Azərbaycanın yeni investisiya modeli - Yaşıl enerji

Azərbaycanın yeni investisiya modeli - Yaşıl enerjiBakıda keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ölkəmizin imkanlarının beynəlxalq biznes ictimaiyyətinə təqdim edilməsi, həmçinin ölkənin qarşıdakı illər üçün iqtisadi inkişaf prioritetlərinin nümayiş etdirilməsi baxımından diqqət çəkdi. Prezident İlham Əliyevin himayəsi altında keçirilən forumda dünyanın müxtəlif ölkələrindən dövlət rəsmiləri, qlobal investorlar, beynəlxalq maliyyə institutlarının, beyin mərkəzlərinin və biznes dairələrinin nümayəndələri iştirak etdilər. "Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi" mövzusu ətrafında aparılan müzakirələrdə qlobal iqtisadi dəyişikliklər, regional bağlantılar, enerji, rəqəmsal iqtisadiyyat və yeni investisiya imkanları əsas müzakirə mövzuları oldu.
Forumun konkret nəticələri isə Azərbaycanın investisiya gündəliyində növbəti mərhələnin miqyasını göstərdi. Tədbir çərçivəsində beynəlxalq investorlar və tərəfdaş şirkətlərlə ümumi dəyəri 10,8 milyard ABŞ dolları olan 23 sənəd imzalandı. Bakı Enerji Həftəsi çərçivəsində elan edilmiş layihələr də nəzərə alındıqda, planlaşdırılan birgə layihələrin ümumi dəyəri 16,7 milyard dollara çatır. Bu rəqəmlər forumun konkret biznes əlaqələrinin və layihələrin formalaşdırıldığı məkan olduğunu göstərir. Eyni zamanda imzalanan sənədlərin sahə müxtəlifliyi Azərbaycanın investisiya siyasətində şaxələndirmənin daha da gücləndiyini nümayiş etdirir.
Prezident İlham Əliyev də forumdakı çıxışında bildirdi ki, son 20 ildə Azərbaycana 350 milyard dollardan çox investisiya cəlb edilib və bunun təxminən yarısı birbaşa xarici investisiyaların payına düşür. Dövlət başçısı növbəti mərhələdə əsas məqsədlərdən birinin neft-qaz sektorundan kənar potensialdan istifadə etməklə uzunmüddətli və dayanıqlı iqtisadi artıma nail olmaq olduğunu qeyd etdi. Forumda da Azərbaycanın gələcək investisiya xəritəsinin əsas istiqamətləri bəyan olundu. Belə ki, əsas istiqamətlərdən biri bərpaolunan enerjidir. Diqqətə çatdırıldı ki, Azərbaycanın Xəzər dənizindəki sektorunda 157 giqavatlıq enerji potensialı mövcuddur. Qarşıdakı beş il ərzində ölkənin bütün ərazilərində bərpaolunan enerji mənbələrinin genişləndirilməsi, elektrik enerjisi istehsalında təbii qazdan istifadənin minimuma endirilməsi və qazın daha çox ixrac üçün yönəldilməsi hədəflənir. Bu baxımdan yaşıl enerji həm də yeni investisiya modelinin əsas elementlərindən birinə çevrilir. Burada söhbət həm də ötürücü xətlərin, enerjisaxlama sistemlərinin və beynəlxalq enerji bağlantılarının da böyük investisiya potensialından gedir. Azərbaycan, Özbəkistan və Qazaxıstan arasında Xəzərin dibi ilə elektrik kabelinin çəkilməsi, eləcə də Qara dəniz kabeli kimi layihələr bu istiqamətdə regional əməkdaşlığın genişləndiyini göstərir.
Digər mühüm istiqamət rəqəmsal iqtisadiyyat, süni intellekt və data mərkəzləridir. Prezident İlham Əliyev əlavə elektrik enerjisi potensialının süni intellekt üzrə data mərkəzlərinin inkişafı üçün istifadə olunmasının mümkünlüyünü qeyd etdi. Bu, enerji ilə rəqəmsal iqtisadiyyatın kəsişməsində yeni investisiya modelinin formalaşması deməkdir. Azərbaycanın coğrafi mövqeyi, enerji imkanları və rəqəmsal infrastrukturunun inkişaf etdirilməsi ölkəni bu sahədə regional mərkəzlərdən birinə çevirməkdədir.
Burada ən mühüm məsələlərdən biri isə insan kapitalıdır. Prezident xüsusilə vurğuladı ki, peşəkar və ixtisaslı kadrlar olmadan qarşıya qoyulan rəqəmsal inkişaf məqsədlərinə nail olmaq mümkün deyil. Forumun ayrıca "İnsan kapitalına və gələcəyin bacarıqlarına investisiya" mövzusunda panel sessiyasının keçirilməsi də bu istiqamətin investisiya gündəliyində artan əhəmiyyətini göstərdi.
Forumda qlobal bağlantının ön plana çıxarılması təsadüfi deyil. Çünki Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat istiqamətlərinin kəsişməsində yerləşir. Prezident İlham Əliyev də çıxışında bildirdi ki, Azərbaycan ərazisindən keçən tranzit yüklərin həcmi 2026-cı ildə 16 milyon tona çatacaq. Hədəf isə 2030-cu ilədək hər iki əsas istiqamətdə daşımaların həcmini 25 milyon tona və daha yüksək səviyyəyə çatdırmaqdır. Dəhlizlərin inkişafı logistika mərkəzləri, gömrük və rəqəmsal idarəetmə, liman infrastrukturu, dəmir yolları, enerji və kommunikasiya layihələri üçün yeni investisiya imkanları yaradır.
Azərbaycanın yanaşması isə regional dəyər zəncirlərində daha böyük rolun əldə edilməsidir. Bunun üçün nəqliyyat infrastrukturu ilə yanaşı, rəqəmsallaşma və gömrük prosedurlarının sürətləndirilməsi də prioritetlər sırasındadır.
Mövcud reallıqlar göstərir ki, neft-qaz sektorundan əldə olunan gəlirlərin digər sahələrin inkişafına yönəldilməsi, yeni istehsal və ixrac imkanlarının yaradılması və iqtisadiyyatın daha çox sahəyə söykənməsi strategiyası davam etdirilir. Azərbaycanın növbəti inkişaf mərhələsində əsas hədəfi kapitalın cəlb olunması ilə yanaşı, texnologiya, innovasiya, təcrübə, insan kapitalı və yeni bazarlara çıxış imkanlarının ölkə iqtisadiyyatına gətirilməsidir. Bu baxımdan Bakıdakı forumu tərəfdaşlıqlar üçün yeni imkanlar açır.

İlqar Əliyev - Dövlət İdarəçilik Akademiyası


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 286   Tarix: 28 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İlham Əliyev və Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar - FOTO/VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 27-də Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar. AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı Zəfər abidəsinin önünə əklil qoyub, şəhidlərin xatirəsini ehtiramla yad edib. Sonra birinc

27 sentyabr
.

Prezidetin ali xüsusi rütbə verdiyi Sənan Paşayev kimdir? - DOSYE

Prezident İlham Əliyevin Sərəncamına əsasən, Naxçıvan Muxtar Respublikasının prokuroru Sənan Paşayevə II dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib. Sənan Paşayevin dosyesini təqdim edir:. O, Prezident İlham Əliyevin 23 may 2023-cü il sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının prokuror

28 sentyabr
.

Prezident: "30 ildən çoxdur Azərbaycanda siyasi və iqtisadi sabitlik hökm sürür"

"Azərbaycanda çox önəmli bir amil siyasi və iqtisadi sabitlikdir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə səsləndirib. Dövlətimizin başçısı deyib ki, bu, Azərbaycanda artıq 30 ildən ço

26 sentyabr
.

Ölkənin güclü iqtisadiyyatı dayanıqlı gələcəyin təminatıdır

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin II Azərbaycan Beynəlxalq İnvestisiya Forumundakı proqram xarakterli çıxışı ölkəmizin yeni iqtisadi inkişaf modelinin strateji çərçivəsini və qlobal investisiya xəritəsindəki güclü mövqeyini bir daha nümayiş etdirdi. Dövlət başçısının təqdim etdiy

28 sentyabr
.

İlham Əliyev: "Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir"

"İndi dünyada digər önəmli amil təhlükəsizlikdir. Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikriləri Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə səsləndirib. "Bizdə kriminogen vəziyyə

26 sentyabr
.

Məhz İnvestisiya Forumunda iqtisadi artımın təməli qoyulur

Prezident İlham Əliyevin himayəsi altında keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ölkəmizin investisiya imkanlarını dünyanın aparıcı investorlarına təqdim edən mühüm beynəlxalq platformadır. Çünki hazırda dünyada investisiya uğrunda mübarizə gedir, hər bir ölkə çalışır ki, xarici investorlar

28 sentyabr
.

Prezident II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edib - Video

Prezident İlham Əliyevin himayəsi altında Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində "Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi" mövzusunda tədbir təşkil olunub. "Qafqazinfo" xəbər veri

26 sentyabr
.

Azərbaycandan dünyaya uzanan yaşıl enerji xəritəsi

Qlobal enerji bazarlarında baş verən dəyişikliklər fonunda "yaşıl enerji" artıq dövlətlərin iqtisadi və geosiyasi strategiyalarının əsas sütunlarından birinə çevrilib. Son illərdə Azərbaycan da neft-qaz ixracatçısı imicindən kənara çıxaraq özünü bərpa olunan enerji istehsalçısı və gələcəkd

28 sentyabr
.

İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb

Azərbaycan Prezidenti İlham Əliyevin sosial media hesablarında II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (2nd Azerbaijan International Investment Forum - AIIF 2026) iştirakına dair video paylaşılıb. paylaşımı təqdim edir:

26 sentyabr