Prezident İlham Əliyev Vyetnamın vitse-prezidenti ilə görüşüb - Foto
Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vyetnam Sosialist Respublikasının Vitse-prezidenti Vo Thi An Suan ilə görüşüblər.
Oxu.Az AZƏRTAC-a istinadla xəbər verir ki, dövlətimizin başçısı Vyetnamın Vitse-prezidenti Vo Thi An Suanın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Bakıda keçiriləcək Zirvə Görüşündə iştirakına görə minnətdarlığını bildirib, bu səfərin, eyni zamanda, gündəlikdə duran ikitərəfli məsələlərin müzakirəsi üçün imkan yaratdığını deyib.
Özünün Vyetnama, Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın isə Azərbaycana səfərini xatırladan Prezident İlham Əliyev bu səfərlər zamanı aparılmış müzakirələrin əhəmiyyətini qeyd edib, əlaqələrimizin strateji tərəfdaşlıq mahiyyəti daşıdığını bir daha vurğulayıb.
Azərbaycan Prezidenti ölkəmizin AQEM-də sədrliyinin müddətinin uzadılmasına göstərdiyi dəstəyə görə Vyetnama minnətdarlığını ifadə edib.
Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya qəbula görə təşəkkür edən qonaq ölkəmizə daha əvvəlki səfərini və dövlətimizin başçısı ilə görüşünü məmnunluqla xatırlayıb.
Vitse-prezident Vo Thi An Suan Azərbaycanın əldə etdiyi nailiyyətlər, həmçinin AQEM-ə uğurla sədrliyi və bu qurumun Zirvə Görüşünün Bakıda keçirilməsi münasibətilə təbriklərini çatdırıb. O qeyd edib ki, ölkəsi Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir.
Azərbaycanla Vyetnam arasında tarixi əlaqələri qeyd edən qonaq Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin baş katibinin ölkəmizə səfəri zamanı strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanatın qəbul olunmasının əlaqələrimizin yeni səviyyəyə çatdırılmasında mühüm rol oynadığını bildirib.
Vyetnam Sosialist Respublikasının Prezidenti Ho Şi Minin Azərbaycana, ulu öndər Heydər Əliyevin SSRİ rəhbərliyində olduğu zaman Vyetnama, həmçinin dövlətimizin başçısının bu ölkəyə səfərləri məmnunluqla xatırlanıb, bu tarixi irsin Azərbaycan-Vyetnam əlaqələrinin inkişafında mühüm rol oynadığı qeyd edilib.
Qonaq Vyetnamın azadlıq mübarizəsindən sonra bu ölkənin inkişafında, həmçinin energetika sektorunun bərpasında, kadr potensialının hazırlanmasında vaxtilə Azərbaycanın göstərdiyi dəstəyin yüksək qiymətləndirildiyini deyərək, bunun ölkələrimiz arasında əməkdaşlıq üçün yaxşı tarixi ənənə və əsas yaratdığını qeyd edib. O, həmçinin sovet dövründə minlərlə vyetnamlı tələbənin Azərbaycanda təhsil aldığını məmnunluqla xatırlayıb.
Görüşdə Azərbaycan və Vyetnamın beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı qeyd edildi, siyasi əlaqələrimizin ruhuna uyğun olaraq iqtisadi, ticarət, nəqliyyat-logistika, bərpaolunan enerji, turizm, sərmayələr, azad viza rejiminin tətbiqi sahələrində tərəfdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
Energetika sahəsində əməkdaşlığa toxunularaq, SOCAR ilə "PetroVyetnam" arasında Anlaşma Memorandumunun imzalandığı və bundan irəli gələrək tərəfdaşlığın daha da genişləndirilməsi ilə bağlı məsələlər müzakirə olunub.
Qonaq Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun Vyetnamda həyata keçirdiyi humanitar və mədəni layihələrə görə təşəkkürünü bildirib, Fondun vitse-prezidenti Leyla Əliyevanın Vyetnama səfərini məmnunluqla xatırlayıb.







Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bakı, Sumqayıt və Abşeronda pensiyalar nə vaxt ödəniləcək?
"Azərbaycanda hicabın qadağan olunmasını heç yerdə görmürəm" - Video
Aldığı "Jeep" nasaz çıxdı, şikayət etdiyi üçün məhkəməyə verildi - "İST Cars"ın iddiası rədd edildi
Kəmaləddin Heydərov Biləsuvarın rəisini vəzifəsindən azad etdi
Azərbaycan milli geyim mədəniyyətində xüsusən, qadın baş örtüyü əsrlər boyu xüsusi estetik, fəlsəfi və milli məna daşımışdır
Ehtiyatda olan polkovnik-leytenant vəfat etdi
Ermənistanda saxlanılan Azərbaycan hərbçisi ifadə verdi: "Mənə bıçaqla hücum edib döydülər"
Bəhruz Quliyev: "Kəlağayı Azərbaycan qadınının milli kimliyi və dünyəvi mədəniyyətimizin rəmzidir"
Müşfiq Abbasov məktəblərdə geyim tələbləri barədə danışdı
İlk dəfə meyitdən ürək transplantasiya edilən Tovuz sakini vəfat etdi
İstirahət günləri gec oyananları hansı təhlükə gözləyir?
Məktəb direktorunun maşınını yandıran həbs edildi - Video
136 saylı məktəbdə yaranan insidentdə iki məktəbli xəsarət aldı
Sergey Lavrov Bakıya gəldi
"Roşka" ləqəbli tiktokerə hökm oxundu