VIII Qurultay YAP-ın inkişafında xüsusi rol oynayacaqdır

VIII Qurultay YAP-ın inkişafında xüsusi rol oynayacaqdırOktyabr ayının 2-də keçirilən Yeni Azərbaycan Partiyasının VIII qurultayı ölkəmizin ictimai-siyasi həyatında tarixi hadisə oldu. YAP-ın VIII Qurultayına hazırlıq prosesi də partiyanın təşkilati fəaliyyətinin növbəti keyfiyyət mərhələsinin müəyyənləşdirilməsi baxımından diqqət çəkir. Rəsmi məlumata görə, sentyabrın 7-dən 19-nadək partiyanın 84 yerli təşkilatında hesabat konfransları keçirilib. Həmin tədbirlərdə 16 min 239 nəfər iştirak edib və qurultaya 960 nümayəndə seçilib. VIII Qurultayın oktyabrın 2-də Heydər Əliyev Mərkəzində keçirilməsi təşkilatın miqyasını və dövlət həyatındakı yerini bir daha nümayiş etdirir.
YAP-ın malik olduğu göstəricilər onun geniş təşkilati şəbəkəsini təsdiqləyir. Ölkənin bütün regionlarını və sosial təbəqələrini əhatə edən 800 mindən artıq partiya üzvü, yerli təşkilatların fəaliyyətində rəqəmsal idarəetmə sistemlərinin tətbiqi və hesabatlılığın artırılması, yeni nəsil kadrların partiya strukturlarında və dövlət idarəçiliyində irəli çəkilməsi, rəqəmsal platformalarda fəallığın təmin edilməsi, eləcə də vətəndaş cəmiyyəti institutları ilə ardıcıl əməkdaşlıq bunun bariz nümunəsidir. Prezident İlham Əliyevin YAP-ı Cənubi Qafqazın ən böyük siyasi qüvvəsi kimi xarakterizə etməsi partiyanın uzunmüddətli təşkilati və siyasi fəaliyyətinə verilən ali qiymətdir. Otuz ildən çoxdur ki, partiyanın iqtidarda olduğunu vurğulayan dövlətimizin başçısı qeyd edib: "Ölkəmizin son illər ərzində uğurlu və şərəfli yolunda partiyamızın fəallarının çox böyük payı var, böyük töhfəsi var".
Ölkə başçısı öz çıxışında qurultayın Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra ilk dəfə keçirildiyini bildirib. VII qurultayın da o vaxt üçün yeni mühitdə keçirildiyini xatırladan dövlətimizin başçısı qeyd edib: "Çünki o şanlı Zəfərimizdən cəmi bir neçə ay keçmişdir və bütün dünya bizim Zəfərimizdən danışırdı. Azərbaycan özü təkbaşına həm işğala son qoymuşdur, eyni zamanda, bölgədə yeni reallıqlar yaratmışdır. O vaxtdan - İkinci Qarabağ müharibəsindəki Zəfərimizdən bu günə qədər bu reallıqlar bütün dünya tərəfindən qəbul edilir".
Bu gün Azərbaycan genişmiqyaslı islahatlar həyata keçirilir, bu islahatların nəticələri gündəlik həyatda, ölkənin iqtisadi göstəricilərində, sosial sahədə əldə edilmiş nailiyyətlərdə əksini tapır. Azərbaycanın uğurlu enerji və nəqliyyat siyasəti nəinki enerji və nəqliyyat dəhlizlərinin yaranmasına gətirib çıxardı, eyni zamanda, bölgədə və geniş mənada Avrasiya məkanında yeni əməkdaşlıq formatları yaratdı.
Ölkəmizdə həyata keçirilən uğurlu siyasətin nəticələri bu gün Azərbaycanın siyasi, iqtisadi və hərbi gücündə özünü aydın şəkildə göstərir. Ərazi bütövlüyünün və suverenliyin bərpası Azərbaycanın müasir tarixində yeni mərhələnin başlanğıcını qoyub. 44 günlük Vətən müharibəsində qazanılan Zəfər və 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam təmin olunub. Prezidentin vurğuladığı kimi, bu qələbələr Azərbaycan xalqının vahid mövqeyi, dövlətin siyasi iradəsi və Ordumuzun gücü ilə əldə olunub.
Prezident İlham Əlyev qurultaydakı çıxışında qarşıda duran əsas vəzifələrdən birinin hərbi gücümüzün artırılması olduğunu bildirib. Bizim şanlı Zəfər qazandığımızı, bu gün Azərbaycanla Ermənistan arasında münaqişənin olmadığını və digər amilləri sadalayan dövlətimizin başçısı bunun nə üçün lazım olduğuna aydınlıq gətirərək qeyd edib: "Buna cavab, məncə, çox açıq-aydındır. Bu, həmişə lazımdır, hər bir ölkə üçün. Çünki bizim xalqımız bu faciə ilə üzləşib".
İqtisadi müstəqilliyin möhkəmləndirilməsi də yeni mərhələnin mühüm dayaqlarındandır. İnvestisiyaların cəlb edilməsi, qeyri-neft sektorunun inkişafı, enerji potensialından səmərəli istifadə, sənayenin şaxələndirilməsi və nəqliyyat-logistika imkanlarının genişləndirilməsi Azərbaycanın iqtisadi gücünü artıran əsas istiqamətlərdir. Neft və qazla yanaşı, neft məhsulları, elektrik enerjisi, neft-kimya məhsulları və gübrə istehsalı ölkənin istehsal və ixrac imkanlarının genişləndiyini göstərir. Orta Dəhliz və Şimal-Cənub nəqliyyat marşrutlarının inkişafı isə Azərbaycanın regional tranzit əhəmiyyətini daha da artırır.
Qurultaydakı çıxışında ölkə başçısı bildirib: "Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir: xam neft, neft məhsulları, təbii qaz, elektrik enerjisi, neft-kimya məhsulları və gübrələr ki, bunların da istehsalı üçün əsas mənbə enerjidir".
Enerji resursları ilə zəngin olan Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib. "Çünki enerji təhlükəsizliyi - bu, hər bir ölkənin milli təhlükəsizliyi deməkdir və bizim rolumuz daha da artacaq", - deyə dövlətimizin başçısı əlavə edib.
Prezident İlham Əliyevin 2027-ci il üçün artımlarla bağlı mesajı əvvəlki sosial islahatların məntiqi davamıdır. Qarşıdakı il üzrə bu istiqamətin müəyyən edilməsi əhalinin rifahının yüksəldilməsinin dövlət siyasətində prioritet olaraq saxlanıldığını təsdiqləyir. Əməkhaqqı və sosial ödənişlərin artırılması ailələrin alıcılıq qabiliyyətini dəstəkləməklə daxili tələbə və iqtisadi fəallığa da müsbət təsir göstərə bilər. Açıqlanan addım sosial təminatın gücləndirilməsi ilə iqtisadi inkişaf arasında əlaqəni möhkəmləndirməyə və vətəndaşların gələcək rifahına dair inamını gücləndirməyə xidmət edir.
Cənab Prezident bildirib: "artıq göstəriş verildi, gələn il minimum əməkhaqqı qaldırılacaq, pensiyalar qaldırılacaq, sosial müavinətlər qaldırılacaq. "Bu siyasəti biz müntəzəm aparırıq ki, Azərbaycan xalqının rifahı ildən-ilə yaxşılaşsın", - deyə dövlətimizin başçısı vurğulayıb.
Bu gün 44 günlük Vətən müharibəsində qazanılan tarixi qələbənin nəticələri artıq yalnız hərbi-siyasi müstəvidə deyil, sosial-iqtisadi və humanitar müstəvidə də özünü göstərir. Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir, yeni yaşayış məntəqələri salınır, infrastruktur yaradılır, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı təmin edilir. Prezident İlham Əliyev qurultayda bildirdi ki, hazırda Qarabağ və Şərqi Zəngəzurda 96 min insan yaşayır, çalışır və təhsil alır, 48 yaşayış məntəqəsində keçmiş məcburi köçkünlər məskunlaşıb və Böyük Qayıdış bundan sonrakı illərdə daha da sürətlənəcək".
Xüsusilə qeyd etmək lazımdır ki, işğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq prosesi yalnız şəhər və yaşayış məntəqələrinin bərpası ilə məhdudlaşmır. Qarabağ və Şərqi Zəngəzurun kənd təsərrüfatı potensialının yenidən dövriyyəyə cəlb edilməsi, torpaqların iqtisadi fəaliyyətə qaytarılması, müasir aqrar infrastrukturların yaradılması və kənd təsərrüfatı istehsalının genişləndirilməsi Azərbaycanın qarşıdakı inkişaf gündəliyində mühüm yer tutur. Bu ərazilərin iqtisadi potensialının səmərəli şəkildə reallaşdırılması həm ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə, həm də regionların dayanıqlı inkişafına töhfə verəcək.

İsrafil Kərimov - Azərbaycan Jurnalistlər Birliyinin üzvü


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 138   Tarix: 03 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezident göstəriş verdi: Maaşlar nə qədər artacaq və kimlərə şamil olunacaq?

"Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayında çıxışı zamanı gələn il minimum əməkhaqqının artırılacağını və bununla bağlı göstərişin verildiyini bildirib. Minimum əməkhaqqındakı artım sadəcə aşağı maaş alanların deyil, eləcə də vahid tarif cədvəlinin (VTC) bütün pillələr

3 oktyabr
.

Azərbaycan yaşıl enerji layihələrini genişləndirərək dayanıqlı enerji siyasətini gücləndirir

Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VII Qurultayında Azərbaycanın bütün əsas enerji resurslarını istehsal, hasil və ixrac edən nadir ölkələrdən biri olduğunu vurğulaması ölkəmizin enerji potensialının miqyasını aydın şəkildə göstərir. Bu gün Azərbaycan yalnız neft və qaz ixrac edə

3 oktyabr
.

Azərbaycan Prezidenti: "Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi"

"Bizim şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikri Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayında çıxışı zamanı söyləyib. Dövlətimizin başçısı qeyd edib ki, bir gü

2 oktyabr
.

Uzunmüddətli siyasi fəaliyyət və yeni mərhələnin çağırışları

"Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir". Prezident İlham Əliyev bu fikri Yeni Azərbaycan Partiyasının VII Qurultayında çıxışı zamanı səsləndirib. Dövlət başçısı üç onillikdən artıq müddətdə YAP-ın iqtidarda olduğunu vurğulayaraq partiyanı

3 oktyabr
.

YAP İdarə Heyətinin yeni tərkibi təsdiqləndi

Yeni Azərbaycan Partiyası İdarə Heyətinin yeni tərkibi müəyyənləşib. APA-ya istinadən xəbər verir ki, partiyanın VII Qurultayında İdarə Heyətinin 40 nəfərdən ibarət yeni tərkibi səsverməyə çıxarılaraq qəbul edilib. Beləliklə, İdarə Heyətinin yeni tərkibi aşağıdakı kimidir:. İlham Əliyev. Mehriban Əliyeva

2 oktyabr
.

Avropa İttifaqı Şurasının üzvləri Şuşada olublar - Fotolar

Avropa İttifaqı (Aİ) Şurasının Şərqi Avropa və Mərkəzi Asiya üzrə İşçi Qrupunun (COEST) nümayəndə heyəti oktyabrın 2-də Şuşa şəhərində olublar. "Qafqazinfo" AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov qonaqlara şəhərin tarixi

2 oktyabr
.

Prezident İlham Əliyev: "Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi"

"Yeni Azərbaycan Partiyasının yaradılması, yenə də deyirəm, xalqın tələbi idi". AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayında çıxışı zamanı bildirib. Dövlətimizin başçısı deyib ki, Heydər Əliyevin yenidən hakimiyyət

2 oktyabr
.

Heydər Əliyev prezident seçildikdən sonra Azərbaycanda dövlətçiliyin real məzmunda qurulması prosesi başladı

"Azərbaycanın müstəqil dövlətçiliyinin iqtisadi, siyasi, hüquqi və diplomatik müstəvidə əsl qurulma prosesi məhz Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra başladı. Müstəqilliyin elan olunmasından Heydər Əliyevin hakimiyyətə gəlişinə qədər Azərbaycanda dövlət quruculuğu baxımından bir boşluq va

3 oktyabr
.

YAP-ın Sədri: "İlk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir"

"İlk dəfədir ki, qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Yeni Azərbaycan Partiyasının (YAP) Sədri, Prezident İlham Əliyev təşkilatın VII Qurultayında çıxışı zamanı deyib. VII qurultayı

2 oktyabr