Deputatın oğlunun da həbs edildiyi qanlı cinayətdə öldürülən Ceyhunun yeni fotoları - Video

Deputatın oğlunun da həbs edildiyi qanlı cinayətdə öldürülən Ceyhunun yeni fotoları - VideoBakının Xətai rayonunda restoranda baş verən qanlı cinayətdə öldürülən Ceyhun Mirağayevin ("Ceyhun Sabunçu") yeni fotoları yayılıb.

Oxu.Az həmin fotoları təqdim edir:

Deputatın oğlunun da həbs edildiyi qanlı cinayətdə öldürülən Ceyhunun yeni fotoları - VideoDeputatın oğlunun da həbs edildiyi qanlı cinayətdə öldürülən Ceyhunun yeni fotoları - VideoDeputatın oğlunun da həbs edildiyi qanlı cinayətdə öldürülən Ceyhunun yeni fotoları - VideoDeputatın oğlunun da həbs edildiyi qanlı cinayətdə öldürülən Ceyhunun yeni fotoları - VideoQeyd edək ki, hadisə oktyabrın 23-də saat 00:10-da General Şıxlinski küçəsində yerləşən "Ab Hava" restoranında baş verib. Kütləvi dava zamanı C.Mirağayev bıçaqlanaraq qətlə yetirilib.

Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə istintaq qrupu tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin planlı şəkildə təşkilində iştirak etdikləri müəyyən olunan Ramil Dadaşov, Eldar Eldarov, Əhməd Əlizadə, İsmayıl Kazımov, Həsən Zülfüqarov, Fərid Əyyublu, Xəyyam Səfixanov, Mikayıl İsmayılov, Kamran Əfəndiyev, Elvin Səfərov və Elmar Nuriyev həbs ediliblər.

Xatırladaq ki, Əhməd Əlizadə Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini, Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadənin oğludur. Məlumata görə, qətlin baş verdiyi ərazidə tərəflər arasında görüşü məhz Ə.Əlizadə təşkil edibmiş.

Deputatın oğlunun da həbs edildiyi qanlı cinayətdə öldürülən Ceyhunun yeni fotoları - VideoBundan başqa, qətli törətməkdə şübhəli bilinən şəxslərin "Sabunçu Emin" ləqəbli Emin Rəhimov və MMA idmançısı Elmar Cəfərov olduğu müəyyənləşib. Hadisə yerindən qaçaraq gizlənən şəxslər Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilərək saxlanılıblar. Onlar barəsində 4 ay həbs qətimkan tədbiri seçilib.

Onu da əlavə edək ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə saxlanılan şəxslərdən Kamran Səttar oğlu Əfəndiyev, Mikayıl Vəli oğlu İsmayılov, Ramil Zahir oğlu Dadaşov, Eldar Faiq oğlu Eldarov, Həsən Mehman oğlu Zülfiqarov və Əhməd Arzuxan oğlu Əlizadə barəsində Cinayət Məcəlləsinin 218.1-ci (Cinayətkar birlik yaratma), 218.2-ci (Cinayətkar birlikdə (təşkilatda), habelə mütəşəkkil dəstələrin təşkilatçılarının, rəhbərlərinin və ya sair nümayəndələrinin birliyində iştirak etmə), 234.4.1-ci (Narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsinin qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə), 234.4.3-ci (Külli miqdarda narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsi), 29, 234.4.1 (Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayətə cəhd etmə, qabaqcadan əlbir olan bir qrup şəxsin tərkibində və ya mütəşəkkil dəstə vasitəsilə törədildikdə) və 29, 234.4.3-cü (Narkotik vasitələr və ya psixotrop maddələrlə bağlı cinayətin külli miqdarda törədilməsinə cəhd) maddələri ilə ittiham elan olunub və onların barəsində də məhkəmənin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib.


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 499   Tarix: 26 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Qız nişanlısı ilə olan fotolara görə toyu ləğv etdi

Ukraynalı qadın nişanlısının onunla birlikdə çəkdirdiyi fotoları sosial şəbəkələrdə paylaşmaqdan imtina etməsi səbəbindən toyunu ləğv edib. xarici mediaya istinadən xəbər verir ki, Valentina adlı qadının sosial şəbəkələrdə fəal olan nişanlısı onunla birlikdə çəkdirdiyi fotoları paylaşmaq istəməyib. Qadını

18 oktyabr
.

Deputatın oğlunun adı qətldə hallanır: Atası və qardaşı vəzifələrini itirə bilərlər?

Bakıda ölümlə nəticələnən kütləvi davanın iştirakçılarından birinin, daha doğrusu qətli törətməkdiyi deyilən şəxsin - Əhməd Əlizadənin deputat Arzuxan Əlizadənin oğlu olduğu müəyyənləşib. Deputatın digər oğlu Orxan Əlizadə isə Xətai Rayon Məhkəməsinin hakimidir. Bəs, şəxsin cinayət törətməsi atasını

24 oktyabr
.

Binəqədidə yaşıllıqlar məhv edilir? - Sakinlər İcra Hakimiyyətini ittiham edir

Binəqədi rayonunun mərkəzi hissəsində aparılan tikinti işləri sakinlərin narazılığına səbəb olub. xəbər verir ki, sakinlərin məlumatına görə, bir müddət əvvəl hasara alınan ərazidəki yaşıllıqlar məhv edilib, daha sonra isə həmin sahədə dəmir konstruksiyalardan ibarət obyekt inşa olunmağa başlanıb. Sakinlə

24 oktyabr
.

Dubayda maşın alverçisi olan sevgilisi tərəfindən təhdid olunan xanım kömək istədi: "Həyatım təhlükə altındadır!"

"Real Azərbaycan"a müraciət edən Gülxar Novruzlu münasibətdə olduğu şəxs tərəfindən təhdid olunduğunu bildirir. Gülxar Novruzlunun sözlərinə görə, Dubayda avtomobil alveri ilə məşğul olan Seyid Hüseyn onunla münasibətə son qoyduğu üçün onu təhdid edir. O, həmçinin sosial şəbəkə hesablarınd

24 oktyabr
.

Bağçada nəzarətsiz qalan uşağın qolu qırıldı - Anbaan video

Sumqayıt şəhərində azyaşlı özəl uşaq bağçasında yıxılaraq xəsarət alıb. "Xəzər TV-yə istinadla xəbər verir ki, hadisə nəticəsində azyaşlının qolu sınıb. Hadisə Sumqayıtda fəaliyyət göstərən "Laləli" körpələr evi-uşaq bağçasında baş verib. Sumqayıt şəhər sakini Yaqub Yasinov iddia edi

15 oktyabr
.

Kəlbəcərdə AĞIR QƏZA: Bir nəfər ölüb, bir nəfər yaralanıb

Kəlbəcərdə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. "Report"a istinadən xəbər verir ki, hadisə Kəlbəcər-İstisu avtomobil yolunun şəhər ərazisindən keçən hissəsində baş verib. Belə ki, Kəlbəcər şəhər sakini 1967-ci il təvəllüdlü Bilal Nuriyev idarəetməni itirib, nəticədə "KİA"

29 oktyabr
.

İsmayıllıda ölümlə nəticələnən qəzanın səbəbi açıqlandı

İsmayıllı rayonunda bir nəfərin ölümü, iki nəfərin isə ağır xəsarət alması ilə nəticələnən zəncirvari qəzanın ilkin səbəbi məlum olub. xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb. Bildirilib ki, oktyabrın 16-da saat 15 radələrində rayonun Balik kəndi ərazisində Göyça

17 oktyabr
.

Qaxda məktəbdə şagird sinif yoldaşına xəsarət yetirib

Qaxın Zəyəm kəndində məktəbdə yıxılan şagird xəsarət alıb. APA-ya istinadən xəbər verir ki, kənd sakini 2012-ci il təvəllüdlü İ.Mustafazadə təhsil aldığı Zəyəm kənd tam orta məktəbində yıxılaraq xəsarət alıb. 9-cü sinif şagirdi olan İ. Mustafazadə Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirlib. Ona ilki

20 oktyabr
.

Deputatın oğlunun iştirakı ilə dəhşətli cinayətdə öldürülən Ceyhunla bağlı ŞOK DETAL

Bakıda deputat Arzuxan Əlizadənin oğlu Əhməd Əlizadənin də iştirak etdiyi kütləvi dava zamanı öldürülən Ceyhun Mirağayevlə bağlı ilginc detal üzə çıxıb. -a daxil olan məlumata görə, qətlə yetirilən və "Ceyhun Sabunçu" kimi tanınan şəxsin nə Azərbaycanda, nə də dünyanın başqa bir ölkəsində rəsm

24 oktyabr