Azərbaycan və Kamboca əməkdaşlığı genişləndirir

Azərbaycan və Kamboca əməkdaşlığı genişləndirirAzərbaycanın praqmatik xarici siyasət kursu dünya ölkələri ilə milli maraqlara söykənən əməkdaşlığın genişlənməsinə, qarşılıqlı etimadın möhkəmlənməsinə və dövlətlərarası münasibətlərin bərabərhüquqlu prinsiplər əsasında inkişafına xidmət edir. Qoşulmama Hərəkatında Azərbaycanın fəaliyyəti suverenliyə hörmət, ədalət meyarları və beynəlxalq hüququn prinsiplərinə əsaslanan əməkdaşlıq xəttinin göstəricisidir.
Birmənalı şəkildə demək olar ki, dünya ölkələri Azərbaycanla əməkdaşlığın inkişafında maraqlıdır. Çünki dövlətimizin sözü də, imzası da etibarlıdır! İmzalanan sənədlərə sədaqət, üzərinə götürülən öhdəliklərin yerinə yetirilməsi və tərəfdaşlıq münasibətlərinə məsuliyyətli yanaşma ölkəmizin beynəlxalq nüfuzunu müəyyən edən başlıca amillərdəndir.
Kamboca Krallığının Baş naziri Hun Manetin ölkəmizə səfəri, keçirilən görüşlər və imzalanan sənədlər Azərbaycanla Kamboca arasında əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanların mövcudluğunu nümayiş etdirdi.
Bu səfər dövlətlərarası münasibətlərin qarşılıqlı hörmət, etimad və ortaq maraqlar əsasında inkişafına verilən əhəmiyyətin ifadəsi kimi yadda qaldı.
Prezident İlham Əliyev beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycanla Kamboca arasında fəal əməkdaşlığın mövcudluğunu qeyd edərək BMT, Qoşulmama Hərəkatı və AQEM çərçivəsində siyasi əlaqələrin inkişaf etdiyini bildirdi.
Dövlət başçısı ikitərəfli təmasların intensivləşdirilməsinin, ticarət və investisiya əlaqələrinin genişləndirilməsinin, təhsil, turizm və nəqliyyat sahələrində əməkdaşlığın inkişafının vacibliyini söylədi. Parlamentlərarası əlaqələrə toxunan Prezident hər iki ölkənin parlamentlərində dostluq qruplarının fəaliyyət göstərdiyini və Kambocanın dəstəyi ilə Azərbaycan parlamentinin ASEAN Parlamentlərarası Assambleyasında müşahidəçi statusu əldə etdiyini diqqətə çatdırdı. Prezident iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün mövcud imkanların hərtərəfli araşdırılmasının və qarşılıqlı sərmayə qoyuluşunun təşviqinin vacibliyini də vurğuladı. "ASAN" xidmət modelinə Kambocada göstərilən maraq Azərbaycanın dövlət idarəçiliyi sahəsində təcrübəsinin beynəlxalq səviyyədə öyrənilməsinə və tətbiqinə şərait yaradır. Dövlət başçısının mina problemi, sülh və təhlükəsizlik məsələlərinə dair fikirləri beynəlxalq hüquqa, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmətin regional və qlobal əməkdaşlığın əsas şərtlərindən biri olduğunu nümayiş etdirən mühüm mesaj oldu.
Ölkəmiz qlobal əməkdaşlıqda dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə daim hörmətlə yanaşıb. Kamboca Krallığı ilə münasibətlərdə də Azərbaycan bu prinsiplərə sadiqliyini qoruyur. Ali qonağın da vurğuladığı kimi Kambocanın və Azərbaycanın ikitərəfli əməkdaşlığı gücləndirmək əzmi çoxtərəfli müstəvidə qarşılıqlı fəaliyyətimizin inkişafına da töhfə verəcəkdir. Beləliklə, bu səfərin Azərbaycan və Kamboca arasında əməkdaşlığın daha da güclənməsinə yeni imkanlar açacağı şübhə doğurmur.

Altay Əliyev - Şəhid ailələri, əlillər və müharibə veteranlarının müdafiəsi İctimai Birliyinin fəxri üzvü


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 226   Tarix: 13 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan-Kamboca münasibətləri inkişaf yolundadır

Azərbaycan ilə Kamboca Krallığı arasında münasibətlər çoxtərəfli beynəlxalq platformalarda sıx tərəfdaşlıq və son dövrlərdə daha da intensivləşən ikitərəfli əməkdaşlıq çərçivəsində ardıcıl inkişaf etməkdədir. İki ölkə arasında rəsmi diplomatik əlaqələrin əsası 1994-cü il dekabrın 28-də qoyulub. Ötə

13 oktyabr
.

Ermənistanda saxlanılan Azərbaycan hərbçisi ifadə verdi: "Mənə bıçaqla hücum edib döydülər"

Qeyri-müəyyən şəraitdə Ermənistan sərhədini keçərək Şəki kəndinə (Zəngəzur) daxil olan Azərbaycan hərbçisi Nəsimi Musayev dindirmə prosesində heç kimə zərər yetirmək niyyətində olmadığını bildirib. xəbər verir ki, bu barədə dindirmə materiallarının bəzi detallarını əldə edən Ermənistanın "Joxovurd"

13 oktyabr
.

Yeni əməkdaşlıq imkanları və strateji tərəfdaşlıq

Azərbaycan ilə Kamboca arasında qarşılıqlı hörmətə, suverenliyə, ərazi bütövlüyünə və ortaq maraqlara əsaslanan əməkdaşlığın genişləndirilməsi baxımından yeni imkanlar yaradır. Dövlətlərarası münasibətlərin inkişafı yalnız siyasi dialoqla məhdudlaşmır, eyni zamanda iqtisadiyyat, ticarət, investisiya

13 oktyabr
.

2003-cü il 15 oktyabr tarixin yaddaşına həkk olundu

15 oktyabr 2003-cü il tarixdə keçirilən prezident seçkilərində xalqımızın düzgün seçim edərək, Ulu Öndərimiz Heydər Əliyevin müraciətini dəyərləndirərək cənab İlham Əliyevə səs verməsi möhtəşəm nailiyyətlərimizin əsasını təşkil edir. Keçirilmiş seçkilərdə Azərbaycanda seçicilərin 76 faizdən çoxu cəna

12 oktyabr
.

Azərbaycanın və Kambocanın birinci xanımları görüşüblər

Oktyabrın 12-də Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva Kamboca Krallığının birinci xanımı Piç Çanmoni ilə görüşüb. bununla bağlı AZƏRTAC-a istinadən xəbər verir

12 oktyabr
.

Prezident Quba-Xəzəryanı üzrə hasilatın pay bölgüsü haqqında Sazişi təsdiqləyib

2026-cı il fevralın 18-də Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikasının Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarının bəzi hissələrini əhatə edən ərazi (Quba Xəzəryanı) üzrə kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü haqqında" Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti il

12 oktyabr
.

İlham Əliyev üç ölkə ilə imzalanmış sənədləri təsdiqlədi

Azərbaycan Respublikası Hökuməti ilə Monqolustan Hökuməti arasında hava əlaqəsi haqqında Saziş təsdiq edilib. -a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb. Saziş 2026-cı il mayın 6-da Leypsiq şəhərində imzalanıb. Bundan başqa, dövlətimizin başçısı "Azərbayca

12 oktyabr
.

Kambocadan Azərbaycana səfirlik açmaq təklifi

Kamboca Azərbaycana Pnompendə səfirlik açmağı təklif edib. xəbər verir ki, bu fikirləri Kamboca Ticarət Palatasının prezidenti Neak Oknha Kith Azərbaycan-Kamboca biznes forumunda deyib. O bildirib ki, turizmə sərmayə və ticarəti sürətləndirmək üçün birbaşa uçuş da həyata keçirilməlidir:. "Azərbayca

12 oktyabr
.

İlham Əliyev TDT-nin əqli mülkiyyət qurumları rəhbərlərinin görüşünün iştirakçılarına müraciət ünvanlayıb

Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin 2-ci Görüşünün iştirakçılarına müraciət ünvanlayıb. -a istinadən həmin müraciətin mətnini təqdim edir:. "Sizi Bakı şəhərində TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərini

12 oktyabr