Laos Prezidentinin Bakıda rəsmi qarşılanma mərasimi olub - Foto
Oktyabrın 13-də Bakıda Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin rəsmi qarşılanma mərasimi olub.
Sonxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Laos prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Azərbaycan Prezidenti İlham Əliyev Laos Prezidenti Thonqlun Sisuliti qarşılayıb.
Fəxri qarovul dəstəsinin rəisi Laos prezidentinə raport verib.
Laos Xalq Demokratik Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirilib.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Laos Prezidenti Thonqlun Sisulitin qarşısından keçib.
Azərbaycan nümayəndə heyətinin üzvləri Prezident Thonqlun Sisulitə, Laos nümayəndə heyətinin üzvləri isə Prezident İlham Əliyevə təqdim olunub.
Sonda dövlət başçıları rəsmi foto çəkdiriblər.









Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 213 Tarix: 13 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycan və Kamboca arasında əməkdaşlıq memorandumu mübadilə edilib
Azərbaycanın Ticarət və Sənaye Palatası ilə Kamboca Ticarət Palatası arasında imzalanmış Anlaşma Memorandumu mübadilə edilib. xəbər verir ki, sənəd Bakıda keçirilən Azərbaycan-Kamboca Biznes Forumu çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov və Kambocanın Baş naziri Hun Manetin iştirakı ilə mübadil
12 oktyabrİlham Əliyevin Hun Manet ilə geniş tərkibdə görüşü olub - Foto
Oktyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Kamboca Krallığının Baş naziri Hun Manet ilə geniş tərkibdə görüşü olub. AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə çıxış edən Prezident İlham Əliyev deyib:. "Cənab Baş nazir, hörmətli qonaqlar, bir daha Azərbaycana xoş gəlmisiniz
12 oktyabrLaos prezidenti Fəxri xiyabanı və Zəfər parkını ziyarət edib - Foto
Azərbaycanda rəsmi səfərdə olan Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit oktyabrın 13-də Fəxri xiyabanı ziyarət edib. AZƏRTAC-a istinadən xəbər verir ki, Laos prezidenti burada Azərbaycan xalqının ümummilli lideri, müasir müstəqil dövlətimizin banisi Heydər Əliyevin məzarı önün
13 oktyabrİlham Əliyevin Thonqlun Sisulitlə geniş tərkibdə görüşü olub - Foto
Oktyabrın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitlə geniş tərkibdə görüşü olub. AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev görüşdə çıxış edərək deyib:. "Bir daha xoş gəlmisiniz, cənab Prezident. Ço
13 oktyabrBöyük zəfərlərlə zəngin 23 il
2003-cü ilin 15 oktyabr tarixində Azərbaycanda keçirilən Prezident seçkilərində İlham Əliyev çox böyük səs çoxluğu ilə qaələbə azanaraq Azərbaycan Respublikasınını Prezidenti seçildi. Azərbaycan xalqı ona böyük etimad göstərərək öz səsini Ulu Öndər Heydər Əliyev siyasətinin davamçısına verdi. Keçən 2
12 oktyabrLaos Prezidentinin Bakıda rəsmi qarşılanma mərasimi olub - Foto
Oktyabrın 13-də Bakıda Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin rəsmi qarşılanma mərasimi olub. AZƏRTAC-a istinadən xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Laos prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Azərbaycan Prezidenti İlha
13 oktyabr