Uşaq nağılında mübahisəli ifadələr: Psixoloji baxımdan nə dərəcədə doğrudur? - PSİXOLOQDAN AÇIQLAMA

Uşaq nağılında mübahisəli ifadələr: Psixoloji baxımdan nə dərəcədə doğrudur? - PSİXOLOQDAN AÇIQLAMAUşaqlar üçün nəzərdə tutulan nağıl kitablarının məzmunu onların yaş xüsusiyyətlərinə və psixoloji inkişafına uyğun olmalıdır. Lakin sosial şəbəkələrdə yayılan bir görüntü bu məsələdə müzakirələrə səbəb olub. Belə ki, "Qanun" nəşriyyatının çap etdiyi, 6 yaşdan yuxarı uşaqlar üçün nəzərdə tutulan "Nağıllar və qaravəllilər" kitabında yer alan bəzi ifadələr valideynin narazılığına səbəb olub. Kitabdakı "Kömür alması" nağılında işlədilən "lotular", "oynaş" sözləri və "Gah-Gah dağında üç xiyara aşiq olasan" başlığı diqqət çəkib. Bəs uşaqlar üçün nəzərdə tutulan nağıl kitablarında bu cür ifadələrin yer alması psixoloji baxımdan nə dərəcədə doğrudur?

Uşaqlar oxuduqları mətnlərdəki sözləri mənasını tam anlamadan mənimsəyə və gündəlik ünsiyyətdə işlədə bilərlərmi? Nağıl kitablarının məzmunu hazırlanarkən uşaqların yaş xüsusiyyətləri nə dərəcədə nəzərə alınmalıdır?
Uşaq nağılında mübahisəli ifadələr: Psixoloji baxımdan nə dərəcədə doğrudur? - PSİXOLOQDAN AÇIQLAMAMövzu ilə bağlı psixoloq Samirə Bağırova Sonxeber.az-a açıqlamasında bildirdi ki, problem bilirsiniz nədədir? Bizim ölkədə qanun mövcuddur, lakin onun icrası, nəzarət mexanizmləri, məsuliyyətin tətbiqi yetərli deyil. Azərbaycandakı nəşriyyatların hansı işlərlə məşqul olması ilə bağlı ümumiyyətlə kimsə maraqlanır? Çox bərbad vəziyyətdədir. Öz kitablarımın çapı üçün altı nəşriyyat dəyişmişdim. Kitabların redaktəsi bərbad, korrektəsi bərbad, üstəlik nəşriyyatlardan biri öncədən pulu alıb, altı ay ərzində kitabımı çap etmədi. Sonunda hüquq mühafizə orqanlarının köməyi ilə ödənilən məbləğ geri qaytarıldı. Hər yerindən duran nəşriyyat açır. Halbuki nəşriyyat yaratmaqla peşəkar naşir olmaq arasında ciddi fərqin olduğunu bir çox nəşriyyatlarda bilən yoxdur. Çünki Azərbaycanda insanların ən ciddi problemlərdən biri məsuliyyət mədəniyyətinin zəif olmasıdır. İnsanlar o qədər pul xəstəliyinə tutulublar ki, elə nəşriyyat sahəsində də müəllifdən ödəniş alınır, gerisi ilə maraqlanan yoxdur. Redaktə, korrektə və kitabın peşəkar hazırlanmasının keyfiyyəti çox zaman sual altında qalır. Daha ciddi məsələ isə uşaq ədəbiyyatıdır. Uşaqlar üçün nəzərdə tutulan nağıl kitabında əxlaqdan kənar, söyüş xarakterli ifadələr yer alırsa, çapdan öncə bu məzmunu kim yoxlamalıdır? Müəllif? Redaktor? Nəşriyyat rəhbəri? Ümumiyyətlə yoxlayan varmı? Yoxsa kitab çap olunduqdan və ictimaiyyətin diqqətini çəkdikdən sonra kimsə məsələyə reaksiya verməlidir? Uşaqlar üçün nəzərdə tutulan nəşrlərdə qanunvericiliklə bağlı məsuliyyət məsələsi mövcuddur. Azərbaycan Respublikasının "Uşaqların zərərli informasiyadan qorunması haqqında" Qanununun 4.2.5-ci maddəsi əxlaqdan kənar leksik (söyüş) məzmunlu informasiyanı uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiya növü kimi müəyyən edir. Sözügedən kitabın müəllifi və harda çap olunubsa həmin nəşriyyatın fəaliyyəti ilə bağlı məsələyə hüquqi qiymət verilməlidir. Aidiyyəti hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılmalı, qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyət tədbirləri tətbiq edilməlidir.

Çünki kitab sadəcə çap məhsulu deyil. O, bilik daşıyıcısıdır, mədəniyyətin bir hissəsidir,uşaqların dünyagörüşünün formalaşmasına təsir göstərən vasitədir. Nəşriyyat isə bu məsuliyyətin bir hissəsini öz üzərinə götürür. Bu gün bir çox gənc və yeni yazıçı kitablarını nəşr etdirmək üçün Azərbaycandan kənara - xüsusilə Rusiya və Türkiyəyə üz tutmağa məcbur qalır. Bunun əsas səbəblərindən biri Azərbaycandakı bir sıra nəşriyyatlarda peşəkarlıq və keyfiyyət problemlərinin mövcud olmasıdır. Təəssüf ki, bəzi nəşriyyatlar əməkhaqqına qənaət etmək naminə ixtisaslı mütəxəssislər əvəzinə peşəkar hazırlığı yetərli olmayan kadrlarla işləyir. Kitab nəşr etmək sadəcə mətni çap maşınından keçirmək məsələsi deyil. Bu,bilik, peşəkarlıq və məsuliyyət tələb edən bir sahədir.

Müəllif: İlkin Məmmədkərimov


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 283   Tarix: 27 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Kafedə dəhşətli qətl: Həbs edilən 11 nəfəri hansı cəzalar gözləyir?

Xətai rayonunda baş verən qətl hadisəsi ilə bağlı cinayətkar birlik yaratmaqda və onun fəaliyyətində iştirak etməkdə şübhəli bilinən 11 nəfərin həbs olunması mütəşəkkil cinayətkarlıqla mübarizə və cinayət məsuliyyətinin müəyyənləşdirilməsi baxımından bir sıra hüquqi suallar yaradır. Cinayətkar birli

26 oktyabr
.

Sabah 21° isti olacaq

Oktyabrın 27-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq

26 oktyabr
.

Göyçayda ilan sancan şəxs məmur imiş

Göyçayda ilan sancan şəxsin kimliyi məlum olub. -a istinadən xəbər verir ki, ilan sancan şəxs 1986-cı il təvəllüdlü Hüseyn Hüseynovdur. O, Göyçay Rayon İcra Hakimiyyətinin Qarabaqqal kəndi üzrə icra nümayəndəsinin müavini vəzifəsində çalışır. Hüseyn Hüseynov ilan sancması səbəbindən Göyçay Rayon Mərkəz

27 oktyabr
.

Göyçayda kişini ilan sancıb

Göyçayda 40 yaşlı kişini ilan sancıb. Bu barədə -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. Qeyd olunub ki, oktyabrın 24-də saat 17:00-da 1986-cı il təvəllüdlü şəxs (kişi) ilan sancması səbəbi ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardı

26 oktyabr
.

Elm və Təhsil Nazirliyi ilə OpenAI arasında müqavilə: Müəllimləri nə gözləyir? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Azərbaycanda təhsil sistemində süni intellektin tətbiqi genişləndirilir. Elm və Təhsil Nazirliyi ilə "OpenAI" şirkəti arasında imzalanan üçillik Anlaşma Memorandumuna əsasən, süni intellekt müəllimlərə dərslərin hazırlanması, tədris materiallarının tərtibi və şagirdlərin biliklərinin qiymətləndirilməs

26 oktyabr
.

Aqil Ələsgər Bişkekdə medalla təltif olundu - Qırğızıstan Jurnalistlər Birliyinin fəxri üzvü seçildi

"Yeni Çağ" Media Qrupunun rəhbəri, Türk İnternet Media Birliyinin (TİMBİR) sədr müavini Aqil Ələsgər Türk dünyasında media əməkdaşlığının inkişafına, Türk Dövlətləri-Qırğızıstan mətbuatı arasında əlaqələrin möhkəmləndirilməsinə verdiyi töhfələrə görə Qırğızıstanda təltif olunub. Təqdimat Qırğızıstanı

26 oktyabr
.

Ucar xəstəxanasının vəzifəli şəxsi külli miqdarda mənimsəmədə ittiham olunur

Ucar rayon xəstəxanasının vəzifəli şəxsi külli miqdarda mənimsəmədə ittiham olunur. APA-nın əldə etdiyi xəbərə görə, Ucar rayon Mərkəzi Xəstəxanasının aptek bölməsinin müdiri Qüdrət Qarayev həbs olunub

27 oktyabr
.

Məktəb dərsliklərində plagiat iddiaları: Müəllifləri hansı cəza gözləyir?

Məktəb dərsliklərində plagiat iddialarının ortaya çıxması tədris materiallarının hazırlanması, mənbələrdən istifadə qaydaları və nəşrəqədərki yoxlama mexanizmləri ilə bağlı suallar yaradır. Dərsliklərdəki mətnlərin orijinallığının, elmi dəqiqliyinin və istinadların düzgünlüyünün yoxlanılması təhsil materiallarını

26 oktyabr
.

Masallının keçmiş icra başçısı Rusiyada vəfat etdi

Masallı Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Teymur Yəhyayev 71 yaşında vəfat edib. Qaynarinfo ölkə.az-a istinadən xəbər verir ki, bunu onun yaxınları bildirib. Keçmiş icra başçısı Rusiyanın Sankt-Peterburq şəhərində dünyasını dəyişib. Qeyd edək ki, Teymur Heydər oğlu Yəhyayev 1955-ci il yanvarı

26 oktyabr