Prezident İlham Əliyev Malayziyanın yeni səfirini qəbul edib - Foto
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 5-də Malayziyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Aznifah İsnariah Binti Abdul Qanini qəbul edib.
Sonxeber.az President.az-a istinadən xəbər verir ki, səfir etimadnaməsini dövlətimizin başçısına təqdim edib.
Prezident İlham Əliyev səfirlə söhbət edib.
Ölkələrimiz arasında dost və qardaş münasibətlərin olduğunu deyən dövlətimizin başçısı iqtisadi əməkdaşlığı siyasi əlaqələrin səviyyəsinə çatdırmağın, həmçinin enerji, sərmayələr, turizm və digər sahələrdə tərəfdaşlığı genişləndirməyin, çox fəal siyasi dialoqu davam etdirməyin vacibliyinə toxundu. Prezident İlham Əliyev bu xüsusda müxtəlif səviyyəli nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin rolunu qeyd edib.
Azərbaycan Prezidenti səfirə diplomatik fəaliyyətində uğurlar arzulayıb.
Səfir Malayziyanın Kralı Əlahəzrət Sultan İbrahimin və Baş nazir Ənvər İbrahimin salamlarını, eyni zamanda, Malayziyaya səfərə dəvətlərini dövlətimizin başçısına çatdırıb.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Malayziya Kralı və Baş nazirinə çatdırmağı xahiş edib. Dövlətimizin başçısı, həmçinin dəvətə görə təşəkkür edərək, onu məmnunluqla qəbul etdiyini vurğuladı. Prezident İlham Əliyev öz növbəsində Malayziya Kralını və Baş nazirini Azərbaycana səfərə dəvət edib.
Səfir uzun illər ərzində ölkələrimiz arasında münasibətlərin çox yaxşı səviyyədə olduğunu deyərək, əməkdaşlığın daha da möhkəmləndirilməsi istiqamətində səylə çalışacağını bildirib.
Söhbət zamanı əlaqələrimizin perspektivlərinə dair fikir mübadiləsi aparıldı, ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyinin əhəmiyyəti vurğulanıb.
Turizm sahəsində əməkdaşlıq, o cümlədən turizmin təşviqi üçün qarşılıqlı şəkildə viza tələbinin aradan qaldırılması, Azərbaycanla Malayziya arasında birbaşa hava əlaqəsinin yaradılması ilə bağlı məsələlər müzakirə olunub.
Görüşdə, həmçinin təhsil sahəsində əlaqələrə toxunularaq, azərbaycanlı tələbələrin Malayziyada, Malayziyadan olan tələbələrin isə Azərbaycan dövlətinin təqdim etdiyi təqaüd proqramları əsasında ölkəmizdə təhsil aldıqları qeyd edilib.






Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 181 Tarix: 05 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşÖvladlığa uşaq götürülmə ilə bağlı qaydalarda YENİLİKLƏR
Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi qaydasında dəyişiklik edilib. -a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliye
5 oktyabrYAP - Azərbaycanın gələcək inkişafının təminatçısı olan partiya
"Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində Sizin müraciətinizdə göstərilən Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv zərurətdən doğur. Belə partiya Azərbaycanın siyasi-ictimai həyatınd
3 oktyabrYAP İdarə Heyətinin yeni tərkibi təsdiqləndi
Yeni Azərbaycan Partiyası İdarə Heyətinin yeni tərkibi müəyyənləşib. APA-ya istinadən xəbər verir ki, partiyanın VII Qurultayında İdarə Heyətinin 40 nəfərdən ibarət yeni tərkibi səsverməyə çıxarılaraq qəbul edilib. Beləliklə, İdarə Heyətinin yeni tərkibi aşağıdakı kimidir:. İlham Əliyev. Mehriban Əliyeva
2 oktyabrBundan sonrakı illərdə də Böyük Qayıdış daha da sürətlə gedəcək
"Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayında çıxışı zamanı bundan sonrakı illərdə Böyük Qayıdışın daha da sürətlə gedəcəyinə əminliyini ifadə edib. Dövlətimizin başçısı, eyni zamanda, Qarabağ və Şərqi Zəngəzurda hazırda 96 min insanın yaşadığını, onlar üçün ən yüksə
3 oktyabrİlham Əliyevdən Koreya və İraq prezidentlərinə məktub
Prezident İlham Əliyev Koreya Respublikasının Prezidenti Li Cemyönə təbrik məktubu ünvanlayıb. -a istinadən xəbər verir ki, məktubda deyilir:. "Hörmətli cənab Prezident,. Koreya Respublikasının milli bayramı münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərim
3 oktyabrPrezident almaniyalı həmkarını təbrik etdi
Prezident İlham Əliyev Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerə məktub ünvanlayıb. -a istinadən xəbər verir ki, məktubda deyilir:. "Hörmətli cənab Prezident,. Ölkənizin milli bayramı - Alman Birliyi Günü münasibətilə sizi və bütün xalqınızı öz adımdan və Azərbayca
3 oktyabrUzunmüddətli siyasi fəaliyyət və yeni mərhələnin çağırışları
"Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir". Prezident İlham Əliyev bu fikri Yeni Azərbaycan Partiyasının VII Qurultayında çıxışı zamanı səsləndirib. Dövlət başçısı üç onillikdən artıq müddətdə YAP-ın iqtidarda olduğunu vurğulayaraq partiyanı
3 oktyabr