Bakı Bəyannaməsi qəbul edilib
Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşü çərçivəsində Bakı Bəyannaməsi qəbul edilib.
Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, xsənəddə Azərbaycanın AQEM-ə sədrliyi üzv dövlətlər tərəfindən yüksək qiymətləndirilir, ölkəmizin ikiillik sədrliyi dövründə müxtəlif istiqamətlər üzrə irəli sürdüyü təşəbbüslər və təşkil etdiyi tədbirlər alqışlanır.
Bakı Bəyannaməsində beynəlxalq nizamın təşviqi, hərbi-siyasi, iqtisadi və ekoloji sahələrdə mövcud risklərə qarşı mübarizə yolları ilə bağlı konkret müddəalar əksini tapıb. Sənəddə, həmçinin, dözümlülüyün və sivilizasiyalararası dialoqun təşviqinə, təhlükəsizlik və rifah naminə elm, təhsil və innovasiyalardan istifadənin genişləndirilməsinə xüsusi diqqət yetirilir. Bununla yanaşı, süni intellektin inkişafı nəticəsində yaranan imkanlar və risklər də sənəddə ön plana çəkilir.
Bəyannamədə üzv dövlətlər arasında iqtisadi əlaqələrin inkişaf etdirilməsi, nəqliyyat, enerji və rəqəmsal bağlantıların gücləndirilməsi, eləcə də enerji təhlükəsizliyinin təmin olunması ilə bağlı müddəalar da yer alır.
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 322 Tarix: 15 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Laos üzv dövlət qismində AQEM-ə qoşulub
Laos Xalq Demokratik Respublikası üzv dövlət qismində AQEM-ə qoşulub. AZƏRTAC-a istinadla xəbər verir ki, bu barədə məsələ AQEM-in 7-ci Zirvə Toplantısının gündəliyinə daxil edilib. Məsələ üzv dövlətlər tərəfindən dəstəklənib
15 oktyabrBakıda AQEM-in 7-ci Zirvə Toplantısına hazırlıq işləri görülür
Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısına hazırlıq işləri aparılır. xəbər verir ki, toplantının keçirilməsi ilə bağlı hazırlıq prosesi çərçivəsində müvafiq tədbirlər həyata keçirilir. [hh4-unikal]
15 oktyabrİlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
Oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidanı qəbul edib. AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə Azərbaycan-Türkiyə münasibətlərində son dövrlərdə müşahidə olunan proseslər ətrafında fikir mübadiləsi aparılıb
15 oktyabrBakı Bəyannaməsi qəbul edilib
Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşü çərçivəsində Bakı Bəyannaməsi qəbul edilib. AZƏRTAC-a istinadən xəbər verir ki, xsənəddə Azərbaycanın AQEM-ə sədrliyi üzv dövlətlər tərəfindən yüksək qiymətləndirilir, ölkəmizin ikiillik sədrliyi dövründə müxtəli
15 oktyabrBakıda AQEM-in 7-ci Zirvə Görüşü keçirilib - Foto/Video
Oktyabrın 15-də Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşü keçirilib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edən dövlət və hökumət başçılarını qarşılayıb. Azərbaycan Prezidenti İlham Əliyev tədbir
15 oktyabr