"Boz kardinal"ın ordenləri əlindən alına bilər: Ramiz Mehdiyev hansı təltiflərini itirəcək?

"Boz kardinal"ın ordenləri əlindən alına bilər: Ramiz Mehdiyev hansı təltiflərini itirəcək?Yeni Azərbaycan Partiyası (YAP) Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin dövlət təltiflərindən məhrum edilməsini istəyir. Partiyanın İdarə Heyətinin oktyabrın 16-da keçirilən iclasında bununla bağlı aidiyyəti üzrə vəsatət qaldırılması məqsədəuyğun hesab edilib.

Bəs uzun illər Azərbaycanın siyasi və dövlət idarəçiliyi sistemində mühüm vəzifələr tutmuş və siyasət kulislərində "Boz kardinal" adlandırılmış Ramiz Mehdiyev hansı dövlət təltiflərinə layiq görülüb? Onun hansı ordenləri əlindən alına bilər və bu prosesin hüquqi mexanizmi necədir?

Oxu.Az Modern.az-a istinadən xəbər verir ki, R.Mehdiyev Azərbaycan Respublikasının ən yüksək dövlət təltiflərinə sahibdir.

Onun Azərbaycan dövlətinin müstəqillik dövründə aldığı əsas ordenləri bunlardır: "İstiqlal", "Şərəf", "Şöhrət" və "Heydər Əliyev" ordenləri.

"İstiqlal" ordeni Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi və ölkənin inkişafı qarşısında xüsusi xidmətlərə görə verilən yüksək dövlət təltiflərindən biridir. Mehdiyev bu ordenə 2008-ci ildə layiq görülüb.

O, 2013-cü ildə "Şərəf" ordeni ilə də təltif olunub. Bu orden Azərbaycan qarşısında xidmətlərə görə verilən dövlət təltifidir.

Mehdiyevin növbəti mühüm təltifi "Şöhrət" ordeni olub. 2018-ci il aprelin 16-da o, Azərbaycanda dövlətçiliyin möhkəmləndirilməsində səmərəli fəaliyyətinə və elmin inkişafında böyük xidmətlərinə görə bu ordenlə təltif edilib.

"Boz kardinal"ın aldığı ən yüksək dövlət təltiflərindən biri isə "Heydər Əliyev" ordenidir. 23 oktyabr 2019-cu il tarixli sərəncamla o, dövlət idarəçiliyi və elmin inkişafı sahəsində səmərəli və uzunmüddətli xüsusi xidmətlərinə görə bu ordenə layiq görülüb.

Xarici dövlətlərin ordenləri də var

Ramiz Mehdiyevin təltifləri yalnız Azərbaycanla məhdudlaşmır. Onun bioqrafik məlumatlarında Rusiya və keçmiş SSRİ dövrünə aid mükafatlar da göstərilir.

Bu sırada SSRİ-nin "Qırmızı Əmək Bayrağı" ordeni, Rusiya Federasiyasının "Dostluq" və "Şərəf" ordenləri, eləcə də xarici qurumların verdikləri ayrı-ayrı medallar qeyd olunur.

Lakin indi söhbət Azərbaycan Respublikasının dövlət təltiflərindən gedir. Azərbaycan dövlətinin öz təltifləri ilə bağlı qərar qəbul etməsi başqa dövlətin verdiyi ordenin də avtomatik ləğvi demək deyil. Xarici təltiflərin taleyi onları təsis edən dövlətlərin qaydaları və səlahiyyətləri çərçivəsində həll oluna bilər.

Bundan başqa, Ramiz Mehdiyevin elmi fəaliyyəti ilə əlaqədar aldığı medal və mükafatları da var. Amma onların hamısını dövlət ordeni hesab etmək düzgün olmaz. Məsələn, 2021-ci ilin dekabrında o, Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı ilə təltif olunub.

Dövlət təltifləri hansı qaydada geri alına bilər?

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsi xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrumetmə məsələsini tənzimləyir.

Həmin maddəyə görə, ağır və ya xüsusilə ağır cinayət törətmiş şəxsin məhkum olunması zamanı məhkəmə işin hallarını, cinayətin ictimai təhlükəliliyini və təqsirkarın şəxsiyyətini nəzərə alaraq onun dövlət təltifindən məhrum edilməsinin zəruriliyi barədə qərar verə bilər.

Əgər söhbət Prezident tərəfindən verilmiş dövlət təltifindən gedirsə, məhkəmə həmin təltifdən məhrumetmə məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanına təqdimat göndərilməsi barədə qərar qəbul edə bilər.

Bu norma göstərir ki, dövlət təltifindən məhrumetmə sadəcə siyasi qərarla yekunlaşan proses deyil. Bunun üçün qanunvericilikdə nəzərdə tutulan əsaslar və müvafiq hüquqi prosedur tələb olunur.

Ramiz Mehdiyevin təqsirliliyi məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyən ediləndən sonra onun təltiflərdən məhrum ediləcəyi gözlənilir.

Ramiz Mehdiyev 1995-2019-cu illərdə Prezident Administrasiyasının rəhbəri, 2019-2022-ci illərdə Milli Elmlər Akademiyasının prezidenti vəzifələrində işləyib.

O, dövlət qulluğunun ən yüksək xüsusi rütbəsi olan həqiqi dövlət müşaviri ali xüsusi rütbəsinə malikdir.

Qeyd edək ki, Ramiz Mehdiyev barəsində 2025-ci ilin oktyabrında Dövlət Təhlükəsizliyi Xidmətində cinayət işi başlanıb. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 278.1-ci (hakimiyyəti zorla ələ keçirməyə və ya dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması) maddələri ilə ittiham olunur.

Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Murad Aslanovun sədrliyi ilə Ramiz Mehdiyevin cinayət işinə baxılır. Proses mətbuata qapalı keçirilir.


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 528   Tarix: 17 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan və Türkiyə birgə hərbi layihəyə start verib

Azərbaycan Ordusuna dəstək məqsədilə Ermənistan işğalından azad edilən bölgələrdə mina axtarışı və zərərsizləşdirilməsi fəaliyyətləri davam edir. xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyinin təşkil etdiyi mətbuat konfransında bildirilib. Qurum rəsmisinin sözlərinə görə, ölkənin Silahlı Qüvvələr

5 sentyabr 2021
.

İlham Əliyev və xanımı Şuşada "Qarabağ" hotelinin açılışında

Avqustun 29-da Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində yenidənqurma işləri yekunlaşan "Qarabağ" hotelinin açılışı olub. Unikal.org xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər. Qeyd edək ki, 1980-cı ild

29 avqust 2021
.

Sülh müqaviləsi nə zaman imzalanacaq? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan XİN rəhbəri Ceyhun Bayramov Azərbaycanın Ermənistanla münasibətləri normallaşdırmağa hazır oluğunu qeyd edərək, ölkəmizin bir daha sülhəmeyilli siyasət apardığını bildirib. Bununla yanaşı, erməni mediasında da Baş nazir Nikol Paşinyanın Azərbaycanla sülh müqaviləs

8 sentyabr 2021
.

Türkiyə səfirindən Bakının azad olunması ilə bağlı PAYLAŞIM

Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cahid Bağcı Bakının bolşevik və erməni quldur dəstələrinin işğalından azad edilməsinin ildönümü ilə bağlı paylaşım edib. "Bu gün Bakının bolşevik və erməni quldur dəstələrinin işğalından azad edilməsinin 103-cü ildönümüdür. B

15 sentyabr 2021
.

Sahibə Qafarova Avstriyaya gedir

Milli Məclisin Sədri Sahibə Qafarova Parlament Sədrlərinin V Ümumdünya Konfransında iştirak etmək üçün sentyabrın 5-də Avstriyanın paytaxtı Vyana şəhərinə işgüzar səfər edəcək. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən -a verilən məlumata görə, Parlamentlərarası İttifaqın, Avstriy

4 sentyabr 2021
.

Zakir Həsənov Ərdoğanla görüşdü

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənovu və Müdafiə nazirinin müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyevi qəbul edib. "Qafqazinfo" xəbər verir ki, qəbulda Türkiyənin Milli Müdafiə naziri Hulus

14 sentyabr 2021
.

Kremldən Bakıya xoş olmayan mesaj - Rusiya generalı niyə İrəvana göndərdi?

"Rüstəm Muradov hardan bilir ki, Rusiya hərbçiləri 5 ildən sonra da Qarabağda qalacaqlar? Axı bu onun səlahiyyətinə aid olmayan məsələdir". -ın məlumatına görə, bunu -a açıqlamasında "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib. Politoloq bildirib ki, Kosobokovu

10 sentyabr 2021
.

"Üç Qardaş - 2021" təliminin əhəmiyyəti ilə bağlı türkiyəli generaldan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Bakıda ilk dəfə olaraq Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin "Üç Qardaş - 2021" birgə beynəlxalq təlimi keçiriləcək. Birgə təlimin əsas məqsədi döyüş əməliyyatlarının aparılması zamanı dost və tərəfdaş ölkələrin xüsusi təyinatlı bölmələrini

13 sentyabr 2021
.

"Vətəndaş cəmiyyətində nə iqtidar, nə də müxalifət olmur" - AÇIQLAMA

İstiqamət: vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu. "Vətəndaş cəmiyyəti" ifadəsi 18-ci əsrdə yaranıb. "Vətəndaş cəmiyyəti" deyəndə Azərbaycanda tək QHT-lər başa düşülür. Vətəndaş cəmiyyəti həm özəl, həm də dövlət strukturundan kənarda olan, əsas da insan hüquq və azadlıqların

3 sentyabr 2021