Rusiya Ukraynada 26 nəfəri öldürdü - ABŞ yeni sülh danışıqlarına hazırlaşır
Rusiya və Ukrayna arasında davam edən müharibədə növbəti ağır hücum qeydə alınıb. Rusiyanın Ukraynanın Zaporojye vilayətində humanitar yardım məntəqəsi kimi istifadə olunan binaya endirdiyi hava zərbələri nəticəsində azı 26 nəfər həlak olub, bir neçə nəfər yaralanıb.
"Al Jazeera"nın məlumatına görə, hücuma məruz qalan bina Komışuvaxa kəndində yerləşən və əvvəllər məktəb kimi fəaliyyət göstərən obyekt olub. Müharibə səbəbindən tədrisin dayandırıldığı binadan yerli sakinlərə humanitar yardım paylanması və sığınacaq kimi istifadə edilirdi. Ukrayna Prezidenti Vladimir Zelenski hücumu pisləyərək bunun Rusiyanın gərginliyi azaltmaq niyyətində olmadığını göstərdiyini bildirib.
Bu arada, ABŞ Rusiya və Ukrayna arasında yeni üçtərəfli danışıqların keçirilməsinə hazırlaşır. ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffun açıqlamasına görə, görüşlər noyabrın 10-11-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə baş tutacaq.
Sonxeber.az Reuters-ə istinadən xəbər verir ki, danışıqlarda müharibənin dayandırılması, Ukraynanın müharibədən sonrakı təhlükəsizliyinin təmin edilməsi, humanitar məsələlər və hərbi gərginliyin azaldılması müzakirə olunacaq. ABŞ-ı görüşlərdə Stiv Uitkoff və Cared Kuşnerin təmsil etməsi gözlənilir.
Bundan əvvəl ABŞ nümayəndələrinin Brüsseldə Fransa, Almaniya, Böyük Britaniya, Avropa İttifaqı və NATO təmsilçiləri ilə görüşərək Ukraynanın təhlükəsizlik təminatlarını və ölkənin bərpasına iqtisadi dəstəyi müzakirə etməsi planlaşdırılıb.
Bununla belə, Moskva və Kiyevin mümkün sülh razılaşmasının şərtləri ilə bağlı mövqeləri arasında ciddi fərqlər qalır. Qarşıdakı danışıqların müharibənin dayandırılması istiqamətində hansı nəticəni verəcəyi hələlik məlum deyil.
Müəllif: İlkin Məmmədkərimov
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











17 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
Pensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH
96 yaşlı milyarder Uorren Baffett 48 ildir su içmirmiş
Azərbaycanda bu şəxslər üçün ictimai nəqliyyatda birinci gedişhaqqı 1 QƏPİK OLDU
Özəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)
Bakının bu ərazilərində işıqlar sönəcək - ÜNVANLAR
Polis Halloween bayramını qeyd edən sakinləri saxladı
Bakıda EVLƏR SÖKÜLÜR - Ağaclar, zirzəmi, hasarlara da pul verilir
Toyuğu yumazdan əvvəl bu təhlükəni bilin!
Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…
Qədim Şuşada gözəllik yaradılır
Noyabrın 6-dan 30-dək davam edəcək - ƏHALİYƏ XƏBƏRDARLIQ
Bakıda avtomobil gözəllik salonuna girdi
"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü
Palma yağı süfrələrimizi zəbt edir: İdxal niyə ildən-ilə artır? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA