Azərbayca və Kamboca əlaqələrini genişləndirən səfər
Azərbaycan dünyanın müxtəlif qitələrində yerləşən dövlətlərlə ikitərəfli əlaqələri ərazi bütövlüyü tam bərpa olunduqdan sonra daha da genişləndirdi. Bu proses siyasi müstəvidə yaranıb, müxtəlif istiqa¬mət-lərdə uğurla davam etdirilir. Azərbaycan Cənub-Şərqi Asiya dövlətləri ilə də belə əla¬qələri bəşəri dövlətçilik şərti bilir.
Cənub-Şərqi Asiya dövləti olan Kamboca da dünyanın inkişaf etmiş dövlətlərindən biri kimi Azərbaycanla siyasi əlaqələr formatında müxtəlif istiqamətlərdə münasibətlər qurub. Bu günlərdə Kambocanın Baş naziri Nun Manetin Azərbaycana səfəri də bu niyyətin təzahürüdür. Bu səfər zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev mətbuata verdiyi bəyanatda Azərbaycanın beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlıq etdiyini, dövlətlərin bir-birini dəstəklədiyini xatırladaraq qeyd etdi ki, ticarət və sərmayə qoyuluşu sahələrində hansı işləri görə biləcəyimizi də müəyyənləşdirməliyik: "Biz bu imkanları geniş müzakirə etdik, ticarət və investisiya əməkdaşlığımızın praktiki aspektləri ilə məşğul olacaq birgə işçi qrupu yaratdıq. Beləliklə, imkanlar çoxdur. Yeganə maneə məsafə ola bilər. Lakin müasir dünyada bu, böyük problem deyil. Digər məsələ məlumat çatışmazlığıdır və biz bu boşluğu aradan qaldırmalıyıq. Ümid edirəm ki, bu gün Azərbaycanın və Kambocanın çoxsaylı şirkətlərinin iştirakı ilə keçirilən biznes forumu bir-birimizi, mövcud imkanları, iqtisadi və investisiya prioritetlərimizi daha yaxından tanımağa, sıx iqtisadi əməkdaşlığın qurulması yollarını müəyyənləşdirməyə kömək edəcək".
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev zaman anlamında o qədər də keçmişdə qalmayan dövrü - Sovet İttifaqı dövrünü də yada saldı. Rejimi deyil, o rejimin daxilində Azərbaycanı! Azər¬baycan o illərdə yüzlərlə Kambocalı gəncin ali təhsil almasının cəfakeşi olmuşdu. Müasir Azərbaycanın o illərdə Azərbaycanda ali təhsil almış Kambocalı mütəxəssislərin söh¬bətləri ilə gəncləşmiş Kambo¬calı yeniyetmələr üçün də sevgilərlə xatırlanan bir dövlət oldu¬ğu¬na kimsə şübhə edə bilməz. Dövlət başçımız bu haqda inamla bildirdi: "Hesab edirik ki, bu ənənəni bər¬pa etməli və hər iki ölkədə qarşılıqlı təhsil imkanları yaratmalıyıq. Bu, həm də xalqlarımız arasında təmasların daha da genişlənməsinə kömək edəcək...".
Azərbaycanda son illərdə yaradılan bir xidmət sahəsi - "ASAN xidmət" - vətəndaşların istər vaxtına qənaət baxımından, istərsə də əlavə psixoloji gərginlik yaranmaması baxımından olduqca təqdirəlayiq yenilik kimi tarixləşdi. Bu xidmət sərhədlərimizdən kənarda da təqdir edilməkdədir. Kamboca da "ASAN xidmət"ə maraq göstərir. Dövlət başçımız qürurla dedi: "...məmnunuq ki, öz səmərəliliyini sübut etmiş və Azərbaycan cəmiyyətində təqribən 100 faizlik müsbət qiymətləndirmə qazanmış "ASAN" dövlət xidmət¬ləri sistemimiz Kambocada da maraq doğurur. Bu sistem artıq Azərbaycanın dostu olan bir çox ölkələrdə tətbiq edilir. Əminəm ki, bu da ikitərəfli müna¬sibətlərimizə yaxşı töhfə verə bilər".
Bəyanatında hər iki ölkənin parlamentlərarası qrupunun fəaliyyət göstərdiyini də, Azərbaycan parlamentinin Kambocanın dəstəyi ilə ASEAN Parlamentlərarası Assambleyasında müşahidəçi statusu əldə etdi¬yini də xatırladan dövlət başçımız Kambocanın Baş naziri Hun Manetin Azər¬baycana səfəri zamanı hər iki ölkə üçün ümumi problem olan mina məsələsinin müzakirə edil¬di¬yi¬ni də bildirdi.
Sülh və təhlükəsizliyin beynəlxalq hüquq normalarına, suverenlik və ərazi bütövlüyü prinsiplərinə əsaslanmalı olduğunu da xatırladan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dedi: "Digər məsələ sülh və təhlükəsizlikdir. Hər iki ölkə sülhü və təhlükəsizliyi inkişafın əsas şərti hesab edir. Sülh və təhlükəsizlik beynəlxalq hüquq normalarına, suverenlik və ərazi bü¬töv¬lüyü prinsiplərinə əsaslanmalıdır. Azərbaycan 30 illik işğaldan sonra öz ərazi bütövlüyünü və suverenliyini güc yolu ilə bərpa etmişdir.
İndi Azərbaycan torpaqlarının hər qarışı Azərbaycan dövlətinin və xalqının nəzarəti altındadır. Hazırda erməni işğalçı qüvvələrindən təmizlənmiş ərazilərdə genişmiqyaslı bərpa işləri aparılır və "Böyük Qayıdış" Proqramı həyata keçirilir. Artıq ərazilərdə 100 minə yaxın insan yaşayır və çalışır. Bu proses davam edir. Beləliklə, biz keçmişdə də, hazırda da müəyyən mənada oxşar çağırışlarla üzləşmişik. Bu¬nunla yanaşı, beynəl¬xalq hüquqa və beynəlxalq təşkilatların qərarlarına qəti sadiqlik də bizi birləşdirən amillərdəndir".
Kambocanın Baş naziri Hun Manetin Azərbaycana səfəri zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin mətbuata verdiyi bəyanat təkcə Azərbaycan gerçəkliklərinin ifadəsi olmadı, həm də dünyəvi siyasətin konturları haqqında bilgi kimi dinlənildi...
Ramil Qədimquliyev - hüquqşünas, BDU-nin doktorantı
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bakıda genişmiqyaslı əməliyyat: 200-dən çox şəxs saxlanıldı - Foto
Bakı, Sumqayıt və Abşeronda pensiyalar nə vaxt ödəniləcək?
"Sahar Azəri"nin yayımladığı hicab aksiyası Azərbaycana aid deyil
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən - 37 nəfər həbs olundu
Bu rayonda 2 gün su olmayacaq - Xəbərdarlıq
Məktəblərə hücum, yandırılan avtomobillər və İran izi: Hədəf Azərbaycanın gələcəyidirmi?
Sabah Azərbaycanda güclü külək əsəcək (XƏBƏRDARLIQ)
Məktəb direktorunun maşını yandırıldı - Fotolar
Qızıl bazarında son vəziyyət
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Yasamalda məktəbi yandırmağa cəhd etdilər - Foto
Vahid məktəbli forması milli kimliyin qorunması və xarici müdaxilələrə qarşı ideoloji dayanıqlılığın gücləndirilməsi vasitəsi kimi
Məktəbdə hər geyimə icazə verilmir: Şagirdlər bu qaydalara əməl etməlidir - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Hicab məsələsi İran mediasının gündəmində: Azərbaycanın daxili işinə niyə qarışırlar?
Azərbaycanda ideoloji təhlükəsizlik və dini-mənəvi dəyərlərə dövlət qayğısı