Bu gün YAP regionun ən möhtəşəm uğurlarına imza atır

Bu gün YAP regionun ən möhtəşəm uğurlarına imza atır"1992-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının təsis konfransı keçiriləndə orada cəmi 550 nəfər iştirak edirdi. İndi siyasi həmfikirlərimizin sayı yüz minlərlədir. O zaman konfransda bir nəfər də olsun xanım siyasi həmfikir yox idi. İndi partiya üzvlərinin 48 faizdən çoxu xanımlardır. O zaman partiyanın sədri Naxçıvanda neft lampasının işığı ilə işləyirdi. İndi partiyamızın sədri qurultayda deyir: "Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir"".

Bu fikirləri Sonxeber.az-a açıqlamasında tarix elmləri doktoru, professor Həcər Verdiyeva bildirib.

"Üç onillik əvvəl isə oktyabrın 3-də Ulu Öndər Heydər Əliyev Azərbaycan Prezidenti seçildi. Dövlət başçımızın dediyiu kimi, Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir. Bunu partiyanın yaranmasından sonra keçirilən bütün seçkilərin nəticələri də sübut edir, beynəlxal aləmdəki dostlarımız da. Təsadüfi deyil ki, Yeni Azərbaycan Partiyası dünyanın ən güclü üç dövlətindən biri olan Çin Xalq Respublikasının aparıcı siyasi təşkilatı - Çin Kommunist Partiyası ilə dostluq və sıx əməkdaşlıq edir. Dövlət başçımız dünən keçirilən qurultayda otuz ildən çoxdur ki, partiyanın iqtidarda olduğunu vurğulayaraq dedi: "Ölkəmizin son illər ərzində uğurlu və şərəfli yolunda partiyamızın fəallarının çox böyük payı var, böyük töhfəsi var".

Cənab Prezident həmişəki kimi yenə də əldə edilmiş uğurlara arxalanmağın mümkün olmayacağını da dilə gətirdi. "Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır". Əsrlər boyu davam edən separatçılığa, terror, təxribat və işğallara son qoyduğumuzu, misli, tay-bərabəri olmayan Zəfər qazandığımızı, bu gün Azərbaycanla Ermənistan arasında münaqişənin olmadığını və digər amilləri sadalayan dövlətimizin başçısı hərbi gücümüzün artırılmasının nə üçün lazım olduğuna aydınlıq gətirərək qeyd edib: "Buna cavab, məncə, çox açıq-aydındır. Bu, həmişə lazımdır, hər bir ölkə üçün. Çünki bizim xalqımız bu faciə ilə üzləşib".

Son zamanlar beynəlxalq aləmdə baş verən proseslər, xüsusən, Avropa ölkələrinin dağıdıcı miqrant axınına məruz qalması hamının gözü qarşısındadır. Azərbaycanda isə vəziyyət tamamilə başqadır. Dövlət başçımız məhz bu amili nəzərə alaraq xatırlatdı ki, biz hamımız, əminəm ki, hər bir vətənpərvər azərbaycanlı, Azərbaycan vətəndaşı öz dövləti ilə fəxr edir. Prezident xatırlatdı ki, biz bundan sonra da xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin. Yəni bizim ideoloji məkanımız yad ünsürlərdən, yad təsirlərdən azad olmalıdır. Bu, eyni zamanda, bizim xarici siyasət strategiyamızdır: "Biz xarici siyasəti elə qururuq və bundan sonra da qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin. Bizə heç kimin köməyi də lazım deyil, himayədarlığı da lazım deyil". Ancaq ölkə daxilində müasir ideoloji işlər aparılmalıdır. Dövlət başçımızın fikrincə, düzgün ideoloji işin qurulması, şablonlardan əl çəkmək, hansısa formal xarakter daşıyan tədbirlərdən əl çəkmək vaxtı gəlib çatıb. Yəni yeni, müasir ideoloji işlər aparılmalıdır.

Cənab Prezident həmişə olduğu kimi bu qurultayda da işğalçı qonşumuzdan fərqli olaraq, bizim real layihələr, aydın məqsədlər əsasında fəaliyyət göstərdiyimizi xatırlatdı: "Bizim üstünlüyümüz ondan ibarətdir ki, bəzi ölkələrdən fərqli olaraq bizə əfsanə yaratmaq lazım deyil". Elə qonşularımızın monoetnik dövlət, təkmillətli cəmiyyət yaratmaq məqsədi də İlham Əliyevin nəzərində daim qınanılıb və qəbuledilməz hesab olunub. Həmin prinsiplərin əksinə olaraq, Azərbaycanda bütün dövrlərdə tolerantlıq və çoxkonfessialılıq hökm sürüb. Ancaq biz bütün bunlarla yanaşı İslam həmrəyliyinə də özünəməxsus töhfələr vermişik. Cənab Prezidentin dediyi kimi, biz daim İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq: "Hamı yaxşı bilir ki, İslam həmrəyliyinin gücləndirilməsi üçün nə qədər böyük səylər göstəririk və burada da birləşdirici rol oynayırıq". Əlavə edilir ki, bizim tariximiz və bu günümüz, siyasi addımlarımız və imkanlarımız buna şərait yaradır. "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik" deyən Prezident əlavə edir: "Halbuki belə münasibətlərlə dəfələrlə üzləşmişdik və bu gün də üzləşirik… biz özümüzə hörmət edən insanlarıq, biz ləyaqətlə yaşayırıq, siyasətimizi də ləyaqətlə aparırıq. Bizim timsalımızda hər kəs görə bilər ki, bu mümkündür".

İşğaldan azad edilmiş ərazilərimizin bərpası haqqında danışan Prezident xatırlatdı ki, həmin bölgələrin inkişafına bu günə qədər 28 milyard manat vəsait xərclənib: "Onların böyük əksəriyyəti infrastruktur layihələrinə istiqamətləndirilib. Onların böyük hissəsi başa çatıb və eyni zamanda, bu gün 48 yaşayış məntəqəsində keçmiş köçkünlər artıq məskunlaşıb. Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək".

Sonda xatırladaq ki, Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib. Elə bu arqumenti də cənab Prezidentin ifadələri ilə tamamlayaq: "Çünki enerji təhlükəsizliyi - bu, hər bir ölkənin milli təhlükəsizliyi deməkdir və bizim rolumuz daha da artacaq"".

Röyalə Xəyal


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 537   Tarix: 03 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bundan sonrakı illərdə də Böyük Qayıdış daha da sürətlə gedəcək

"Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayında çıxışı zamanı bundan sonrakı illərdə Böyük Qayıdışın daha da sürətlə gedəcəyinə əminliyini ifadə edib. Dövlətimizin başçısı, eyni zamanda, Qarabağ və Şərqi Zəngəzurda hazırda 96 min insanın yaşadığını, onlar üçün ən yüksə

3 oktyabr
.

YAP - Azərbaycanın gələcək inkişafının təminatçısı olan partiya

"Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində Sizin müraciətinizdə göstərilən Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv zərurətdən doğur. Belə partiya Azərbaycanın siyasi-ictimai həyatınd

3 oktyabr
.

Əməkhaqqı və sosial ödənişlərin artırılması iqtisadi fəallığa müsbət təsir göstərəcək

Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VII Qurultayında gələn il minimum əməkhaqqının, pensiyaların və sosial müavinətlərin artırılacağı barədə açıqlaması əhalinin gəlirlərinin yüksəldilməsinə yönələn sosial siyasətin 2027-ci ildə də davam etdiriləcəyini göstərir. Əvvəlki islahatları

3 oktyabr
.

YAP-ın VIII Qurultayından əsas mesajlar

"Yeni Azərbaycan Partiyasının VII Qurultayında Prezident, YAP-ın Sədri İlham Əliyevin çıxışı Azərbaycanın son illərdə keçdiyi inkişaf yolunun nəticələri ilə qarşıdakı dövrün əsas vəzifələrinin vahid strateji xətt üzrə təqdim olunması baxımından diqqət çəkir. Qurultayın Azərbaycanın ərazi bütövlüyünü

3 oktyabr
.

Prezident göstəriş verdi: Maaşlar nə qədər artacaq və kimlərə şamil olunacaq?

"Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayında çıxışı zamanı gələn il minimum əməkhaqqının artırılacağını və bununla bağlı göstərişin verildiyini bildirib. Minimum əməkhaqqındakı artım sadəcə aşağı maaş alanların deyil, eləcə də vahid tarif cədvəlinin (VTC) bütün pillələr

3 oktyabr
.

"Bakı Metropoliteni" kanat yolları ilə sərnişin daşıyacaq

Prezident İlham Əliyev "Bakı Metropoliteni" QSC-nin yenidən təşkili və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarında dəyişiklik edilməsi, bəzi sərəncamlarının ləğv edilməsi haqqında" fərmanında dəyişiklik edib. -a istinadən xəbər verir ki, bununl

2 oktyabr
.

Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir"

"Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayında çıxışı zamanı deyib. Dövlətimizin başçısı vurğulayıb ki, bir çox tanınmış ekspertlər və təhlilçilə

2 oktyabr
.

Prezident: "Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir"

"Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir: xam neft, neft məhsulları, təbii qaz, elektrik enerjisi, neft-kimya məhsulları və gübrələr ki, bunların da istehsalı üçün əsas mənbə enerjidir". AZƏRTAC-a istinadən xəbə

2 oktyabr
.

Prezidentin sosial media hesablarında YAP-ın Qurultayı ilə bağlı videoçarx paylaşıldı

Prezident İlham Əliyevin sosial media hesablarında Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayı ilə bağlı videoçarx paylaşılıb. "Qafqazinfo" xəbər verir ki, paylaşımda deyilir:. "Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir"

2 oktyabr