Azərbaycanın daha 5 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib

Azərbaycanın daha 5 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlibMonteneqronun Budva şəhərində təşkil olunan U-17 Avropa çempionatında Azərbaycan millisinin daha 5 boksçusu adını 1/4 finala yazdırıb.

Bu barədə Sonxeber.az-a Azərbaycan Boks Federasiyasından bildirilib.

Həsrət Məmmədov (46 kq) Camal Dustiyevlə (Rusiya) gücünü yoxlayıb və 5:0 (30:27, 29:28, 29:28, 29:28, 30:27) hesabı ilə qələbə qazanıb. Təmsilçimiz 1/4 finalda Kristian Mezeslə (Slovakiya) qüvvəsini sınayacaq.

Qardaş Rəhimov (54 kq) Şon Kellini (İrlandiya) məğlub edib. Boksçumuz rəqibinə 3:2 (28:29, 28:29, 29:28, 29:28, 29:28) hesabı ilə qalib gəlib. O, 1/4 finalda Nikita Beskaravayni (Belarus) ilə üz-üzə gələcək.

Əli Abaslı (60 kq) Zeki Uğurdan (Türkiyə) güclü olub. Hər 3 raundu xeyrinə bitirən milli üzvü yekunda 5:0 (30:27, 30:27, 30:27, 30:27, 29:28) hesabı ilə qələbə qazanıb. Abaslı 1/4 finalda Aleksandru-Ahile Buhanuyukla (Moldova) döyüşəcək.

Yusif Həsənli (66 kq) Lukas Fulanoviçi (Xorvatiya) mübarizədən kənarlaşdırıb - 5:0 (30:27, 30:27, 30:27, 29:28, 30:27). O, növbəti görüşündə Raul Barone (İtaliya) ilə münasibətinə aydınlıq gətirəcək.

Hidayət Məmmədov (70 kq) isə Joel Şutsa (İsveçrə) qalib gəlib - 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27). Boksçumuz 1/4 finalda Sandro Tsimtsba (Rusiya) ilə qarşılaşacaq.

Boksçularımız 1/4 final döyüşlərinə oktyabrın 8-də çıxacaqlar.

Qeyd edək ki, daha öncə millimizin 6 idmançısı adını 1/4 finala yazdırıb, 3 boksçu isə 1/8 final döyüşünə çıxacaq.


Sonxeber.az
Telegramda izləyin
İdman   Baxılıb: 153   Tarix: 07 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanın daha 5 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib

Monteneqronun Budva şəhərində təşkil olunan U-17 Avropa çempionatında Azərbaycan millisinin daha 5 boksçusu adını 1/4 finala yazdırıb. Bu barədə -a Azərbaycan Boks Federasiyasından bildirilib. Həsrət Məmmədov (46 kq) Camal Dustiyevlə (Rusiya) gücünü yoxlayıb və 5:0 (30:27, 29:28, 29:28, 29:28, 30:27

7 oktyabr
.

Canni İnfantino İlham Əliyevə idman köynəyi hədiyyə etdi

FIFA-nın prezidenti Canni İnfantino Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə xatirə hədiyyələri təqdim edib. xəbər verir ki, təqdimetmə mərasimi rəsmi qəbul zamanı baş tutub. Hədiyyələr arasında idman köynəyi, eləcə də gələn ay ölkəmizdə ilk dəfə 15 yaşadək oğlan futbolçular arasında təşki

29 sentyabr
.

Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva 1/8 finala vəsiqə qazanıb

Azərbaycan cüdoçusu Könül Əliyeva Bakıda keçirilən dünya çempionatında 1/8 finala yüksəlib. "Report"un məlumatına görə, 48 kq çəki dərəcəsində yarışan idmançı 1/16 finalda çilidən olan Mari Di Varqas Leyi məğlub edib. K.Əliyevanın növbəti rəqibi rusiyalı Sabina Giliazova olacaq. Qeyd edək ki

4 oktyabr
.

Prezident Əhmədə nə dedi? - Fotolar

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Milli Gimnastika Arenasında cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirak edib. "Qafqazinfo" xəbər verir ki, Prezident əvvəlcə Bakıda keçirilən cüdo üzrə dünya çempionatında qızıl medal qazanan azərbaycanlı idmançı Əhməd Yusifovla görüşüb

5 oktyabr
.

Edin Cekonun millidə son oyunu: Ulduz futbolçu ilə belə vidalaşdılar - Video

Bosniya və Herseqovina milli komandası tarixinin ən sərrast oyunçusu, hücumçu Edin Ceko yığmadakı karyerasına yekun vurub. xarici KİV-ə istinadən xəbər verir ki, İsveçlə oyunun 11-ci dəqiqəsində Bosniya və Herseqovina azarkeşləri Sarayevodakı stadionun yaxınlığında yerləşən binada milli komandada so

3 oktyabr
.

4 cüdoçumuz dünya çempionatında tatamiyə çıxır

Bu gün Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatında dördüncü yarış gününün görüşləri keçiriləcək. "Qafqazinfo" xəbər verir ki, Milli Gimnastika Arenasında Azərbaycan millisinin 4 üzvü qadınların -63 kq və kişilərin -81 kq çəki dərəcələrində tatamiyə çıxacaq. Qadınların -6

7 oktyabr
.

"Murov Az Terminal" voleybolçu Anastasiya Baydyuku transfer edib

Qadınlardan ibarət "Murov Az Terminal" voleybol kollektivi heyətinə yeni oyunçu cəlb edib. Bu barədə -a klubun mətbuat xidmətindən məlumat verilib. Komanda hücumçu Anastasiya Baydyuku sıralarına cəlb edib. Gənc voleybolçu qarşıdakı mövsümdə "Murov Az Terminal"ın uğurları üçün mübariz

28 sentyabr
.

"Barselona" Holannın keçidi üçün 151 milyon avro təklif etməyi planlaşdırır

İspaniya təmsilçisi "Barselona" İngiltərənin "Mançester Siti" klubunun futbolçusu Erlinq Holannın mümkün transferi üçün hazırlıqlara başlayıb. "İndykaila News"a istinadən xəbər verir ki, hazırkı ölkə çempionu norveçli hücumçu üçün növbəti yay 151 milyon avro təklif etməy

30 sentyabr
.

Ronaldo 18 ildən sonra ilk dəfə...

Kriştianu Ronaldo Portuqaliya millisinin Norveçə qarşı keçirdiyi oyunu ehtiyatdan izləyib. "Qafqazinfo" xəbər verir ki, 18 ildən sonra ilk dəfə superulduz yığmasının heyətində rəsmi matçda meydana çıxmayıb. Portuqalların 2:1 hesabı ilə qalib gəldikləri matçda Ronaldo sonradan da oyuna daxi

28 sentyabr