ADU-da şəhid məzun Elvin İmaməliyevin adına auditoriya açılıb

ADU-da şəhid məzun Elvin İmaməliyevin adına auditoriya açılıbAzərbaycan Dillər Universitetində (ADU) Vətən Müharibəsində qəhrəmancasına şəhid olmuş, universitetin məzunu Elvin İmaməliyevin əziz xatirəsinə həsr olunmuş auditoriyanın açılış mərasimi keçirilib.

Əvvəlcə Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra 27 sentyabr 2020-ci ildə başlayan və 44 gün davam edən Vətən müharibəsinin tarixi əhəmiyyətindən, Azərbaycan xalqının milli birliyindən, Ordumuzun qəhrəmanlığından və əldə olunan tarixi Zəfərdən bəhs olunub. Qeyd edilib ki, bu Qələbənin arxasında Vətən uğrunda canından keçən igid oğullarımızın misilsiz fədakarlığı dayanır.

Tədbirdə şəhid Elvin İmaməliyevin həyat və döyüş yolu haqqında ətraflı məlumat verilib. Bildirilib ki, Elvin İmaməliyev 9 may 1989-cu ildə Ağstafa rayonunun Qırılı kəndində anadan olub. 2006-cı ildə Qırılı kənd orta məktəbini bitirdikdən sonra 2006-2010-cu illərdə Azərbaycan Dillər Universitetində xarici dil müəllimliyi (fransız dili) ixtisası üzrə ali təhsil alıb. 2012-ci ildə təhsil aldığı məktəbdə müəllim kimi fəaliyyətə başlayıb. Bilik və bacarığı, əzmkarlığı və təşkilatçılıq qabiliyyəti sayəsində 2019-cu ildə Ağstafa şəhər 1 nömrəli tam orta məktəbin direktoru təyin olunub və həmin dövrdə rayonun ən gənc məktəb direktorlarından biri olub.

Eyni zamanda, Yeni Azərbaycan Partiyasının Ağstafa Rayon Şöbəsinin Gənclər Birliyinin sədri kimi fəaliyyət göstərən Elvin İmaməliyev müharibənin ilk günlərindən könüllü olaraq döyüşlərə qatılıb. Füzuli, Cəbrayıl və Şuşa istiqamətlərində gedən döyüşlərdə iştirak edərək böyük şücaət göstərib. Bir zamanlar müəllim kimi yetişdirdiyi şagirdlərə nümunə olan Elvin müəllim Vətən müharibəsində də öz qəhrəmanlığı ilə yaddaşlarda əbədi iz qoyub.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirakına və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları şərəflə yerinə yetirməsinə görə Elvin İmaməliyev ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Tədbirdə şəhidin əziz xatirəsinə həsr olunmuş videoçarx nümayiş etdirilib. Elvin İmaməliyevin müəllimlik fəaliyyəti, şagirdlərinə göstərdiyi diqqət və qayğı, Vətənə bağlılığı və qəhrəmanlığı bir daha tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Universitetin rektoru, akademik Kamal Abdulla tədbirdə çıxış edərək şəhidlərin xatirəsinin yaşadılmasının, onların adlarının gələcək nəsillərə çatdırılmasının əhəmiyyətini vurğulayıb.

Şəhidin ailəsinə, doğmalarına, müəllimlərinə və onu tanıyan hər kəsə əziz xatirəsinin daim yaşayacağı bildirilib. Qeyd olunub ki, Elvin İmaməliyevdən yadigar qalan iki oğlu - Təyyar və Tunar atasının adını və xatirəsini yaşadan ən dəyərli əmanətlərdir.

Tədbir çərçivəsində bədii proqram da təqdim olunub. Şəhid Elvin İmaməliyevin vaxtilə müəllimi olduğu şagird, hazırda Azərbaycan Dillər Universitetinin 220B qrup tələbəsi Mədinə Əliyeva onunla bağlı xatirələrini bölüşüb və Nəriman Həsənzadənin sözlərinə bəstələnmiş "Azərbaycan" mahnısını gitarada ifa edib. Universitetin 314B qrup tələbəsi Aminə Quluyeva "Ey şəhidim" şeirini səsləndirib. 119A qrup tələbəsi Umuş Əmirova şəhid analarına həsr olunmuş "Salam, şəhid anası" şeiri ilə çıxış edib. 426 b qrup tələbəsi Məlahət Mirzəyeva isə "Xudayar təsnifi"ni ifa edib.

Şəhid Elvin İmaməliyevin ailə üzvləri - anası Rəfiqə İmaməliyeva və Günel İmaməliyeva öz xatirələrini bölüşüb, Elvinin döyüş yolu və tələbəlik illərindən danışıblar.

Qeyd edək ki, ADU HİK tərəfindən iki saylı tədris korpusuna şəhid məzunların şəkilləri olan lövhə vurulub.

ADU-da şəhid məzun Elvin İmaməliyevin adına auditoriya açılıbADU-da şəhid məzun Elvin İmaməliyevin adına auditoriya açılıbADU-da şəhid məzun Elvin İmaməliyevin adına auditoriya açılıbADU-da şəhid məzun Elvin İmaməliyevin adına auditoriya açılıbADU-da şəhid məzun Elvin İmaməliyevin adına auditoriya açılıbADU-da şəhid məzun Elvin İmaməliyevin adına auditoriya açılıbADU-da şəhid məzun Elvin İmaməliyevin adına auditoriya açılıbADU-da şəhid məzun Elvin İmaməliyevin adına auditoriya açılıbADU-da şəhid məzun Elvin İmaməliyevin adına auditoriya açılıbADU-da şəhid məzun Elvin İmaməliyevin adına auditoriya açılıbADU-da şəhid məzun Elvin İmaməliyevin adına auditoriya açılıbADU-da şəhid məzun Elvin İmaməliyevin adına auditoriya açılıbADU-da şəhid məzun Elvin İmaməliyevin adına auditoriya açılıbADU-da şəhid məzun Elvin İmaməliyevin adına auditoriya açılıbADU-da şəhid məzun Elvin İmaməliyevin adına auditoriya açılıb


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 282   Tarix: 03 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Meduza"dan 3500 qutu markasız tütün çıxdı - Sahibkara cəza verildi

Bakıda fəaliyyət göstərən "Meduza" adlı tütün mağazasında 42 min 763 manat dəyərində aksiz markası olmayan qəlyan tütünləri aşkarlanan sahibkar Quliyev Hüseyn Sabir oğluna hökm oxunub. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Əndəmic kəndind

2 noyabr
.

"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü

Ucarda 37 yaşlı kişi onunla birlikdə gecələmək istəməyən qadına xəsarət yetirib. -a istinadla xəbər verir ki, 1989-cu il təvəllüdlü Ceyhun rayonda avtomobil yolunun kənarında Mingəçevir şəhərindən yanına qonaq gəlmiş, lakin onunla birlikdə qalaraq gecələmək təklifini rədd etmiş Elmira (adlar şərtidi

3 noyabr
.

Jurnalistləri döyənlər qanun qarşısında necə cavab verəcək? - Hücumların arxasında hansı məsuliyyət dayanır? - VƏKİLDƏN AÇIQLAMA

Jurnalistlərin peşə fəaliyyətini yerinə yetirərkən fiziki zorakılığa məruz qalması media sahəsində narahatlıq doğuran məsələlərdən birinə çevrilib. Son günlər REAL TV və Space TV-nin əməkdaşlarının, ardınca isə APA TV-nin müxbirinin hücuma məruz qalması bu problemin yenidən gündəmə gəlməsinə səbəb olub

2 noyabr
.

Bakının bu ərazilərində işıqlar sönəcək - ÜNVANLAR

Bakının bir sıra ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Bildirilib ki, abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması məqsədilə noyabrın 2-də Yasamal Rayon Enerji Təchizat

2 noyabr
.

Sabah 23° isti olacaq

Noyabrın 3-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə

2 noyabr
.

Paytaxtda Zəfər gününə həsr edilən ağacəkmə aksiyası keçirilib

Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr edilən ağacəkmə aksiyası təşkil edilib. Paytaxtın Nərimanov rayonunda keçirilən aksiyada Bakı Şəhər İcra Hakimiyyətlərinin rəhbərliyi, əməkdaşları və struktur bölmələrinin işçiləri, şəhid ailələri və qazilər iştirak ediblər

3 noyabr
.

Saxta sənədlərlə mənzil satışı: Alıcı özünü dələduzluqdan necə qoruya bilər? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Daşınmaz əmlak bazarında alqı-satqı zamanı alıcıların qarşılaşdığı ən ciddi risklərdən biri saxta sənədlərlə satış və dələduzluq hallarının baş verməsidir. Bəzən vətəndaşlar illərlə topladıqları vəsaiti mənzil və ya torpaq sahəsi almağa sərf etsələr də, sonradan əmlakın başqa şəxsə məxsus olduğunu, sənədləri

3 noyabr
.

İşdən çıxarılan şəxslərin kredit borcunu sığorta ödəyəcək? - Ekspertdən AÇIQLAMA

İşini itirən vətəndaşların kredit öhdəliklərinin sığorta şirkətləri tərəfindən qarşılanmasını nəzərdə tutan mexanizm gözlənilməz gəlir itkisi ilə üzləşən şəxslərin maliyyə yükünün azaldılması baxımından əhəmiyyət daşıyır. Belə bir sistemin tətbiqi bankların kredit siyasətinə, sığorta şirkətlərinin öhdəliklərin

2 noyabr
.

Palma yağı süfrələrimizi zəbt edir: İdxal niyə ildən-ilə artır? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Qida sənayesində palma yağından istifadənin getdikcə genişlənməsi istehlakçıların sağlamlığı və ərzaq məhsullarının keyfiyyəti ilə bağlı ciddi suallar yaradır. Marketlərdə satılan şirniyyat, şokolad, süd məhsulları və digər gündəlik istehlak mallarının tərkibində palma yağına daha çox rast gəlinir. Dövlə

3 noyabr