YAP - Azərbaycanın gələcək inkişafının təminatçısı olan partiya

YAP - Azərbaycanın gələcək inkişafının təminatçısı olan partiya"Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində Sizin müraciətinizdə göstərilən Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv zərurətdən doğur. Belə partiya Azərbaycanın siyasi-ictimai həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər" - Bu fikirləri Ulu öndər Heydər Əliyev 1992-ci ildə məşhur "91-lər"in ona ünvanladıqları və yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etməsi xahişinə cavab olaraq bildirmişdi. Tam əminliklə demək olar ki, dünən VIII qurultayını keçirmiş həmin siyasi qurum - Yeni Azərbaycan Partiyası, Ümummilli liderin uzaqgörənliklə qeyd etdiyi kimi, Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında müstəsna və tarixi rol oynayıb. Hesab edirik ki, dünənki qurultayın ehtişamı bu rolu, ümumən, YAP-ın ölkəmizin həyatındakı yüksək statusunu bir daha vurğuladı".

Bu fikirləri Sonxeber.az-a açıqlamasında Dövlət İdarəçilik Akademiyasından Ağarəhim Baxışov bildirib.

"YAP müasir Azərbaycan dövləti ilə qoşa addımlamış siyasi qurumdur. Eyni zamanda, dövlətin ideya bazasını müəyyənləşdirən qurum. Elə bir baza ki, ərazi bütövlüyümüzün və suverenliyimizin, pozulmuş torpaq bütünlüyümüzün bərpasına yol açdı. 1992-ci ildə qarşıya qoyulmuş böyük hədəf də elə bu idi. Deməli, VIII qurultay həm də rəmzi məna daşıyır. Eynilə Prezident, YAP sədri İlham Əliyevin Ali Məclisdəki nitqində bildirdiyi kimi: "İlk dəfədir ki, qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir".

YAP da Azərbaycan dövlətitək varislik prinsipini rəhbər tutmuş siyasi qurumdur. Ona Prezident İlham Əliyevin sədrliyi fikrimizin sübutudur. Dövlətimizin başçısı Heydər Əliyev şəxsiyyətinin müəyyənləşdirdiyi yolda YAP-ın ideoloji platforma formuluna nəhənglik gətirdi, qurumu hər bir azərbaycanlının arzu və istəklərindən, düşüncə və mükalimələrindən nəşət alan ümummilli partiyaya çevirdi. Bu gün isə arzuların çin olduğu, xəyalların gerçəkləşdiyi dövrdə yaşayırıq. YAP-ın bu yaşantıdakı rolu da böyükdür. YAP Prezident İlham Əliyevin rəhbərliyi ilə dövrün tələblərinə adekvat fəaliyyət kursu seçən siyasi qurumdur. Ümumən, dövlətimizin başçısının partiyaya əlahiddə yanaşma tərzi onun siyasi-təşkilati modelini mərhələli şəkildə yenilədi, ilk növbədə, təşkilatdakı idarəetmənin institusional əsaslarını möhkəmləndirdi. Bu mənada YAP-ın 2021-ci ildə düzənlənmiş VII qurultayının qərarları üzərində dayanmağa xüsusi ehtiyac var. Yada salaq ki, Prezident İlham Əliyev həmin qurultaydakı çıxışında demişdi: "Həyat dəyişir, zəmanə dəyişir".

Tam əminliklə deyə bilərik ki, nəinki ötən 5 ildə, ümumən, bütün fəaliyyəti dövründə YAP dəyişən həyatın və zamanın tələblərinə uyğun yolda inamla addımladı. Həm addımladı, həm də cəmiyyətdə özünə olan inamı və etimadı artırdı. Ötən müddətdə Prezident İlham Əliyevin "biz ən müasir təcrübəni Azərbaycanda bütün sahələrdə tətbiq etməliyik, o cümlədən siyasi islahatlar sahəsində" fikri əməli iş müstəvisində dəyərləndirildi. Nəticə etibarilə YAP klassik siyasi partiya təşkilatlanmasından çıxaraq, daha dəqiq funksional bölgü əsasında inkişaf etdi. Ən başlıcası isə gənclərlə iş yeni səviyyəyə çıxarıldı ki, bu, partiyanın Gənclər Birliyinin təsbit edilməsində əksini tapdı. Əlbəttə, məsələ yalnız yaş baxımından gəncləşmədə deyil. Söhbət peşəkarlıq, innovativlik, kreativlik kimi müasir dövrə xas meyarların partiyadaxili fəaliyyətdə əsas götürülməsindən gedir.

Prezident İlham Əliyev YAP-ın VIII qurultayındakı çıxışında Ali Məclisin Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsindən sonra ilk dəfə düzənləndiyini bildirməklə yanaşı, VII qurultayın da yeni mühitdə təşkilinə diqqət çəkdi: "Çünki o şanlı Zəfərimizdən cəmi bir neçə ay keçmişdir və bütün dünya bizim Zəfərimizdən danışırdı. Azərbaycan özü təkbaşına həm işğala son qoymuşdur, eyni zamanda, bölgədə yeni reallıqlar yaratmışdır. O vaxtdan - İkinci Qarabağ müharibəsindəki Zəfərimizdən bu günə qədər bu reallıqlar bütün dünya tərəfindən qəbul edilir".

Bəli, İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın qarşısında yeni mərhələ açıldı. Hakim partiya məhz həmin mərhələnin tələblərinə uyğun olaraq fəaliyyət göstərdi. 2021-ci ildə qəbul edilmiş yeni proqram sənədində qanunun aliliyi, varislik və təkamül, konstruktiv dialoq, sosial ədalət, multikulturalizm, innovativ inkişaf, insan kapitalı, şəffaflığın artırılması, vətəndaş cəmiyyəti, milli maraqlar, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış və sair bu kimi vacib məramların dayandığı YAP hazırda postmüharibə dövrünün reallıqlarına uyğun xəttini dərinləşdirməkdədir. Bu yanaşma onun qalib partiya obrazını vurğulayır, habelə, yeni dövrün siyasi təşkilatı kimi səciyyələndirməyə əsas verir. Yəni, qurumun əvvəlki müstəqillik, dövlətçilik, inkişaf və sabitlik amallarına müqəddəs Zəfərimizin doğurduğu postmüharibə quruculuğu, milli həmrəylik və yeni geosiyasi reallıqlar hədəfləri əlavə olunub.

Deməli, Ulu öndər Heydər Əliyev əbəs yerə deməmişdi ki, "Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır". Nəzərə alaq ki, dahi şəxsiyyətin zamanında dilə gətirdiyi bu fikir də YAP-ın davamlı siyasi xəttə hesablanmış struktur əsasında formalaşacağının, bir növ, anonsu idi. Ülu öndər əvvəldə barəsində söz açdığımız "91-lər"in müraciətinə cavabında da YAP-ı bu baxımdan xarakterizə etmiş, onu sırf hakimiyyət uğrunda mübarizə aparan təşkilat kimi deyil, müstəqil dövlətin möhkəmləndirilməsinə xidmət edən siyasi qüvvə olaraq dəyərləndirmiş və bildirmişdi: "Belə partiya Azərbaycanın siyasi-ictimai həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər".

Bu günün Yeni Azərbaycan Partiyası Azərbaycanın gələcəyinin nikbinlik fazası, ideoloji təminat paktıdır. Bu günün YAP-ı, eyni zamanda, gələcəkdən gözləntilərin partiyasıdır. O gözləntilər ki, Prezident İlham Əliyevin dünya miqyaslı liderliyi ilə realdır, proqmatik və rasionaldır. O gözləntilər ki, hər birinə müstəqil Azərbaycan üçün əbədiyyat duası hakim kəsilib".

Röyalə Xəyal


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 181   Tarix: 03 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

YAP qurultayında yeni dövrün siyasi xəritəsi çəkildi

Azərbaycanın siyasi həyatında mühüm hadisələrdən biri baş verdi. Hakim Yeni Azərbaycan Partiyasının sayca VII qurultayı keçirildi. Prezident İlham Əliyevin çıxışı təkcə partiyanın qarşıdakı fəaliyyətinə deyil, Azərbaycanın daxili və xarici siyasətinin əsas istiqamətlərinə dair mühüm mesajlarla yadd

3 oktyabr
.

YAP-ın VIII Qurultayından əsas mesajlar

"Yeni Azərbaycan Partiyasının VII Qurultayında Prezident, YAP-ın Sədri İlham Əliyevin çıxışı Azərbaycanın son illərdə keçdiyi inkişaf yolunun nəticələri ilə qarşıdakı dövrün əsas vəzifələrinin vahid strateji xətt üzrə təqdim olunması baxımından diqqət çəkir. Qurultayın Azərbaycanın ərazi bütövlüyünü

3 oktyabr
.

Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı çıxışı gələcək inkişfımızın yol xəritəsidir

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin YAP-ın VII Qurultayındakı çıxışı gələcək inkişafımızın yol xəritəsidir. Qurultayda YAP-ın son bir ildəki fəaliyyəti yüksək qiymətləndirilib, eləcə də dövlət başçısı tərəfindən Azərbaycanın gələcək inkişaf istiqamətləri, b

3 oktyabr
.

Heydər Əliyev prezident seçildikdən sonra Azərbaycanda dövlətçiliyin real məzmunda qurulması prosesi başladı

"Azərbaycanın müstəqil dövlətçiliyinin iqtisadi, siyasi, hüquqi və diplomatik müstəvidə əsl qurulma prosesi məhz Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra başladı. Müstəqilliyin elan olunmasından Heydər Əliyevin hakimiyyətə gəlişinə qədər Azərbaycanda dövlət quruculuğu baxımından bir boşluq va

3 oktyabr
.

Prezident: "Hərənin arxasında, necə deyərlər, böyük bir dayı var"

"Bu gün müxtəlif yerlərdə müharibələr gedir. Hərənin arxasında, necə deyərlər, böyük bir dayı var". xəbər verir ki, bunu bu Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayında çıxışı zamanı deyib. "Bəzilərinin arxasında bir neçə. Amma biz təkbaşına. Amma bütün

2 oktyabr
.

Azərbaycan Prezidenti: "Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi"

"Bizim şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikri Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayında çıxışı zamanı söyləyib. Dövlətimizin başçısı qeyd edib ki, bir gü

2 oktyabr
.

Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir"

"Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayında çıxışı zamanı deyib. Dövlətimizin başçısı vurğulayıb ki, bir çox tanınmış ekspertlər və təhlilçilə

2 oktyabr
.

İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini "Dostluq" ordeni ilə təltif edib

Beynəlxalq Cüdo Federasiyasının prezidenti Ladislau-Marius Vizer "Dostluq" ordeni ilə təltif edilib. -a istinadla xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncama əsasən Azərbaycan Respublikasında və beynəlxalq səviyyədə cüdo idman növünün inkişafı sahəsində səmərəl

3 oktyabr
.

YAP-ın Sədri: "İlk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir"

"İlk dəfədir ki, qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Yeni Azərbaycan Partiyasının (YAP) Sədri, Prezident İlham Əliyev təşkilatın VII Qurultayında çıxışı zamanı deyib. VII qurultayı

2 oktyabr