Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı çıxışı gələcək inkişfımızın yol xəritəsidir

Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı çıxışı gələcək inkişfımızın yol xəritəsidirAzərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin YAP-ın VIII Qurultayındakı çıxışı gələcək inkişafımızın yol xəritəsidir. Qurultayda YAP-ın son bir ildəki fəaliyyəti yüksək qiymətləndirilib, eləcə də dövlət başçısı tərəfindən Azərbaycanın gələcək inkişaf istiqamətləri, bu sahədə görülən və görülməsi nəzərdə tutulan işlər haqqında qurultay iştirakçılarına ətraflı məlumat verilib. Qurultay iştirakçısı olaraq ilk növbədə qeyd etməliyəm ki, YAP-ın VIII Qurultayı öz möhtəşəmliyi və məhsuldarlığı ilə yadda qaldı. Qurultayda YAP-ın ötən dövrlərdəki fəaliyyəti və əldə edilən uğurlara toxunuldu, partiyanın fəaliyyəti iştirakçılar tərəfindən yüksək qiymətləndirildi. Qurultaya damğa vuran əsas məqam isə heç şübhəsiz Prezident İlham Əliyevin çıxışı, səsləndirdiyi fikirlər oldu.

Müstəqil Azərbaycanın tarixi inkişaf yoluna diqqət çəkən dövlət başçısı, Ümummilli Lider Heydər Əliyevin xidmətlərini yada saldı. Heydər Əliyevin tarixi xilaskarlıq missiyasına toxunan Müzəffər Ali Baş Komandan vurğuladı ki, əgər o zaman Ulu Öndər hakimiyyətdə olsaydı, Qarabağda separatizm meyillərinin qarşısını alar, problemin dərinləşməsinə imkan verməzdi. Hansı ki, Azərbaycan xalqı separatizm və işğal faktoru fonunda Heydər Əliyevin siyasi dühasına arxalandığı, onun səriştəsinə bələd olduğu üçün 1993-cü ildə onu yenidən hakimiyyətə dəvət etdi və Ümummilli Lider həmin il oktyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti seçildi. Bununla da Azərbaycan xalqı öz dövlətçiliyini qorudu, vətəndaş müharibəsinin baş verməsinə, erməni işğalının genişlənməsinə imkan vermədi.

Dövlət başçısı hərbi gücümüzün artırılması, vətənpərvərlik tərbiyəsinin gücləndirlməsi, ideoloji işin aparılması ilə bağlı da vacib çağırışlar səsləndirib. Prezident İlham Əliyev Qurultaydakı çıxışında Azərbaycanın hərbi gücünün artırılmasının vacibliyinə də toxundu. Müzəffər Ali Baş Komandan vurğuladı ki, hərbu gücün artırılması hər bir dövlət, hər bir xalq üçün vacibdir. Çünki dövlətin təhlükəsizliyi, öz ərazi bütövlüyü və suverenliyini qoruması bu amildən bilavasitə asılıdır.

Dövlət başçısı Azərbaycanın yaşadığı faciələrə də diqqət çəkdi və bildirdi ki, bu kimi halların bir daha baş verməməsi üçün hərbi gücün artırılması zəruridir. Beynəlxalq hüquq və beynəlxalq təşkilatların rolunun azaldığı müasir dünyamızda hərbi güc təhlükəsizlik bxımından ikiqat önəm kəsb edir.

Prezident çıxışnda müasir ideoloji işlərin aparılmasının önəmini də qeyd etdi. Dövlət başçısı vurğuladı ki, bu işlər formal xarakter daşımamalı, real və praktiki olmalıdır. Müzəffər Ali Baş Komandan bunun üçün gərəkli zəminin mövcud olduğunu da söylədi. Dövlət başçısı qeyd etdi ki, "bizim üstünlüyümüz ondan ibarətdir ki, bəzi ölkələrdən fərqli olaraq bizə əfsanə yaratmaq lazım deyil". Həqiqətən də istər 2020-ci ilin 44 günlük Vətən müharibəsi, istərsə də 2023-cü ilin lokal anti-terror tədbirləri zamanı Azərbaycan Silahlı Qüvvələri öz qəhrəmanlığı ilə bütün dünyanı heyrətə gətirdi və ərazi bütövlüyümüzü, suverenliyimizi təmin etməklə yanaşı, vətənpərvərlik tərbiyəsinin təbliği və ideoloji iş baxımından da böyük perspektiv formalaşdırdı. Bu gün bütün əlaqədar qurumlar - QHT-lərdən tutmuş təhsil ocaqlarına, nazirliklərdən tutmuş ən xıra müəssisələrə qədər hər bir qurum bu məsələni diqqət mərkəzində saxlamalı, ideoloji müstəvidə fəaliyyətini gücləndirməlidir.

Məlumat üçün qeyd edək ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq hər zaman ideoloji işə xüsusi həssaslıqla yanaşmış, yeniyetmə və gənclər arasında akiv iş aparmışıq. Təşkilatımız tərəfindən cari ilin sonuna kimi bu istiqamətdə daha bir neçə tədbirin keçirilməsi nəzərdə tutulur ki, bütün bu tədbirlər gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi baxımından son dərəcə əhəmiyyətlidir.

Mən başda cənab Prezident olmaqla YAP-ın VIII qurultayının bütün iştirakçılarını Qurultayın uğurlu təşkili münasibətilə təbrik edir, Müzəffər Ali Baş Komandanımıza, hakim partiyaya, dövlətimizə və xalqımıza uğurlar arzulayıram.

Cəlil Xəlilov - Respublika Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, hərbi-siyasi ekspert, polkovnik


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 258   Tarix: 03 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

YAP-ın Sədri: "İlk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir"

"İlk dəfədir ki, qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Yeni Azərbaycan Partiyasının (YAP) Sədri, Prezident İlham Əliyev təşkilatın VII Qurultayında çıxışı zamanı deyib. VII qurultayı

2 oktyabr
.

"Bakı Metropoliteni" kanat yolları ilə sərnişin daşıyacaq

Prezident İlham Əliyev "Bakı Metropoliteni" QSC-nin yenidən təşkili və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarında dəyişiklik edilməsi, bəzi sərəncamlarının ləğv edilməsi haqqında" fərmanında dəyişiklik edib. -a istinadən xəbər verir ki, bununl

2 oktyabr
.

Azərbaycan yaşıl enerji layihələrini genişləndirərək dayanıqlı enerji siyasətini gücləndirir

Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VII Qurultayında Azərbaycanın bütün əsas enerji resurslarını istehsal, hasil və ixrac edən nadir ölkələrdən biri olduğunu vurğulaması ölkəmizin enerji potensialının miqyasını aydın şəkildə göstərir. Bu gün Azərbaycan yalnız neft və qaz ixrac edə

3 oktyabr
.

Trampdan İrana yeni zərbə mesajı: ABŞ Yaxın Şərqə 10 min hərbçi göndərir

ABŞ-İran qarşıdurması fonunda Vaşinqtonun Yaxın Şərqdə hərbi hazırlıqlarını artırdığı barədə yeni məlumatlar yayılıb. Prezident Donald Tramp noyabrda keçiriləcək aralıq seçkilərindən sonra İrana qarşı zərbələrin yenidən gücləndirilə biləcəyini bildirib. Bunun ardınca Axios ABŞ-ın Səudiyyə Ərəbistan

2 oktyabr
.

İlham Əliyevdən Koreya və İraq prezidentlərinə məktub

Prezident İlham Əliyev Koreya Respublikasının Prezidenti Li Cemyönə təbrik məktubu ünvanlayıb. -a istinadən xəbər verir ki, məktubda deyilir:. "Hörmətli cənab Prezident,. Koreya Respublikasının milli bayramı münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərim

3 oktyabr
.

Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq"

"Hamı yaxşı bilir ki, İslam həmrəyliyinin gücləndirilməsi üçün nə qədər böyük səylər göstəririk və burada da birləşdirici rol oynayırıq". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayında çıxışı zamanı söyləyib. Dövlətimizi

2 oktyabr
.

Bu gün YAP regionun ən möhtəşəm uğurlarına imza atır

"1992-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının təsis konfransı keçiriləndə orada cəmi 550 nəfər iştirak edirdi. İndi siyasi həmfikirlərimizin sayı yüz minlərlədir. O zaman konfransda bir nəfər də olsun xanım siyasi həmfikir yox idi. İndi partiya üzvlərinin 48 faizdən çoxu xanımlardır.

3 oktyabr
.

Prezident İlham Əliyev: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"

"Biz hamımız, əminəm ki, hər bir vətənpərvər azərbaycanlı, Azərbaycan vətəndaşı öz dövləti ilə fəxr edir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikri Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayında çıxışı zamanı səsləndirib. "Biz dünyada misli görünməmiş Qələb

2 oktyabr
.

Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir"

"Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayında çıxışı zamanı deyib. Dövlətimizin başçısı vurğulayıb ki, bir çox tanınmış ekspertlər və təhlilçilə

2 oktyabr