Şuşanın azad edilməsi Vətən müharibəsinin həlledici anı oldu

Şuşanın azad edilməsi Vətən müharibəsinin həlledici anı oldu"2020-ci il noyabrın 8-də Müzəffər Ordumuz Şuşa şəhərini işğaldan azad edərək şanlı tarix yazdı. Vaxtilə xəyal kimi görünən bu arzu reallığa çevrildi. Azərbaycan Prezidenti İlham Əliyev bu möhtəşəm Qələbənin tarixi əhəmiyyətini nəzərə alaraq imzaladığı Sərəncamla noyabrın 8-ni Zəfər Günü elan etdi. Ötən dövr ərzində Şuşaya dəfələrlə səfər edən dövlətimizin başçısı 2021-ci ilin yanvarın 14-də Şuşa şəhərinə səfəri zamanı Şuşa şəhərində şanlı üçrəngli bayrağımızı ucaltdı".

Bu fikirləri Sonxeber.az-a açıqlamasında Azərbaycan Dövlət İqtisad Universitetinın dosentı, iqtisadiyyat üzrə fəlsəfə doktoru Adil Hüseynov bildirib.

"Qarabağ Zəfərinə aparan yolun təməli Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti və strateji baxışı ilə qoyulmuşdu. 1993-cü ildə - Azərbaycan üçün mürəkkəb olan bir dövrdə xalqın tələbi ilə Heydər Əliyev rəhbərliyə qayıtdı və dövlət quruculuğu istiqamətində mühüm addımlar atdı. Onun rəhbərliyi ilə Azərbaycan güclü bir dövlətin əsaslarını qurdu, ordunun formalaşdırılması, iqtisadiyyatın gücləndirilməsi və beynəlxalq aləmdə Azərbaycanın mövqeyinin möhkəmləndirilməsi istiqamətində böyük işlər görüldü. Bu işləri Prezident İlham Əliyev uğurla davam etdirdi və daha da gücləndirdi.

Prezident İlham Əliyev Ulu Öndərin qoyduğu möhkəm təməl üzərində dünyada söz sahibi olan, böyük iqtisadi və hərbi gücə malik qüdrətli Azərbaycan dövləti qurdu. Azərbaycan Ordusu ən müasir silah-sursat və hərbi texnika ilə təmin olundu, şəxsi heyətin döyüş qabiliyyətinin artırılması, mənəvi-psixoloji ruhunun yüksəldilməsi üçün bütün zəruri tədbirlər görüldü, güclü hərbi potensial yaradıldı. Torpaqlarımızın işğaldan azad edilməsi kimi müqəddəs bir missiyanın yerinə yetirilməsində son 20-30 ildə yetişən vətənpərvər gənc nəslin fədakarlığı, xalqımızın öz lideri ətrafında yumruq kimi birləşməsi və görünməmiş milli həmrəylik nümayiş etdirməsi mühüm rol oynadı. Nəticədə, Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsinin hər günündə bir addım da geri çəkilmədən yalnız irəli getdi, hər gün yeni bir qələbə qazanmaqla şanlı bir tarix yazdı. Düşmən ordusunda on mindən çox fərari olduğu halda, bizim bir əsgərimiz də döyüş meydanından yayınmadı.

İkinci Qarabağ müharibəsinin hər günü, hər anı Azərbaycanın tarixinə qızıl hərflərlə yazıldı və əsl qəhrəmanlıq dastanına çevrildi. Hər gün yeni bir kəndin, yeni bir şəhərin azad edilməsi xəbəri xalqın ruhunu yüksəltdi və ordunun əzmini daha da möhkəmləndirdi. Xüsusilə Şuşa uğrunda gedən döyüşlərdə Azərbaycan Ordusunun göstərdiyi cəsarət və döyüş ruhu misli görünməmiş qəhrəmanlıq nümunəsidir. Əsgərlərimiz əlverişsiz şəraitə baxmayaraq, dağlıq ərazilərdə düşmənlə üz-üzə gəlib, əzmkarlıqla irəlilədilər və bu tarixi şəhəri işğaldan azad etdilər. Bu zəfər dastanı həm bugünkü, həm də gələcək nəsillərə qəhrəmanlıq, milli qürur və vətənə sevginin əbədi simvolu kimi yadigar qalacaq.

"Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq!" - bu sözlər 2020-ci il noyabrın 8-də Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən qürur və sevinc hissi ilə səsləndirildi və bütün Azərbaycan xalqının tarixində yeni bir səhifə açdı. Şuşanın azad edilməsi Vətən müharibəsinin həlledici anı və Zəfərin simvolu oldu. Şuşa Azərbaycanın mədəniyyət beşiyi, qədim tarixi və mədəni irsinin dəyərli parçasıdır. Şuşanın azadlığı ilə Azərbaycan təkcə ərazi bütövlüyünü təmin etmədi, həm də milli qürurunu bərpa etdi. Bu, Qarabağın digər şəhərləri və kəndlərinin azad edilməsi yolunda son dərəcə mühüm bir mərhələ, Azərbaycan xalqının qalibiyyət rəmzi oldu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin "Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! sözləri isə Vətən müharibəsinin əbədi qələbə çağırışı və xalqın yaddaşında həmişəlik yaşayacaq bir ifadəyə çevrildi.

2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatla Azərbaycan İkinci Qarabağ müharibəsində qətiyyətli zəfərini rəsmi olaraq təsbit etdi və 30 ilə yaxın davam edən işğala son qoydu. Bununla belə bəzi xarici müşahidəçilər və tərəflər düşünürdülər ki, Azərbaycan yalnız Şuşanın azad edilməsi və əldə olunan mövcud status-kvo ilə kifayətlənəcək və növbəti addımlar atmağa ehtiyat edəcək. Lakin Azərbaycan dövləti və xalqı öz qətiyyətini və ərazi bütövlüyünü tam bərpa etmək əzmini açıq şəkildə nümayiş etdirdi. Prezident İlham Əliyevin 2021-ci ildə imzaladığı Sərəncamla Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşa şəhərində genişmiqyaslı bərpa və yenidənqurma işləri həyata keçirilir. Şuşanın mədəniyyət paytaxtı statusu, onun tarixi əhəmiyyətini və mədəni irsinin bərpasını prioritet məsələyə çevirdi. Azərbaycan hökuməti bu qədim şəhərin tarixi simasının bərpa olunması, tarixi abidələrinin, məscidlərinin, mədəniyyət ocaqlarının dirçəldilməsi və yenidən canlandırılması üçün genişmiqyaslı layihələrə start verdi.

Şuşada aparılan işlər çərçivəsində şəhərin tarixi-memarlıq abidələri, küçə və meydanları bərpa olundu. Həyata keçirilən geniş bərpa-quruculuq və yeni infrastruktur layihələri sayəsində Şuşa, həm yerli, həm də xarici qonaqlar üçün mədəni turizm mərkəzinə çevrilib. Həmçinin Şuşada "Xarıbülbül" musiqi festivalı, Vaqif Poeziya Günləri və digər mədəniyyət tədbirləri bərpa edilərək yenidən keçirilir. Bu tədbirlər Şuşanın Azərbaycanın mədəni həyatında oynadığı əhəmiyyətli rolu bir daha vurğulayır və şəhərin zəngin mədəni irsini gələcək nəsillərə çatdırmaq məqsədi daşıyır. Şuşanın mədəniyyət paytaxtı kimi bərpası, Qarabağın yenidən doğuşunun və Azərbaycanın öz tarixi-mədəni mirasına sahib çıxma əzminin göstəricisidir. Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncamla noyabrın 8-i Şuşa Şəhəri Günü kimi təsis edildi. Bu tarix İkinci Qarabağ müharibəsində Azərbaycanın əldə etdiyi Zəfərin ən mühüm rəmzi olan Şuşa şəhərinin azad olunduğu gündür. 8 Noyabr artıq hər il Şuşanın mədəni, tarixi və strateji əhəmiyyətini vurğulamaq və Azərbaycanın qələbəsini anmaq məqsədilə təntənəli şəkildə qeyd olunur.

Bu addım Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı kimi statusunu daha da gücləndirir və şəhərin milli-mədəni irsimizdəki yerini möhkəmləndirir. Şuşa Şəhəri Gününün qeyd edilməsi, Azərbaycan xalqının bu qədim şəhərə olan sevgisini, əzmini və fədakarlığını bir daha göstərir. Həmçinin bu gün Şuşanın bərpa işlərinin sürətlə davam etdiyi, abidələrin və mədəniyyət ocaqlarının yenidən dirçəldiyi bir dövrdə xalqımızın həmrəyliyini və tarixi yaddaşını təcəssüm etdirir".

Röyalə Xəyal


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 195   Tarix: 04 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

ZƏFƏR GÜNÜ VƏ ŞUŞA: TARİXİ QƏLƏBƏDƏN GÜCLÜ DÖVLƏTÇİLİK MODELİNƏ DOĞRU

Azərbaycanın müasir tarixində 8 Noyabr - Zəfər Günü və Şuşanın azad olunması ilə bağlı tarixi hadisələr yalnız hərbi qələbənin ildönümü kimi deyil, dövlətçilik düşüncəsinin, milli iradənin və geosiyasi reallıqların dəyişməsinin mühüm göstəricisi kimi təhlil edilməlidir. Bu hadisələr Azərbaycanın uzu

2 noyabr
.

Tarixi ədalətin bərpası uğrunda haqq savaşı

Ali Baş Komandan, Prezident İlham Əliyev ilk dəfə Azərbaycan Prezidenti seçildiyi 2003-cü ildən bəri millətimiz üçün ən ağrılı bəla olan, dövlətimiz üçün kifayət qədər ciddi çağırış hesab edilən erməni işğalının aradan qaldırılması üçün yorulmadan çalışırdı. Dövlət başçısı Ermənistan-Azərbaycan, Dağlı

31 oktyabr
.

Oxucuların diqqətinə: Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesablarını izləyin

Sosial şəbəkələrdə Prezident İlham Əliyevin foto və videolarını paylaşan müxtəlif hesablarla qarşılaşmaq mümkündür. Lakin bu görüntülərdən istifadə edilməsi həmin səhifələrin rəsmi olduğu anlamına gəlmir. Bu gün istənilən şəxs sosial şəbəkədə hesab aça, video yükləyə, görüntüləri montaj edə və səsi dəyişdir

31 oktyabr
.

Zəfərin zirvəsindən görünən Şuşa

Əziz Şuşam, doğma Şuşam… Hər daşında, hər qayanda qardaşlarımın ayaq izi olan cənnət məkanım… Nə az, nə çox, düz 28 il sənsiz qaldıq… Sənsiz qaldığımız günlər nə qədər çətin olsa da, amma yenilmədik,başımızı daim dik tutub, yurd yerlərimizə qovuşacağımız günü həsrətlə gözlədik. Sənə gələn yolu iplə çəkirdi

2 noyabr
.

Azərbaycan XİN-dən Feridun Sinirlioğlu BMT Baş katibi vəzifəsinə namizədliyinə reaksiya

"Hazırda ATƏT Baş katibi olan, səfir Feridun Sinirlioğlunun Birləşmiş Millətlər Təşkilatının Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq". xəbər verir ki, bu fikirləri Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Türkiyənin namizədi Feridun Sinirlioğlunu

31 oktyabr
.

Bu gün Şuşa sürətlə dirçəlir

"Tarixi Zəfərimiz - İkinci Qarabağ müharibəsindəki Zəfər, antiterror əməliyyatı, işğalçılardan azad olunmağımız, separatçı rejimin çökməsi bütün azərbaycanlıları haqlı olaraq bir araya, bir yumruq halına gətirir. "Dəmir yumruq" bizim Zəfər salnaməmizin rəmzi idi. Bu gün, eyni zamanda

2 noyabr
.

Düzgün iqtisadi siyasətin möhtəşəm zəfəri

Azərbaycan xalqına şanlı Zəfər bəxş etmiş İkinci Qarabağ müharibəsinin başlanmasının beşinci ildönümü tamam olur. Bu möhtəşəm qələbə son 30 illik tariximizin ən parlaq səhifəsinə, xalqımızın Vətən və torpaq sevgisinin yenilməzliyinin təntənəsinə çevrildi. Vətən müharibəsi və onun cahanşümul nəticəs

3 noyabr
.

Ölkəmizin tarixinə yazılan möhtəşəm gün

Altı il bundan öncə Azərbaycan 30 il həllini gözləyən münaqişəni cəmi 44 günə həll etdi. 2020-ci il sentyabrın 27-də başlamış Vətən müharibəsi noyabr ayının 8-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu Şuşanı azad etməklə bütün Qarabağın və ətraf rayonların işğalına

2 noyabr
.

Azad Şuşanın Şəhər Günü

Şuşa şəhərinin işğaldan azad edilməsinin 6 ili tamam olur. Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum nəticəsində 2020-ci il noyabrın 8-də Şuşa şəhəri işğaldan azad edilib. Şuşa şəhərinin işğaldan azad edilməsi müjdəsini Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Ba

2 noyabr