Azərbaycan 9 ayda dövlət zəmanətli borcunun məbləğini 24 % azaldıb
Bu il oktyabrın 1-nə Azərbaycanın dövlət zəmanətli borcu 7 milyard 886 milyon manat (ÜDM-in 5,7 %-i qədər) təşkil edib ki, bu da ilin əvvəli ilə müqayisədə 24 % azdır.
Sonxeber.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, əhəmiyyətli dərəcədə azalmaya səbəb "Cənub Qaz Dəhlizi" QSC-nin dövlət zəmanəti ilə cəlb etdiyi 2 milyard ABŞ dolları məbləğində xarici valyuta nominallı istiqrazları geri qaytarmasıdır.
Dövlət zəmanətli borcunun 4 milyard 857,88 milyon manatı (2 milyard 857,58 milyon ABŞ dolları) və yaxud 61,6 %-i xarici kreditlərin, 3 milyard 28,2 milyon manatı və yaxud 38,4 %-i isə daxili kreditlərin payına düşüb.
Hesabat tarixinə dövlət zəmanətli borc portfelinin 52,2 %-ni sabit, 47,8 %-ni dəyişkən faiz dərəcəli borc təşkil edib.
Dövlət zəmanətli borc portfelinin valyuta tərkibi belə olub: ABŞ dolları - 57,9 %, avro - 19,4 %, manat - 16,2 %, yapon yeni - 4,6 %, digər valyutalar - 2 %.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ölkədə qızılın 1 qramı bu qiymətə satılır
Azərbaycanda 15 oktyabr 2026-cı il tarixinə olan qızılın qiyməti açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, 1 unsiya qızılın qiyməti 7080.9675 manat, 1 qramının orta dəyəri isə 227.66 manat təşkil edib. Qiymətlər isə əyyar və mənşəyinə görə dəyişir. Belə ki, 99 əyyarlı təmiz qızılın 1 qramı 227.6
15 oktyabrAzərbaycan 9 ayda dövlət zəmanətli borcunun məbləğini 24 % azaldıb
Bu il oktyabrın 1-nə Azərbaycanın dövlət zəmanətli borcu 7 milyard 886 milyon manat (ÜDM-in 5,7 %-i qədər) təşkil edib ki, bu da ilin əvvəli ilə müqayisədə 24 % azdır. bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, əhəmiyyətli dərəcədə azalmaya səbəb "Cənub Qaz Dəhlizi"
28 oktyabrAzərbaycanda sosialyönümlü büdcə xərcləri 15 %-ə yaxın artıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın dövlət büdcəsi xərclərinin 49,9 %-i və yaxud 12 milyard 643 milyon manatı sosialyönlü xərclər olub. Bu barədə "Report" Maliyyə Nazirliyinə istinadən xəbər verir. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyard 643,6 milyon manat və yaxud 14,
29 oktyabrQızılın qiyməti artdı
Azərbaycanda 20 oktyabr 2026-cı il tarixinə olan qızılın qiymətləri açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, qızılın bazar qiymətlərində növbəti göstəricilər müəyyən olunub. Təqdim olunan statistikaya əsasən, qızılın 1 unsiyası 7 11.3550 manat, 1 qramı isə 228.64 manat təşkil edir. Qızılın növün
20 oktyabrÖlkə bazarında qızılın son qiymətləri açıqlandı
Ölkə bazarında 2026-cı il 21 oktyabr tarixinə olan qızılın qiyməti açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, bu günə olan göstəricilərə əsasən, qızılın bir unsiyası 7044.50 manat, 1 qramı isə 226.49 manat təşkil edir. Müxtəlif əyyarlı qızıl növlərinin 1 qramının qiyməti təmiz qızıl (99 əyyar
21 oktyabrAzərbaycanın icmal büdcəsinin kəsirinin yuxarı həddi 5 % azaldılır
2027-ci ildə Azərbaycanın icmal büdcəsinin kəsirinin yuxarı həddi 16 milyard 74,1 milyon manat müəyyən edilib. bu barədə "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinə istinadən xəbər verir. Məlumata görə, bu, 2026-cı ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 4,9 % azdır. Dövlət büdcəs
23 oktyabrAzərbaycanın İtaliyaya neft ixracı azalıb, gəliri artıb
Azərbaycan bu ilin yanvar-sentyabr aylarında İtaliyaya 5,5 milyard dollar dəyərində 8,8 milyon ton neft ixrac edib. Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni ayları ilə müqayisədə dəyər ifadəsində 10,4% çoxdur. Hesabat dövründə İtaliyaya neft ixracının həcmi isə illik müqayisəd
22 oktyabr