Prezident yeni səfirləri qəbul etdi - Fotolar - Yenilənib

Prezident yeni səfirləri qəbul etdi - Fotolar - YenilənibAzərbaycan Prezidenti İlham Əliyev bu gün Laos Xalq Demokratik Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Siphandon Oybuabuddini qəbul edib.

"Qafqazinfo" xəbər verir ki, səfir etimadnaməsini dövlət başçısına təqdim edib.

Prezident İlham Əliyev səfirlə söhbət edib.

Dövlət başçısı səfirin etimadnaməsini Laos Prezidenti Thonqlun Sisulitin ötən ay ölkəmizə rəsmi səfərindən sonra təqdim etdiyini vurğulayıb. Prezident İlham Əliyev səfərin çox uğurlu olduğunu deyib. Bildirib ki, münasibətlərimizin dostluq xarakterini nümayiş etdirən bu səfər zamanı ikitərəfli əlaqələrimizin möhkəmləndirilməsi və beynəlxalq təşkilat çərçivəsində əməkdaşlıq ilə bağlı məsələlər müzakirə olunub.

Azərbaycan Prezidenti Bakıda keçirilmiş Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşündə Laosun yüksək səviyyədə iştirak etdiyini deyib. Dövlət başçısı AQEM-in beynəlxalq nüfuzunun artdığını vurğulayıb, məhz ölkəmizin sədrliyi dövründə Laosun bu təşkilatın tamhüquqlu üzvü olmasının önəmini qeyd edib. Prezident İlham Əliyev Azərbaycanın AQEM-ə sədrliyinin daha 2 il uzadılması ilə bağlı qərarın bütün üzv dövlətlər, o cümlədən Laos tərəfindən dəstəklənməsinə görə minnətdarlığını bildirib, bunu ölkəmizə olan hörmətin nümunəsi kimi qiymətləndirib.

Dövlət başçısı səfirə diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Qəbula görə təşəkkür edən səfir Laos Prezidenti Thonqlun Sisulitin salamlarını və xoş arzularını dövlət başçısına çatdırıb.

Prezident İlham Əliyev salamlara və xoş sözlərə görə minnətdarlığını bildirib, onun da salamlarını Laos dövlətinin başçısına çatdırmağı xahiş edib.

Səfir həmçinin qeyd edib ki, Laos Prezidenti Azərbaycana rəsmi səfəri zamanı göstərilən qonaqpərvərliyə görə Prezident İlham Əliyevə və xalqımıza bir daha minnətdarlığını bildirir. O, Laos Prezidentinin ölkəsinə rəsmi səfərlə bağlı dəvətini dövlət başçısına çatdırıb.

Səfir fəaliyyəti dövründə əməkdaşlığımızın inkişafı istiqamətində səylə çalışacağını deyib.

Söhbət zamanı əlaqələrimizin perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

***

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Keniyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Cona Mayna Mvangini qəbul edib.

Səfir etimadnaməsini dövlətimizin başçısına təqdim edib.

Prezident İlham Əliyev səfirlə söhbət edib. Dövlət başçısı Keniya Prezidenti Uillyam Samoei Rutonun ölkəmizə səfərini, həmçinin onunla Azərbaycanda və beynəlxalq təşkilatlar çərçivəsində görüşlərini məmnunluqla xatırlayıb.

Ölkələrimiz arasında siyasi əlaqələrin yaxşı səviyyədə olduğunu deyən Prezident İlham Əliyev vurğulayıb ki, bu, digər istiqamətlər, o cümlədən iqtisadi-ticari sahədə əməkdaşlığın möhkəmləndirilməsi üçün geniş imkan yaradır. Dövlət başçısı bütün sahələrdə ikitərəfli əməkdaşlıq üçün böyük potensialın olduğunu qeyd edib.

Prezident İlham Əliyev səfirə fəaliyyətində uğurlar arzulayıb.

Səfir qəbula görə dövlət başçısına minnətdarlığını bildirib. O, son dövrlərdə əlaqələrimizin inkişaf etdiyini deyərək hər iki dövlət başçısının əməkdaşlığın möhkəmləndirilməsi ilə bağlı verdikləri tapşırıqlara uyğun olaraq səylərini əsirgəməyəcəyini vurğulayıb.

Cona Mayna Mvangi əməkdaşlığın genişləndirilməsi məsələsində müxtəlifsəviyyəli qarşılıqlı səfərlərin önəminə toxunub.

Görüşdə Azərbaycanla Keniya arasında bir çox sahədə əməkdaşlığın perspektivləri müzakirə olunub.

Prezident yeni səfirləri qəbul etdi - Fotolar - YenilənibPrezident yeni səfirləri qəbul etdi - Fotolar - YenilənibPrezident yeni səfirləri qəbul etdi - Fotolar - YenilənibPrezident yeni səfirləri qəbul etdi - Fotolar - YenilənibPrezident yeni səfirləri qəbul etdi - Fotolar - YenilənibPrezident yeni səfirləri qəbul etdi - Fotolar - YenilənibPrezident yeni səfirləri qəbul etdi - Fotolar - YenilənibPrezident yeni səfirləri qəbul etdi - Fotolar - YenilənibPrezident yeni səfirləri qəbul etdi - Fotolar - YenilənibPrezident yeni səfirləri qəbul etdi - Fotolar - YenilənibPrezident yeni səfirləri qəbul etdi - Fotolar - YenilənibPrezident yeni səfirləri qəbul etdi - Fotolar - YenilənibPrezident yeni səfirləri qəbul etdi - Fotolar - YenilənibPrezident yeni səfirləri qəbul etdi - Fotolar - YenilənibPrezident yeni səfirləri qəbul etdi - Fotolar - Yenilənib


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 255   Tarix: 03 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Xalqımızın 8 Noyabr Zəfəri

27 sentyabr 2020-ci il Azərbaycan tarixinə yazılmış şanlı bir gün oldu. 30 ilə yaxın bir dövrdə Erməni işğalı altında qalan torpaqlarımızın azad olunması üçün Müzəffər Ordumuz əkshücüm əməliyyatına başladı. Azərbaycan xalqı 44 günlük Vətən Müharibəsini qələbə ilə başa vurdu. Vətən Müharibəsi zamanı düşmən

2 noyabr
.

İlham Əliyev "Qismən yenilənmiş Radiorabitə Reqlamenti və onun əlavələri"ni təsdiqləyib

"Qismən yenilənmiş Radiorabitə Reqlamenti və onun əlavələri" təsdiq edilib. -a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb. Yeni qanunla Beynəlxalq Telekommunikasiya İttifaqının 2023-cü il 20 noyabr - 15 dekabr tarixlərində baş tutmuş Ümumdünya Radiorabit

5 noyabr
.

İlham Əliyev BMT İdarəetmə İnnovasiyaları Sammitinin iştirakçılarına müraciət ünvanlayıb

Azərbaycan Prezidenti İlham Əliyev "BMT İdarəetmə İnnovasiyaları Sammiti: Gələcəyə hazır təsisatların inkişafı" beynəlxalq tədbirinin iştirakçılarına müraciət ünvanlayıb. -a istinadən həmin müraciətin mətnini təqdim edir:. "Sizi "BMT İdarəetmə İnnovasiyaları Sammiti: Gələcəyə hazı

5 noyabr
.

Azərbaycanda yeni aqropark yaradılır: Yarım milyon manat ayrıldı

Prezident İlham Əliyev Zəngilan Aqroparkının yaradılması və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Fərman imzalayıb. bununla bağlı -a istinadən xəbər verir. Fərman işğaldan azad edilmiş ərazilərin iqtisadi potensialından səmərəli istifad

5 noyabr
.

Güc və birlik rəmzi - "Dəmir yumruq"

"2020-ci il sentyarın 27-də Prezident, Ali Baş Komandan İlham Əliyevin Ordumuza hücum əmri bütün dünya azərbaycanlılarının illərdən bəri ürəklərində yaşatdıqları arzuya doğru başlanğıc oldu. Hərbi əməliyyatların birinci gününün sonunda Kəlbəcər rayonunda, Murovdağda və Ağdərə istiqamətində stratej

3 noyabr
.

8 Noyabr - Şuşa Şəhəri Günüdür

"Altı il əvvəl - 2020-ci il noyabrın 8-də Qüdrətli Ordumuz Şuşa şəhərini işğaldan azad edərək şanlı tarix yazdı. Qəhrəman əsgər və zabitlərimiz uzun məsafə qət edərək, sıldırım qayalardan və dərin dərələrdən keçərək düşməni Qarabağın döyünən qəlbi olan Şuşadan qovub çıxardı. Xalqımızın qüdrətini

5 noyabr
.

Türkiyənin sosial media seqmentində Prezidentin adından saxta fikirlər yayılır - Açıqlama

"Türkiyənin sosial media seqmentində Azərbaycan Respublikası Prezidentinin adından həqiqətə uyğun olmayan fikirlərin yayıldığı müşahidə edilir. Dövlət başçısının səsləndirmədiyi ifadələrin ona aid edilməsi və rəsmi mövqeyi kimi təqdim olunması ictimaiyyəti yanıltmağa xidmət edən kobud dezinformasiy

2 noyabr
.

İlham Əliyev İliyana Yotovanı təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev İliyana Yotovanı Bolqarıstanın prezidenti seçilməsi münasibətilə təbrik edib. Qaynarinfo xəbər verir ki, təbrik məktubunda deyilir:. "Hörmətli xanım Prezident,. Bolqarıstan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərim

3 noyabr
.

Prezidentin sosial media hesablarında "AIREX 2026" sərgisi ilə bağlı - Paylaşım+Video

Prezident İlham Əliyevin sosial media hesablarında "AIREX 2026" - Birinci Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak Sərgisi ilə bağlı videoçarx paylaşılıb. "Qafqazinfo" həmin paylaşımı təqdim edir:

4 noyabr