilər?
Bu şəxslərin maaşı və pensiyası ARTILIR
MƏRHUMUN BANK KREDİTİ ailənin boynuna qalır? - AÇIQLAMA
"Laser Beauty CLINIC"də "estetik kosmetoloq" kimi fəaliyyət göstərən Ramilə Əlizadə ilə bağlı iddialar
Toyuq əvvəl yaranıb, yoxsa yumurta? - Elm cavab verdi
Nazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq
Paltaryuyana 1 qaşıq əlavə edin: Yuyucu vasitə xərcini yarıbayarı azaldır
Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR
Pensiya və müavinətlərlə bağlı YENİ XƏBƏR
Metroda PULSUZ giriş: Niyə məhz bu iki stansiya? - AÇIQLANDI
Prezident bəzi şəxslərə xüsusi və ali hərbi rütbələr verdi - SİYAHI