ANA VƏTƏN PARTİYASININ BƏYANATI

ANA VƏTƏN PARTİYASININ BƏYANATISon günlər beynəlxalq mətbuatda Azərbaycana qarşı aparılan qərəzli informasiya kampaniyaları, ölkəmizin daxili məsələlərinin məqsədli şəkildə təhrif olunması və ictimai rəyə təsir göstərmək cəhdləri ciddi narahatlıq doğurur. Xüsusilə ümumtəhsil müəssisələrində vahid məktəbli formasının tətbiqi məsələsinin dini azadlıqların məhdudlaşdırılması kimi təqdim edilməsi, mövzu ətrafında süni ajiotaj yaradılması və Azərbaycanın dünyəvi dövlətçilik prinsiplərinin hədəfə alınması tamamilə qəbuledilməzdir.

Ana Vətən Partiyası olaraq sözügedən məsələ ilə bağlı mövqeyimizi daha əvvəl də ictimaiyyətə açıqlamışıq. Bir daha vurğulayırıq ki, Azərbaycan dünyəvi, demokratik və hüquqi dövlətdir. Ölkəmizdə vicdan və dini etiqad azadlığı Konstitusiya ilə təmin olunur, hər bir vətəndaşın dini inanclarına hörmətlə yanaşılır. Vahid məktəbli formasının tətbiqi təhsil müəssisələrində bərabərliyin, nizam-intizamın və vahid təhsil mühitinin təmin olunmasına xidmət edir.

Azərbaycanın milli-mənəvi dəyərlərinin, dünyəvi dövlətçilik ənənələrinin və təhsil siyasətinin xarici siyasi maraqlar naminə manipulyasiya predmetinə çevrilməsi yolverilməzdir. Ölkəmizin daxili məsələlərinə müdaxilə etmək, cəmiyyətdə dini zəmində süni qarşıdurma yaratmaq və həssas mövzulardan siyasi təzyiq vasitəsi kimi istifadə etmək cəhdlərini qətiyyətlə pisləyirik.

Azərbaycanın dövlət siyasəti xalqımızın milli maraqlarına, Konstitusiyanın tələblərinə və dünyəvi dövlətçilik prinsiplərinə əsaslanır. Bu siyasətin istiqamətlərini müəyyən etmək Azərbaycan dövlətinin müstəsna suveren hüququdur. Heç bir xarici dairənin qərəzli mövqeyi və məqsədli informasiya manipulyasiyaları ölkəmizin müstəqil siyasi iradəsinə təsir göstərə bilməz.

Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi müstəqil dövlətçilik strategiyası, dünyəvilik prinsipləri və milli-mənəvi dəyərlərə söykənən siyasi irs bu gün Möhtərəm Cənab Prezident İlham Əliyev tərəfindən qətiyyətlə və ardıcıl şəkildə davam etdirilir. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən müstəqil dövlət siyasəti Azərbaycanın suverenliyinin, milli maraqlarının və dünyəvi dövlətçilik prinsiplərinin qorunmasının sarsılmaz təminatıdır.

Azərbaycanın daxili işlərinə müdaxilə cəhdlərini qətiyyətlə pisləyir, dövlətimizin suveren qərarlarına hörmət edilməsinin vacibliyini vurğulayır və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 sentyabr 2026-cı il tarixli Qərarı ilə müəyyən edilmiş "Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri"nə dair tələbləri birmənalı və qətiyyətlə dəstəklədiyimizi bir daha bəyan edirik.

Azərbaycanın dünyəvi dövlətçilik prinsipləri, milli-mənəvi dəyərləri və təhsil siyasəti heç bir xarici qüvvənin siyasi manipulyasiya və müdaxilə predmetinə çevrilə bilməz. Ölkəmizin suveren hüquqlarını hədəfə alan, cəmiyyətimizdə süni qarşıdurma yaratmağa və dövlətimizin müstəqil qərarlarına təsir göstərməyə yönəlmiş istənilən cəhdi qətiyyətlə rədd edir və sərt şəkildə pisləyirik. Azərbaycanın daxili işlərinə müdaxilə etmək heç bir xarici dairənin səlahiyyətində deyil və dövlətimizin milli maraqlarına zidd olan heç bir təzyiqə, diktəyə və siyasi təxribata yol verilməyəcəkdir.

Ana Vətən Partiyası
15 Oktyabr 2026-cı il


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 76   Tarix: 15 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Türkiyə Ermənistanda keçiriləcək tədbirə qatılacaq

"BMT-nin Bioloji Müxtəliflik haqqında Konvensiyasının 17-ci Tərəflər Konfransında (COP17) Türkiyənin nazirlər səviyyəsində iştirak edəcəyi məlumdur. Lakin Azərbaycanın bu tədbirə qatılıb-qatılmayacağı barədə rəsmi təsdiqini tapmış hər hansı bir məlumat hələ ki, mövcud deyil". -ın Ermənista

15 oktyabr
.

Hakan Fidan Azərbaycana gəlir

Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycana səfər edəcək. Qaynarinfo xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb. O, sabah Bakıda keçiriləcək Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci sammitində iştirak edəcək

14 oktyabr
.

Türkiyədə Azərbaycana qarşı informasiya hücumları: Qardaşlıq münasibətləri niyə hədəfə çevrilir?

Azərbaycan-Türkiyə münasibətləri təkcə iki dövlət arasında diplomatik əməkdaşlıq deyil, ortaq tarixə, milli-mənəvi dəyərlərə və strateji maraqlara söykənən qardaşlıq modelidir. Məhz bu münasibətlərin xüsusi xarakteri Türkiyənin sosial media məkanında Azərbaycana qarşı səsləndirilən ittihamları, tanınmı

15 oktyabr
.

Qardaşlıqdan sui-istifadəyə, sosial şəbəkələrdən səfirlik qarşısındakı aksiyalara qədər

"Bir millət, iki dövlət" prinsipini heç kim siyasi təzyiq vasitəsinə çevirə bilməz - Azərbaycan müstəqil dövlətdir və öz yolunu özü müəyyənləşdirir.Azərbaycanla Türkiyə arasındakı münasibətlər ortaq tarixin, milli-mənəvi dəyərlərin, qarşılıqlı etimadın və sarsılmaz qardaşlıq bağlarının üzərind

15 oktyabr
.

Hakan Fidan və Sergey Lavrov Bakıda görüşdülər

Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin sammiti çərçivəsində Türkiyə xarici işlər naziri Hakan Fidanla rusiyalı həmkarı Sergey Lavrov arasında görüş baş tutub. -ın xəbərinə görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova açıqlam

15 oktyabr
.

Laos üzv dövlət qismində AQEM-ə qoşulub

Laos Xalq Demokratik Respublikası üzv dövlət qismində AQEM-ə qoşulub. AZƏRTAC-a istinadla xəbər verir ki, bu barədə məsələ AQEM-in 7-ci Zirvə Toplantısının gündəliyinə daxil edilib. Məsələ üzv dövlətlər tərəfindən dəstəklənib

15 oktyabr
.

Türkiyədə Azərbaycana qarşı informasiya hücumları: Qardaşlıq münasibətlərinə kölgə salan kampaniyaların pərdəarxası

Azərbaycanla Türkiyə arasındakı münasibətlər adi diplomatik əlaqələr çərçivəsinə sığmır. Bu münasibətlərin təməlində ortaq tarix, dil, mədəniyyət, milli yaddaş, qarşılıqlı etimad və çətin günlərdə nümayiş etdirilən həmrəylik dayanır. Məhz buna görə də Türkiyənin sosial media məkanında Azərbaycana qarş

15 oktyabr
.

Emoməli Rəhmon Azərbaycana yola düşüb

2026-cı il oktyabrın 14-də Tacikistan Respublikasının rəhbəri Emoməli Rəhmon Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə toplantısına qatılmaq məqsədilə Azərbaycana yola düşüb. -ın məlumatına görə, bu barədə xəbəri Tacikistan dövlət başçısının mətbuat xidmət

14 oktyabr
.

Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib - Foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 14-də Bəhreyn Krallığının xarici işlər naziri Əbdüllətif bin Rəşid Al Zayanini qəbul edib. AZƏRTAC-a istinadla xəbər verir ki, qonaq Bəhreyn Kralı Həməd bin İsa Al Xəlifənin salamlarını dövlətimizin başçısına çatdırıb və qeyd etdi ki, Kra

14 oktyabr